17-02-2026, 16:09
Duzxeber.az: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhlükəsizlik Xidmətinin 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayevin Bakı şəhəri ərazisində qanunsuz əməlləri davam edir.
XALQ-a daxil ilna məlumata görə, bir müddət qanunsuz əməllərini səngidən Qafar Ağayev, Rəşad İsmayılov nazir vəzifəsinə təyin edildikdən sonra onun himayəsinə keçərək hərəkətləri daha arxayın şəkildə davam etdirir.
Bildiyimiz kimi, yaşıllıqların qanunsuz olaraq məhv edilməsinə görə daha əvvəl 1.000 manatdan yuxarıda ziyan vurulduqda bu cinayət məsuliyyətinə səbəb olurdu.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən isə Bakı və Abşeron ərazisində yaşıllığa vurulmuş ziyan 3 dəfə artıq hesablanırdı. Lakin qanunvericilikdə dəyişiklik edildikdən sonra ziyan məbləği 5.000 manatdan artıq olduqda əməl cinayət məsuliyyəti yaranır. Bu dəyişikliyə nail olan rəis Qafar Ağayev və özü kimi digər vəzifəli şəxsləri ağacların ziyanlarını təhrif edərək və ya fasilələrlə kəsilən ağaclara görə inzibati xəta haqqında protokollar tərtib edərək maraqlı şəxslərdən alınan rüşvət müqabilində onların cinayət məsuliyyətindən yayınmasına kömək edir.
Bundan başqa hazırda Bakı şəhəri ərazisində ağacların qeydiyyatı aparıldığı bir dövrdə Qafar Ağayev və əməkdaşları çox mərtəbəli yaşayış binalarının inşa edildiyi ərazilərə baxış keçirmir, ağacların qeydiyyatını təmin etmir, hətta illərdir bu tip ərazilərdə idarənin əməkdaşları tərəfindən dəfələrlə baxışlar keçirilsə də bu barədə müvafiq aktlar tərtib edilmir. Yəqin ki məlumatdan sonra geri tarixlərlə saxta aktlar tərtib ediləcəkdir.
Əgər yoxlamalar aparılaraq bu günə kimi tərtib edilmiş inzibatı xətalar haqqında protokollar üzrə hadisə yerləri yoxlanılsa aktlarda göstərilən ağacların saylarının və ziyanların məbləğlərinin şəxsləri cinayət məsuliyyətindən yayıdırmaq üçün təhrif edildiyi aydın görünər.
Bu kimi hallara misal olaraq Bakı şəhəri, Binəqədi rayonu ərasində Nicat Mustafayev və Gülməmməd Ramazanov küçələrinin kəsilməsində “Binəqədi Park Resident” MTK tərəfindən hazırda inşaatı aparılan yaşayış kompleksinin ərazisini misal göstərmək olar. Belə ki, Qafar Ağayevin şəxsən həmin MTK-nın rəhbərliyi ilə razılaşmasına əsasən MTK-nın vəzifəli şəxsləri ərazidə olan ağacları bəlli günlərdə və saatlarda qanunsuz olaraq çıxarır, hətta Qafar Ağayevin tapşırdığı olaraq ağacların kötüklərin belə iz qalmaması üçün çıxarılıb ərazidən uzaqlaşdırldığı iddia olunur.
Qafar Ağayevin bu kimi hərəkərləri barədə dəfələrlə şikayətlər edilsə də Rəşad İsmayılov buna göz yumur və müraciətlərin Ekoloji Təhlükəsizlik Xidmətində, xidmət rəisi və Qafar Ağayevlə əlbir olan Hikmət Mirzəyev tərəfindən ört-basdır edilməsinə şərait yaradır. Beləcə alınan yüz min manatlıq rüşvətləri öz aralarında bölürlər.
Ölkə rəhbərliyinin sahibkarlara dəstək olması barədə göstərişi olduğu halda Qafar Ağayev ona rüşvət vermək istəməyən sahibkarların obyektlərinin qarşısında çoxsaylı ağaclar əkdirərək onlara süni maneə yaradır. Məqsəd isə bəllidir.
Buna bənzər başqa bir hall Səbail rayonu ərazisində baş veribdir. Belə ki, MTK-lardan birinin inşaat apardığı ərazidə ağaclar qanunsuz götürülsə də alınan məbləğ o qədər böyük olubdur ki, heç inzibati məsuliyyət məsələsi belə qaldırılmayıbdır.
Bəs sonradan müəyyən olan faktlar barədə Qafar Ağayev nə edir? Təbii ki dərhal faktı qeydiyyata aldırır, araşdırma aparılır, materiallar isə hüquq mühafizə orqanlarına göndərilir. Bundan vacib olan isə, dərhal mətbuatda açıqlama verilir. Bəs aylar əvvəl kəsilmiş ağaclar və məhv edilmiş yaşıllıqlar niyə hadisələr ifşa olunanda qeydiyyata alınır? Bu da məntiqlə hər kəsə aydındır.
Qafar Ağayev tərəfindən restonra və şadlıq saraylarından havaya normadan artıq tüstü buraxılmasına görə alınan pullar isə ayrıca bir mövzüdür.
Bütün bunlardan nazir Rəşad İsmayılovun necə xəbəri olmaya bilər?!!
Növbəti məqaləmizdə başqa faktlar daha geniş açıqlanacaqdır.
Rəşad İsmayılov nazir təyin edildikdən sonra Qafar Ağayev qanunsuz əməllərini davam etdirir?

Oxşar xəbərlər
-
31-01-2026, 17:00İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ - Rüşvət, qanunsuz məscid, şişən ayaqlar -
30-01-2026, 12:38Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar -
29-01-2026, 11:30Tarixi sərvətləri məhv etməyə görə cəzalar sərtləşdirildi -
21-01-2026, 14:39Son üç ildə 25 milyonluq keytring xidməti göstərən Ziyafət Fərzəliyevin rolu əslində nədir -
13-12-2025, 14:46Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
Bugün, 18:00"Çelsi"nin keçmiş ulduzu karyerasını başa vurdu
-
Bugün, 17:45Azər Maqsudov amnistiyaya düşdü
-
Bugün, 17:30Bakıda sürücü sükan arxasında ÖLDÜ
-
Bugün, 17:15Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər olacaq
-
Bugün, 17:00“Fənərbağça”da ciddi itki
-
Bugün, 16:45Cənubi Koreya Şimali Koreyadan üzr istəyib
-
Bugün, 16:30İsrail daha bir SEPAH komandanını öldürüb
-
Bugün, 16:15"Azərbaycan və Türkiyəyə bir dənə də olsun sursat atmamışıq" - İran
-
Bugün, 15:59Azərbaycan Paraqvaydan düyü tədarükünü bərpa edib
-
Bugün, 15:45Yağışa görə bu məktəblərdə fasilə yarandı
-
Bugün, 15:30Bu millinin məşqçisi VƏFAT ETDİ
-
Bugün, 15:15Pensiya alanların NƏZƏRİNƏ
-
Bugün, 14:45Prezident İlham Əliyevin İrakli Kobaxidze ilə təkbətək görüşü olub
-
Bugün, 14:30ADY 2 ayda 24% daha çox sərnişin daşıyıb
-
Bugün, 14:15Yamal özündən 17 yaş böyük qadınla sevgilidir - FOTO
-
Bugün, 14:00İlham Əliyev Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət etdi
-
Bugün, 13:45Azad edilmiş ərazilərdə daha 117 mina aşkarlanıb
-
Bugün, 13:29Bakıda ŞOK: 64 yaşlı qadın yeməkdən BOĞULDU
-
Bugün, 13:15Azərbaycanı Avropa çempionatında bu şahmatçılar təmsil edəcək
-
Bugün, 13:00Bibiheybət yolunda torpaq sürüşməsi - Hərəkət məhdudlaşdırıldı
-
Bugün, 12:45Təyyarə qəzası- Rus general ÖLDÜ
-
Bugün, 12:30Tehranda universitet bombalandı
-
Bugün, 12:15Sərnişinlərə XƏBƏRDARLIQ- Avtobuslar GECİKƏCƏK
-
Bugün, 12:00İrandan külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı
-
Bugün, 11:45Azərbaycanda məktəbdə şagird BIÇAQLANDI
-
Bugün, 11:31Prezidentin rəsmi qarşılanma mərasimi keçirilir
-
Bugün, 11:15Yağıntılı hava bu tarixədək DAVAM EDƏCƏK
-
Bugün, 11:00DƏHŞƏTLİ YANĞIN: 100 milyonluq lüks avtomobillər KÜLƏ DÖNDÜ
-
Bugün, 10:45Bu ərazilərə qar YAĞIR
-
Bugün, 10:30“Qarabağ” “Karvan-Yevlax”a qarşı