3.03.2026
Bakıətrafı ərazilərin bəzilərində sıx məskunlaşma müşahidə olunur və illər əvvəl qurulmuş mövcud nəqliyyat şəbəkəsi sakinlərin tələbatını ödəmir. Son illərdə Xırdalan şəhərində əhali sayının sürətlə artması və məskunlaşmanın genişlənməsi əsas yollara düşən yükü daha da ağırlaşdırıb. Təkcə bu ərazidə 300 000-dən çox insan yaşayır.
Bu barədə AYNA-dan məlumat verilib.
Bildirilib ki, hazırda Xırdalan sakinlərinin M1– Bakı-Sumqayıt yoluna bir neçə giriş-çıxışı mövcud olsa da, bu, yaranmış böyük tələbatı qətiyyən ödəmir, eyni zamanda, M1 yolunu yükləyir. Ərazi ətrafından keçən dəmir yolu xətti və sözügedən ərazinin şimal-qərb hissəsində yerləşən Ceyranbatan su anbarı yeni yolların salınmasına fiziki olaraq mane olur. Məhz bu məhdudiyyətlər səbəbindən sərnişinlər və sürücülər alternativ çıxışlar olmadığından istənilən istiqamətə getmək üçün onsuz da yüklü olan M1 magistral yoluna çıxmalı və əlavə olaraq Xırdalan şəhəri daxilində də sıxlıq səbəbindən yolda uzun vaxt keçirməli olurlar.
Dövlət proqramına əsasən, Xırdalan şəhərindən M4 – Bakı-Şamaxı avtomobil yoluna dəmir yolunun altından 3 fərqli yerdən tunellər inşa ediləcək. Bununla da vətəndaşların yalnız Bakı-Sumqayıt yolundan istifadə məcburiyyəti aradan qalxacaq və ərazidən çıxış üçün rahat alternativ yollar yaradılacaq.
Layihənin digər mühüm hissəsi isə Xırdalan dəmiryolu stansiyası ilə bağlıdır. Belə ki, yeni giriş-çıxışlardan biri məhz bu stansiyanın yaxınlığında təşkil ediləcək. Eyni zamanda, stansiyanın qarşısında müasir Nəqliyyat Mübadilə Mərkəzinin (NMM) inşası nəzərdə tutulur. Bu addım həm dəmiryolu stansiyasına gediş-gəlişin səmərəliliyini artıracaq, həm də ictimai nəqliyyatın əhatə dairəsini genişləndirəcək.
Qeyd edilən irimiqyaslı infrastruktur layihələri Xırdalan şəhərinə yeni nəfəs və hərəkət sərbəstliyi gətirəcək. Bu yeniliklər eləcə də Hökməli, Sulutəpə, Xocasən, Müşfiqabad və 28 May qəsəbələrinin sakinlərinə, həmçinin ətrafda yerləşən universitetlərlə rahat əlaqə qurmaq üçün mühüm alternativlər formalaşdıracaq.
Eyni zamanda, qeyd edilən yollarda nəqliyyat hərəkətlərinin tənzimlənməsi məqsədilə Xırdalan şəhəri - M1 - Masazır-Novxanı yolunu birləşdirən yeni avtomobil yolunun tikintisi, Xırdalan dairəsində yolayrıcının təkmilləşdirilməsi və M1 – Bakı-Sumqayıt yolundan M4 yoluna, Şamaxı istiqamətinə tunel vasitəsilə çıxışın təşkili həyata keçiriləcək.
Hazırda sözügedən layihələrin hazırlanması həyata keçirilir, istiqamətlərdən biri üzrə isə artıq tikinti işlərinə başlanılıb. Ümumilikdə, bu layihələrin 2027–2030-cu illər ərzində tam yekunlaşması gözlənilir.
Xırdalandan Bakı-Şamaxı avtomobil yoluna 3 fərqli yerdən tunellər inşa ediləcək

Oxşar xəbərlər
-
24.02.2026Başçının əsas qazanc yeri: Neftçalanın qış otlaq torpaqları... - İLGİNC FAKTLAR... -
14.02.2026İlham Əliyev "France 24"ə müsahibə verdi -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
23.12.2025MTK-ların yeni kredit hiyləsi - ev alanlar oxusun! -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...