21.02.2026
Duzxeber.az: - Model, bloqer Çelsi Baxşıyeva Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxsi ilə sevgi münasibəti yaşadığını iddia edib. Bloqer həmin adamın evli və iki uşağının olduğunu bilmədiyini deyib. O bu məlumatı öyrəndikdən sonra sevgilisi tərəfindən intim videoları ilə təhdid olunduğunu bildirib. Çelsi Baxşıyeva bu barədə Oxu.Az-a danışıb.

Bloqer qeyd edib ki, sözügedən şəxslə bir neçə il əvvəl “Instagram”da tanış olublar:

“Adını açıqlamaqda problem yoxdur – Anar Pirməmmədov. Fövqəladə Hallar Nazirliyində Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiridir. İki il dostluq etdik, sonra münasibətə başladıq. İlyarım sevgi münasibətimiz oldu, ümumilikdə üç il yarım davam edib.
Bir müddət sonra öyrəndim ki, evlidir və iki uşağı var. Bunu özü də təsdiqlədi. Daha sonra həyat yoldaşı məni tapdı. Anar mənə zəng edib intim videoları yaymaqla hədələdi. Dedi ki, yayılmasını istəmirsənsə, həyat yoldaşıma heç nə demə. Mən isə həyat yoldaşına hər şeyi danışdım, səsyazılarını və mesajlarını göndərdim.
İki gün sonra Nəsimi Rayon Polis Bölməsinə gedib məndən şikayət etdilər. Həyat yoldaşı şikayətçi oldu. Məni bölməyə çağırdılar, izahat aldılar və buraxdılar. Sonra dedim ki, üzr istəməsələr və hər şeyi boyunlarına almasalar, məsələni ictimailəşdirəcəyəm və FHN-ə də müraciət edəcəyəm. Bir müddət sonra üzr istədi və hər şeyi boynuna aldı. Mən də məsələni bağladım”.
O, sözlərinə belə davam edib:
“2025-ci ildə “TikTok”la bağlı saxlanıldım. Fevralın 11-də məni 30 sutka həbs etdilər. 388-ci maddə ilə saxlanılmışdım və mənə cərimə nəzərdə tutulurdu. Həbsdən çıxandan sonra öyrəndim ki, Anarın atası Həsrət Pirməmmədovdur. Həsrət Pirməmmədov Yasamal Rayon Prokurorluğunda baş ədliyyə müşaviri olub. Həsrət Pirməmmədovun qardaşı, yəni Anarın əmisi isə İlham Pirməmmədovdur. O da keçmiş təhsil nazirinin müşaviri olub. Həsrət Pirməmmədovun adının rüşvət işlərində hallandığı, işdən uzaqlaşdırıldığı barədə məlumatlar var. Qayınanası Mehriban Səmədova İqtisad Universitetinin Gənclik korpusunda kafedra müdiridir. Mehriban Səmədovanın bacısı isə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminalogiya kafedrasının müdiridir – hüquq üzrə elmlər doktoru, professor Şəhla Səmədovanı deyirəm.
Bundan başqa, Həsrət Pirməmmədovun Ramiz Mehdiyevin yaxın adamlarından olduğu, hətta karantin dövründə qızına təşkil etdiyi toyda iştirak etdiyi barədə məndə məlumat var. Hazırda ölkədə deyiləm. Məndə olan materiallar realdır və səsyazıları mövcuddur.
A.Pirməmmədov xidməti avtomobillə ardımca gəlirdi. Əlavə olaraq məlumat aldım ki, Anar nazirin birinci müavini Rəfail Mirzəyevin yaxın qohumudur. Ona bildirilib ki, məsələ ictimailəşsə, işdən çıxarılacaq”.(Oxu.Az)
Model Çelsi Baxşıyeva: FHN-nin şöbə müdiri Anar Pirməmmədov mənimlə münasibət qurdu….
Duzxeber.az: - Model, bloqer Çelsi Baxşıyeva Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxsi ilə sevgi münasibəti yaşadığını iddia edib. Bloqer həmin adamın evli və iki uşağının olduğunu bilmədiyini deyib. O bu məlumatı öyrəndikdən sonra sevgilisi tərəfindən intim videoları ilə təhdid olunduğunu bildirib. Çelsi Baxşıyeva bu barədə Oxu.Az-a danışıb.Bloqer qeyd edib ki, sözügedən şəxslə bir neçə il əvvəl “Instagram”da tanış olublar:

“Adını açıqlamaqda problem yoxdur – Anar Pirməmmədov. Fövqəladə Hallar Nazirliyində Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiridir. İki il dostluq etdik, sonra münasibətə başladıq. İlyarım sevgi münasibətimiz oldu, ümumilikdə üç il yarım davam edib.
Bir müddət sonra öyrəndim ki, evlidir və iki uşağı var. Bunu özü də təsdiqlədi. Daha sonra həyat yoldaşı məni tapdı. Anar mənə zəng edib intim videoları yaymaqla hədələdi. Dedi ki, yayılmasını istəmirsənsə, həyat yoldaşıma heç nə demə. Mən isə həyat yoldaşına hər şeyi danışdım, səsyazılarını və mesajlarını göndərdim.
İki gün sonra Nəsimi Rayon Polis Bölməsinə gedib məndən şikayət etdilər. Həyat yoldaşı şikayətçi oldu. Məni bölməyə çağırdılar, izahat aldılar və buraxdılar. Sonra dedim ki, üzr istəməsələr və hər şeyi boyunlarına almasalar, məsələni ictimailəşdirəcəyəm və FHN-ə də müraciət edəcəyəm. Bir müddət sonra üzr istədi və hər şeyi boynuna aldı. Mən də məsələni bağladım”.
O, sözlərinə belə davam edib:
“2025-ci ildə “TikTok”la bağlı saxlanıldım. Fevralın 11-də məni 30 sutka həbs etdilər. 388-ci maddə ilə saxlanılmışdım və mənə cərimə nəzərdə tutulurdu. Həbsdən çıxandan sonra öyrəndim ki, Anarın atası Həsrət Pirməmmədovdur. Həsrət Pirməmmədov Yasamal Rayon Prokurorluğunda baş ədliyyə müşaviri olub. Həsrət Pirməmmədovun qardaşı, yəni Anarın əmisi isə İlham Pirməmmədovdur. O da keçmiş təhsil nazirinin müşaviri olub. Həsrət Pirməmmədovun adının rüşvət işlərində hallandığı, işdən uzaqlaşdırıldığı barədə məlumatlar var. Qayınanası Mehriban Səmədova İqtisad Universitetinin Gənclik korpusunda kafedra müdiridir. Mehriban Səmədovanın bacısı isə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminalogiya kafedrasının müdiridir – hüquq üzrə elmlər doktoru, professor Şəhla Səmədovanı deyirəm.
Bundan başqa, Həsrət Pirməmmədovun Ramiz Mehdiyevin yaxın adamlarından olduğu, hətta karantin dövründə qızına təşkil etdiyi toyda iştirak etdiyi barədə məndə məlumat var. Hazırda ölkədə deyiləm. Məndə olan materiallar realdır və səsyazıları mövcuddur.
A.Pirməmmədov xidməti avtomobillə ardımca gəlirdi. Əlavə olaraq məlumat aldım ki, Anar nazirin birinci müavini Rəfail Mirzəyevin yaxın qohumudur. Ona bildirilib ki, məsələ ictimailəşsə, işdən çıxarılacaq”.(Oxu.Az)
Oxşar xəbərlər
-
14.02.2026İlham Əliyev "France 24"ə müsahibə verdi -
13.02.2026Qarabağdan qənimət kimi ələ keçirilən mal-qaranı FƏDA ABBASOV SATDIRIB! -Şəhid ailəsi ŞOK FAKTLARI AÇIQLAYIR... -
10.02.2026Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... FOTO -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR -
22.11.2025Leyla və Alena Əliyevalar Lənkəranda yaradılmış Baytarlıq Klinikası ilə tanış oldular - FOTOLAR
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



