20.02.2026
Duzxeber.az: - Peşəkar energetikləri kənarda saxlayıb, bu sahəyə dəxilsiz birisinin yüksək maaşla işə qəbulu səbəbini bircə Yusifov özü bilər
Mingəçevir şəhərində yerləşən “8 noyabr” Elektrik Stansiyasının direktoru Üzeyir Yusifovla bağlı redaksiyamıza yeni, həm də maraqla qarşılanacaq məlumatlar daxil olub. Adı Azərbaycan ictiamiyyətinə yad olmayan Üzeyir Yusifovla bağlı bu məlumatlara keçməzdən əvvəl, “8 noyabr” Elektrik Stansiyası ilə bağlı qısa xatırlatma:
Mingəçevirdə yerləşən “8 noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji sistemində strateji əhəmiyyət kəsb etməklə, yeni termik enerji layihəsi sayılır.
Bu stansiya ilə Mingəçevir Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın enerji mərkəzi statusunu daha da gücləndirir. Ölkənin elektrik enerjisinə olan təlabatın 40 faizə yaxını buradan qarşılanır. Stansiyanın gücü 1880 meqavatdır.
24.06.2025-ci il tarixdə stansiyanın açılışı dövlət başçısının iştirakı ilə baş tutub.
Üzeyir Yusifovun kadr seçimləri...
Mingəçevirli oxucularımızın Yenixeber.org-a ötürdüyü məlumata görə, Üzeyir Yusifov yeni, daha da təmtəraqlı vəzifəsində köhnə prinsipləri ilə fəaliyyətdədir. İlk növbədə isə əziz-xələf bildiyi qohumlarını düşünməkdədir. Belə ki, cənab Yusifovun yeni Elektrik Stansiyasında işə qəbul etdikləri sırasında qaynının oğlu Məcnun Nəbizadənin də, yer aldığı bildirilir. İlk baxışdan qeyri-adi bir şey olmasa da, bu Nəbizadənin energetik olmadığı və yüksək maaşa işlədiyi məlum olanda bəlli suallar doğur...Peşəkar energetikləri kənarda saxlayıb, bu sahəyə dəxilsiz birisinin yüksək maaşla işə qəbulu səbəbini bircə Yusifov özü bilər.
Yeri gəlmişkən, görünür xüsusi qayğının nəticəsidir ki, sevimli qayınoğlu şəhərin sağ sahilindəki ikiotaqlı mənzilini də, stansiyanın materialları ilə təmir edir(?)

Şəhərin girişində-Havarlı kəndində iki həyət evinin də eyni qaydada təmir edildiyi bəllidir...
“Azərenerji” sistemində “Burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə tanınan Üzeyir Yusifovun kadr seçimi ilə bağlı digər fakt isə Şirvan şəhərində yerləşən Cənub Elektrik Stansiyasında mülki müdafiənin rəisi vəzifəsində, 13-cü dərəcə ilə çalışan Müşfiq Mirzəyevlə bağlıdır. İllərlə eyni işdə çalışanlar 10-11-dərəcədən yuxarı qalxa bilmədikləri halda, bu Mirzəyev “işıq sürəti ilə” yüksələ bilib(?) Özünün də işə çıxmadığı bildirilir. Müvafiq kamera görüntüləri və turniket çıxarışları ilə bu faktın təsdiq olunacağı deyilir. Maaş kartının isə əvvəllər Yusifovda olduğu deilsə də, indi özündə olduğu məlumdur. Hətta, Yusifovun onu yeni direktor Nizami Ədilova tapşırdığı da, məlumatlar sırasındadır...
***
Üzeyir Yusifovun vaxtı ilə Xırdalan şəhərində yerləşən AAF PARK yaşayış Kompleksində 120 m2 sahəli ikiotaqlı ev aldığı “Azərenerji” ASC-nin sabiq qadın əməkdaşına (Qadının adını bəlli səbəbdən yazmırıq. Red.) yaxın keçmişdə Masazır və Saray qəsəbələrində də yeni evlər hədiyyə etdiyini biz deyə bilmərik...
Sonda xatırladaq ki, Üzeyir Yusifovla bağlı indiyədək mediada çoxlu yazılar tirajlanıb. Bu yazlarda önun “özfəaliyyət” səhnələrindən tutmuş, əmlaklarına qədər çoxlu faktlar yer alıb. Bütün bunların fonunda “Azəenerji” ASC-nin rəhbəri Balababa Rzayevin susqunluğu isə, yumşaq desək birmənalı qarşılanmır.
Redaksiyadan: Yazıda yer alan iddialarla bağlı qərşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. //Yenixeber.org
Üzeyir Yusifov “Azərenerji”də “kor xəlifə kimi” -Balababa Rzayevin susqunluğu isə,...

Oxşar xəbərlər
-
26.01.2026Mingəçevir Şəhər İcra Hakimiyyəti hansı qanunla işləyir? - FOTOFAKT -
24.01.2026Mingəçevirin icra başçısının kirvələr və qohumlar hakimiyyəti -
3.01.2026TENDER HOQQASI: Bir nəfərə məxsus iki şirkət... - BU NƏDİ BELƏ? -
31.12.2025Eldar Əzizov bir nəfər məxsus iki MMC ilə müqavilə bağlayır – Arxasında nə kimi mətləblər var -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
6.08.202616 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış
-
6.08.2026Ermənistana 14 vaqon buğda göndərildi
-
6.08.2026Bakıda ofisdən meyit tapıldı
-
6.08.2026FHN: Küləkli havada dənizə girmək təhlükəlidir
-
6.08.2026Pensiyalar bu tarixdə veriləcək
-
6.08.2026ABŞ-ın Yaxın Şərqdə strateji prioriteti dəyişir: Türkiyə ön planda, İsrail təklənir
-
6.08.2026Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
-
6.08.2026“Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır
-
6.08.2026Tərtərdə ər-arvadın yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
-
6.08.2026Məcburi köçkünlərlə bağlı mühüm dəyişiklik: Bu şəxslərə müavinət verilməyəcək
-
6.08.2026DİN-in tabeliyindəki 3 bağça BŞTİ-yə verildi
-
6.08.2026ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
-
6.08.2026Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı
-
6.08.2026DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
-
6.08.2026Qızıl bahalaşdı
-
6.08.2026Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
-
6.08.2026Rusiyanın ən böyük 5 neft emalı zavodunda biri vuruldu
-
6.08.2026“Qarabağ” - “Dinamo” matçının biletləri satışa çıxarılır
-
6.08.2026Bakıda ticarət mərkəzində faciə – Ölən var
-
6.08.2026Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜLƏR
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu