20-02-2026, 18:00
Duzxeber.az: - Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) bütün ifşaedici faktlara rəğmən "Baku Rent Service" (BRS) ilə yenidən milyonluq müqavilə imzalaması artıq sadə bir "tender udmaq" məsələsi deyil. Bu, həm hüquqi, həm də etik müstəvidə ciddi təhlil tələb edən bir idarəçilik rüsvayçılığıdır.
Bir neçə ay öncə Tehsil.media olaraq BRS şirkətinin qanunsuzluqlarını, 75 yaşlı sürücüləri və çatışmayan avtobus sayını (24 avtobusdan 16 avtobus işləyir, 8 avtobus çatışmır) ictimailəşdirdik. Lakin bu gün şahid oluruq ki, dövlət qurumları bu faktları araşdırmaq əvəzinə, həmin şirkətə yenidən 1,1 milyon manatlıq etimad göstərirlər. Bu "etimadın" arxasında nə dayanır: Uşaqların təhlükəsizliyimi, yoxsa kimlərinsə şəxsi maraqları?
Dövlət satınalmaları haqqında qanuna görə, xidmətindən kütləvi şikayət olan və öhdəliklərini icra etməyən şirkətlə yenidən müqavilə bağlamaq qeyri-mümkündür. Əgər MÜTDA bu addımı atırsa, deməli qanunlar işləmir
Şirkətin 24 avtobus əvəzinə 16 avtobus çıxarması, sürücülərin sənədsiz işləməsi rəsmən görməzdən gəlinir.
Tehsil.media olaraq AYNA, MÜTDA, Etn-ə sorğu məktubu göndərsək də, rəsmi sorğulara cavab verilməmişdir. Bu qənaətə gəlmək olar ki, onların susması informasiya blokadası yaratmaq və "vaxt qazanmaq" cəhdidir. Bu, İnformasiya əldə etmək haqqında Qanunun birbaşa tapdanmasıdır.
Mətbuatda və ictimaiyyətdə bu qanunsuzluqların başında Elm və Təhsil nazirinin müavini Firudin Qurbanovun dayandığına dair ciddi iddialar səsləndirilir. Əgər bu məlumatlar doğrudursa, vəziyyət daha da acınacaqlıdır. Nazir müavini səviyyəsində bir şəxsin adı uşaqların həyatı bahasına qazanc əldə edən bir şirkətlə hallanırsa, bu, təhsil sistemindəki islahatların sadəcə "vitrin" olduğunu göstərir.
Firudin Qurbanov rəsmi tədbirlərdə uşaq hüquqlarından, "gələcəyimiz olan gənclərdən" bəhs edərkən, onun himayəsində olduğu iddia edilən BRS şirkəti həmin uşaqları antisanitar, tıxac və təhlükəli şəraitdə daşıyır. Bu, tam bir idarəçilik riyakarlığıdır.
Bu gün imzalanan 1,1 milyonluq müqavilə sadəcə bir kağız parçası deyil, sabah baş verə biləcək hər hansı qəzanın, bədbəxt hadisənin sığortasızlığıdır.
Nazirlik niyə susur? Nazir müavini haqqında iddialara niyə rəsmi aydınlıq gətirilmir?
MÜTDA-nın marağı nədir? Niyə daha keyfiyyətli xidmət təklif edən şirkətlər kənarlaşdırılaraq, BRS-in qanunsuz fəaliyyəti "milyonlarla" mükafatlandırılır?
Tehsil.media olaraq bildiririk: 1,1 milyon manat uşaqlarımızın həyatını qumara qoymaq üçün deyil, onlara xidmət etmək üçün ayrılıb. Əgər Firudin Qurbanov və ya digər yüksək rütbəli məmurlar bu prosesdə iştirak edirlərsə, bilməlidirlər ki, bu, sadəcə inzibati xəta deyil, dövlətə və xalqa xəyanətdir.//neqativ.com
1,1 Milyonluq "Təhlükə": MÜTDA-nın Sükutu və "Görünməz" Himayədarların Kölgəsi

Oxşar xəbərlər
-
19-02-2026, 16:30MÜTDA-nın sükutu və görünməz himayədarların kölgəsi - 1,1 Milyonluq "Təhlükə"... -
30-01-2026, 13:00MÜTDA - BRS müqaviləsi arxasındakı gizli ƏL -
24-01-2026, 17:30Məktəbli avtobusu, yoxsa “təhlükə mərkəzi”? – BRS (Baku Rent Service) özbaşınalığı! -
21-01-2026, 16:28Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR -
13-12-2025, 14:46Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
Dün, 15:00Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub
-
Dün, 14:30Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı
-
Dün, 14:15Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb
-
Dün, 14:00AZAL Təl-Əvivə uçuşları bərpa edir
-
Dün, 13:45Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib
-
Dün, 13:15Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb
-
Dün, 13:00Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib
-
Dün, 12:30Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb
-
Dün, 12:15Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb
-
Dün, 12:00Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb
-
Dün, 11:30Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb
-
Dün, 11:15Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb
-
Dün, 11:15Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb
-
Dün, 11:00Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər
-
Dün, 10:30Xəzərdə zəlzələ olub
-
Dün, 10:15Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
-
Dün, 10:00Cüdoçularımız ilk günü medalsız bitirdilər
-
Dün, 09:45Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb
-
Dün, 09:30Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub
-
Dün, 09:15Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək
-
Dün, 09:00“Riyad” ticarət mərkəzində mebel sexi yanıb
-
1-05-2026, 18:00Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ
-
1-05-2026, 17:45Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək
-
1-05-2026, 17:30Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq
-
1-05-2026, 17:15Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"
-
1-05-2026, 17:00AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi
-
1-05-2026, 16:45Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı
-
1-05-2026, 16:30Bakı Metropoliteni hakaton layihəsinə start verir
-
1-05-2026, 16:15İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı
-
1-05-2026, 16:00Ermənistan da daxil, bütün qonşularımızla…