3.01.2026
Duzxeber.az: - Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bir gündə üç kotirovka sorğusu proseduruna yekun vurulub. Məlumatlar satınalmalarının vahid portalında 29.12.2025-ci il tarixdə dərc edilib.
“Dəftərxana və təsərrüfat xərcləri”, “Mətbəə məhsulları üzrə xərclər” və “Digər malların alınması” paraqrafına aid olan malların satınalınması üzrə 89.000 manat məbləğində satınalma müqaviləsinin “SAVA SOBB” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılması planlaşdırılır.
Şərtlər toplusuna görə MMC İcra Hakimiyyətini 8 ədəd Azərbaycan Respublikasının Konstitusiyası, 10 ədəd Azərbaycan Respublikasının Vergi Məcəlləsi, 10 ədəd Azərbaycan Respublikasının Əmək Məcəlləsi, 10 ədəd Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər dəftərxana ləvazimatları ilə təchiz etməlidi.
“Sair torpaq, tikili və avadanlıqların cari təmir xərcləri” və “Maşın və avadanlıqlar” maddəsinə aid olan malların və xidmətlərin satınalınması üzrə 96.289,92 manat məbləğində satınalma müqaviləsinin “YAQUT TM” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılması planlaşdırılır.
Şərtlər toplusuna görə MMC İcra Hakimiyyətinin 62 ədəd printerlərin barabanlarının, 93 ədəd printerlərin maqnit valının təmiri işlərini, 36 ədəd kofe aparatlarına baxışın keçirilməsi və daxilinin açılaraq təmizlənməsi və digər avadanlıqların alınmasını təmin etməlidir.
Bakı şəhər İcra Hakimiyyəti Əlaqələndirmə Katibliyini Ekspertlər Qrupu üçün “maşın və avadanlıqlar” maddəsinə aid olan malların və xidmətlərin satınalınması üzrə 3.425 manat məbləğində satınalma müqaviləsinin “KODBAKU GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılması planlaşdırılır.
Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bir kotirovka sorğusu prosedurun nəticəsi də 27.12.2025-ci ildə açıqlanıb.
“Dəft. və təs. xərcləri”par-na,“Əsas fondlara xid. haqqı xərcləri”və“San.-gig. və digər xid. haqqı xərcləri”yarımm-ə, “İst-yönlü müxt. Xid-lər” və “S. xərclər”mad-ə aid olan mal. və xid-lərin sat-ması üzrə 76.220,5 manat məbləğində satınalma müqaviləsinin “FOKUS SAPP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılması planlaşdırılır.
Şərtlər toplusuna görə “FOKUS SAPP” MMC İcra Hakimiyyətinin həm binanın fasad hissənin şüşələrin yuyulması işlərini görəcək, həm də ümumilikdə 1880 ədəd katriclərin doldurulması xidmətini göstərməli, 55 ədəd printeri üçün kartriclərin alınmasını həyata keçirməlidir.
Bakı şəhər İcra Hakimiyyətinin qalib seçdiyi bu MMC-lərin fəaliyyət sahəsinə keçməzdən əvvəl rəsmi məlumatlara diqqət yetirək.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SAVA SOBB” (VÖEN: 1009294841) Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.09.2025 il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ştq, Eldar Babayev, ev 58, qanuni təmsilçisi kimi isə Balayev Səbuhi Gülhüseyn oğlu qeyd olunub.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti kotirovka sorğusu müsabiqəsinə 25.11.2025 -ci ildə başlayıb. Qalib MMC 18.09.2025 ildə dövlət qeydiyyatına alınıb. Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti satınalma prosuduru başlamazdan iki ay əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə müqavilə bağlamışdır.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “YAQUT TM” (VÖEN: 1407375091) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.09.2025 il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov ev 22A, mən.25, qanuni təmsilçisi kimi isə Balayev Səbuhi Gülhüseyn oğlu qeyd olunub.
Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti iki gün fərqlə, ayrı-ayrı ünvanmlarda dövlət qeydiyyatına alınmış, bir nəfərə məxsus iki MMC ilə eyni lotlar üzrə ümumi dəyəri 185 289 manat olan iki müqavilə bağlamağı planlaşdırır. Bütün bunların formal olduğu açıq aşkar görsənir və arxasında çox gizli mətləblər var.
Bakı şəhər İcra Hakimiyyətinin 76 min manata 1880 ədəd katriclərin doldurulması xidmətini göstərən, 55 ədəd printeri üçün kartriclərin alınmasını həyata keçirən “FOKUS SAPP” MMC-yə gəlincə.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FOKUS SAPP” (VÖEN: 1507385061) Məhdud Məsuliyyətli Cəmiyyətinin 01.10.2025 il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz ev 23, qanuni təmsilçisi kimi isə İbadov Elvir Gülmirzə oğlu qeyd olunub.
Göründüyü kimi bu MMC də digərləri kimi Bakı şəhər İcra Hakimiyyətinin kotirovka sorğusu müsabiqəsinə başlamasılnda iki ay əvvəl yaradılıb. barələrində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Nə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ilə çalışan işçiləri, nə də satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması barədə.
Bütün bunlar isə keçirilmiş satınalma müsabiqələrinin formal olduğunu, adıçəkilən şirkətlərin bir nəfər tərəfindən idarə edildiyini deməyə ciddi əsaslar verir. O, bir nəfərin kim olduğunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bilməmiş deyil. Təbii ki, Eldar Əzizov şişirdilən qiymətlərdən də xəbərdardır.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti ötən il də satınalmalarda analoji qanun pozuntularına yol vermiş, bir nəfərə məxsus bir neçə MMC ilə müqavilələr bağlamışdı. Göründüyü kimi fərdlər dəyişsə də, qanun pozuntularının məkanı dəyişməz olaraq qalır.//Aktualinfo.net
TENDER HOQQASI: Bir nəfərə məxsus iki şirkət... - BU NƏDİ BELƏ?
Duzxeber.az: - Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bir gündə üç kotirovka sorğusu proseduruna yekun vurulub. Məlumatlar satınalmalarının vahid portalında 29.12.2025-ci il tarixdə dərc edilib.“Dəftərxana və təsərrüfat xərcləri”, “Mətbəə məhsulları üzrə xərclər” və “Digər malların alınması” paraqrafına aid olan malların satınalınması üzrə 89.000 manat məbləğində satınalma müqaviləsinin “SAVA SOBB” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılması planlaşdırılır.
Şərtlər toplusuna görə MMC İcra Hakimiyyətini 8 ədəd Azərbaycan Respublikasının Konstitusiyası, 10 ədəd Azərbaycan Respublikasının Vergi Məcəlləsi, 10 ədəd Azərbaycan Respublikasının Əmək Məcəlləsi, 10 ədəd Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər dəftərxana ləvazimatları ilə təchiz etməlidi.
“Sair torpaq, tikili və avadanlıqların cari təmir xərcləri” və “Maşın və avadanlıqlar” maddəsinə aid olan malların və xidmətlərin satınalınması üzrə 96.289,92 manat məbləğində satınalma müqaviləsinin “YAQUT TM” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılması planlaşdırılır.
Şərtlər toplusuna görə MMC İcra Hakimiyyətinin 62 ədəd printerlərin barabanlarının, 93 ədəd printerlərin maqnit valının təmiri işlərini, 36 ədəd kofe aparatlarına baxışın keçirilməsi və daxilinin açılaraq təmizlənməsi və digər avadanlıqların alınmasını təmin etməlidir.
Bakı şəhər İcra Hakimiyyəti Əlaqələndirmə Katibliyini Ekspertlər Qrupu üçün “maşın və avadanlıqlar” maddəsinə aid olan malların və xidmətlərin satınalınması üzrə 3.425 manat məbləğində satınalma müqaviləsinin “KODBAKU GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılması planlaşdırılır.
Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bir kotirovka sorğusu prosedurun nəticəsi də 27.12.2025-ci ildə açıqlanıb.
“Dəft. və təs. xərcləri”par-na,“Əsas fondlara xid. haqqı xərcləri”və“San.-gig. və digər xid. haqqı xərcləri”yarımm-ə, “İst-yönlü müxt. Xid-lər” və “S. xərclər”mad-ə aid olan mal. və xid-lərin sat-ması üzrə 76.220,5 manat məbləğində satınalma müqaviləsinin “FOKUS SAPP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılması planlaşdırılır.
Şərtlər toplusuna görə “FOKUS SAPP” MMC İcra Hakimiyyətinin həm binanın fasad hissənin şüşələrin yuyulması işlərini görəcək, həm də ümumilikdə 1880 ədəd katriclərin doldurulması xidmətini göstərməli, 55 ədəd printeri üçün kartriclərin alınmasını həyata keçirməlidir.
Bakı şəhər İcra Hakimiyyətinin qalib seçdiyi bu MMC-lərin fəaliyyət sahəsinə keçməzdən əvvəl rəsmi məlumatlara diqqət yetirək.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SAVA SOBB” (VÖEN: 1009294841) Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.09.2025 il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ştq, Eldar Babayev, ev 58, qanuni təmsilçisi kimi isə Balayev Səbuhi Gülhüseyn oğlu qeyd olunub.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti kotirovka sorğusu müsabiqəsinə 25.11.2025 -ci ildə başlayıb. Qalib MMC 18.09.2025 ildə dövlət qeydiyyatına alınıb. Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti satınalma prosuduru başlamazdan iki ay əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə müqavilə bağlamışdır.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “YAQUT TM” (VÖEN: 1407375091) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.09.2025 il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov ev 22A, mən.25, qanuni təmsilçisi kimi isə Balayev Səbuhi Gülhüseyn oğlu qeyd olunub.
Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti iki gün fərqlə, ayrı-ayrı ünvanmlarda dövlət qeydiyyatına alınmış, bir nəfərə məxsus iki MMC ilə eyni lotlar üzrə ümumi dəyəri 185 289 manat olan iki müqavilə bağlamağı planlaşdırır. Bütün bunların formal olduğu açıq aşkar görsənir və arxasında çox gizli mətləblər var.
Bakı şəhər İcra Hakimiyyətinin 76 min manata 1880 ədəd katriclərin doldurulması xidmətini göstərən, 55 ədəd printeri üçün kartriclərin alınmasını həyata keçirən “FOKUS SAPP” MMC-yə gəlincə.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FOKUS SAPP” (VÖEN: 1507385061) Məhdud Məsuliyyətli Cəmiyyətinin 01.10.2025 il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz ev 23, qanuni təmsilçisi kimi isə İbadov Elvir Gülmirzə oğlu qeyd olunub.
Göründüyü kimi bu MMC də digərləri kimi Bakı şəhər İcra Hakimiyyətinin kotirovka sorğusu müsabiqəsinə başlamasılnda iki ay əvvəl yaradılıb. barələrində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Nə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ilə çalışan işçiləri, nə də satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması barədə.
Bütün bunlar isə keçirilmiş satınalma müsabiqələrinin formal olduğunu, adıçəkilən şirkətlərin bir nəfər tərəfindən idarə edildiyini deməyə ciddi əsaslar verir. O, bir nəfərin kim olduğunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bilməmiş deyil. Təbii ki, Eldar Əzizov şişirdilən qiymətlərdən də xəbərdardır.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti ötən il də satınalmalarda analoji qanun pozuntularına yol vermiş, bir nəfərə məxsus bir neçə MMC ilə müqavilələr bağlamışdı. Göründüyü kimi fərdlər dəyişsə də, qanun pozuntularının məkanı dəyişməz olaraq qalır.//Aktualinfo.net
Oxşar xəbərlər
-
31.12.2025Eldar Əzizov bir nəfər məxsus iki MMC ilə müqavilə bağlayır – Arxasında nə kimi mətləblər var -
24.12.2025Elm və Təhsil Nazirliyi 2 milyona aldığı odun yanacağını 1,5 milyona daşıtdırır – Analoqu olmayan işdi -
17.12.2025Baytarlıq xidmətinin sabiq rəisi indi də AXA-ya peyvənd satır: Vaxtılə özü də saxta dərmanlar paylayıb - İLGİNC FAKTLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir?
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



