4.03.2026
Duzxeber.az "DogruXeber.tv"yə istinadən xəbər verir ki, ölkədə struktur islahatları, publik hüquqi şəxslərin yenilənməsi və idarəetmədə peşəkarlığın artırılması barədə yüksək tribunalardan səslənən fikirlərlə reallıq arasında bəzən ciddi ziddiyyətlər ortaya çıxır. Redaksiyamıza daxil olan məlumatlar da məhz belə bir ziddiyyətli mənzərəni ortaya qoyur.
Söhbət ADSEA-nın – İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsinin Yasamal rayon sukanal idarəsindən və həmin idarənin rəisi Orucov Sərxan Eldam oğlundan gedir.
Məlumatlara görə, 1987-ci il təvəllüdlü Sərxan Orucov 2005–2009-cu illərdə Azərbaycan Texniki Universitetində “Avtomatlaşdırılmış sistemlərdə informasiya təhlükəsizliyi kompleks təminatı” ixtisası üzrə təhsil alıb. Lakin əmək fəaliyyəti əsasən market sektoruna bağlı olub. 2021–2022-ci illərdə “Azərbaycan Supermarket” MMC-də menecer köməkçisi, 2022–2023-cü illərdə isə market meneceri vəzifəsində çalışıb.
2024-cü ilin iyul ayında isə struktur yenilənməsi zamanı Yasamal rayon sukanal idarəsinə rəis təyin edilib.
İddialara görə, bu təyinat sıradan inzibati qərar deyil. Bildirilir ki, Sərxan Orucov İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Tahir Xəlilov ilə qohumluq əlaqəsinə malikdir – həm xalası oğlu, həm də yeznə-qayın qohumluğu olduğu qeyd olunur. İddialar təsdiqini tapsa, bu artıq sadəcə kadr məsələsi deyil, nepotizm və maraqlar toqquşması sualıdır.
Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, su təsərrüfatı sistemində təcrübəsi olmayan bir şəxsin istehsalat yönümlü quruma rəhbər gətirilməsi idarədə ciddi problemlər yaradıb. İddia olunur ki, sənədləşmə prosesində belə elementar çətinliklər yaşanır, imza yerlərinin belə dəfələrlə izah edilməsinə ehtiyac yaranır.
Ən narahatedici məqam isə kollektivlə münasibətlərdir. Məlumatlara əsasən, idarədə gənc kişi əməkdaşlara qarşı sərt və aqressiv münasibət göstərilir, bir neçə gənc kadrın bu səbəbdən işdən ayrıldığı bildirilir. Eyni zamanda, pensiya yaşını keçmiş 26 əməkdaşın çalışdığı, gənc mütəxəssislərin isə kənarda qaldığı qeyd olunur.
İddialar bununla da bitmir. Bildirilir ki, rəhbərin diqqəti daha çox qadın əməkdaşlara yönəlir, iş mühiti qeyri-peşəkar və qeyri-etik atmosferə sürüklənir. Əgər bu deyilənlər həqiqətdirsə, məsələ artıq təkcə idarəetmə yox, həm də əmək etikası və dövlət qulluğu prinsiplərinin pozulması müstəvisinə keçir.
Rüşvət iddiaları da səsləndirilir. Əlbəttə, bu kimi ittihamlar hüquqi araşdırma tələb edir və rəsmi sübut olmadan qəti hökm vermək doğru olmaz. Lakin fakt budur ki, kollektivdə narazılıq artıb və bu narazılıq artıq redaksiyalara qədər gəlib çıxıb.
Burada əsas sual budur: Dövlət başçısı səviyyəsində kadr islahatları, şəffaflıq və peşəkarlıq çağırışları səsləndiyi halda, yerlərdə hansı meyarlar əsas götürülür? Market sektorundan birbaşa su təsərrüfatına keçid peşəkar yüksəlişdir, yoxsa qohumluq pilləkəni?
"DogruXeber.tv" olaraq bildiririk ki, səsləndirilən bütün iddialar qarşı tərəfin mövqeyi olmadan birtərəfli sayıla bilər. Məhz buna görə də redaksiyamıza daxil olan məlumatlara aydınlıq gətirilməsi üçün Sərxan Orucova bir neçə dəfə zəng vurduq. Təəssüflər olsun ki, zənglərimizə adboy verildi.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq. Çünki hesab edirik ki, dövlət strukturlarında şəffaflıq təkcə şüar deyil, ictimai etimadın əsas şərtidir.
Bununla yanaşı bildiririk ki, bu hələ son deyil. Adı çəkilən qurumla bağlı redaksiyamız tərəfindən daha ciddi və geniş məlumatlar əldə olunub. Hazırda araşdırmalar davam etdirilir və faktlar dəqiqləşdirilir. Yaxın günlərdə araşdırmalarımız yekunlaşdıqdan sonra bütün detalları ictimaiyyətə təqdim edəcəyik.
"DogruXeber.tv" olaraq mövzunu diqqətdə saxlayırıq.
İmza yerini bilməyən rəis? Yasamal idarəsində şok iddialar
Duzxeber.az "DogruXeber.tv"yə istinadən xəbər verir ki, ölkədə struktur islahatları, publik hüquqi şəxslərin yenilənməsi və idarəetmədə peşəkarlığın artırılması barədə yüksək tribunalardan səslənən fikirlərlə reallıq arasında bəzən ciddi ziddiyyətlər ortaya çıxır. Redaksiyamıza daxil olan məlumatlar da məhz belə bir ziddiyyətli mənzərəni ortaya qoyur.Söhbət ADSEA-nın – İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsinin Yasamal rayon sukanal idarəsindən və həmin idarənin rəisi Orucov Sərxan Eldam oğlundan gedir.
Məlumatlara görə, 1987-ci il təvəllüdlü Sərxan Orucov 2005–2009-cu illərdə Azərbaycan Texniki Universitetində “Avtomatlaşdırılmış sistemlərdə informasiya təhlükəsizliyi kompleks təminatı” ixtisası üzrə təhsil alıb. Lakin əmək fəaliyyəti əsasən market sektoruna bağlı olub. 2021–2022-ci illərdə “Azərbaycan Supermarket” MMC-də menecer köməkçisi, 2022–2023-cü illərdə isə market meneceri vəzifəsində çalışıb.
2024-cü ilin iyul ayında isə struktur yenilənməsi zamanı Yasamal rayon sukanal idarəsinə rəis təyin edilib.
İddialara görə, bu təyinat sıradan inzibati qərar deyil. Bildirilir ki, Sərxan Orucov İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Tahir Xəlilov ilə qohumluq əlaqəsinə malikdir – həm xalası oğlu, həm də yeznə-qayın qohumluğu olduğu qeyd olunur. İddialar təsdiqini tapsa, bu artıq sadəcə kadr məsələsi deyil, nepotizm və maraqlar toqquşması sualıdır.
Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, su təsərrüfatı sistemində təcrübəsi olmayan bir şəxsin istehsalat yönümlü quruma rəhbər gətirilməsi idarədə ciddi problemlər yaradıb. İddia olunur ki, sənədləşmə prosesində belə elementar çətinliklər yaşanır, imza yerlərinin belə dəfələrlə izah edilməsinə ehtiyac yaranır.
Ən narahatedici məqam isə kollektivlə münasibətlərdir. Məlumatlara əsasən, idarədə gənc kişi əməkdaşlara qarşı sərt və aqressiv münasibət göstərilir, bir neçə gənc kadrın bu səbəbdən işdən ayrıldığı bildirilir. Eyni zamanda, pensiya yaşını keçmiş 26 əməkdaşın çalışdığı, gənc mütəxəssislərin isə kənarda qaldığı qeyd olunur.
İddialar bununla da bitmir. Bildirilir ki, rəhbərin diqqəti daha çox qadın əməkdaşlara yönəlir, iş mühiti qeyri-peşəkar və qeyri-etik atmosferə sürüklənir. Əgər bu deyilənlər həqiqətdirsə, məsələ artıq təkcə idarəetmə yox, həm də əmək etikası və dövlət qulluğu prinsiplərinin pozulması müstəvisinə keçir.
Rüşvət iddiaları da səsləndirilir. Əlbəttə, bu kimi ittihamlar hüquqi araşdırma tələb edir və rəsmi sübut olmadan qəti hökm vermək doğru olmaz. Lakin fakt budur ki, kollektivdə narazılıq artıb və bu narazılıq artıq redaksiyalara qədər gəlib çıxıb.
Burada əsas sual budur: Dövlət başçısı səviyyəsində kadr islahatları, şəffaflıq və peşəkarlıq çağırışları səsləndiyi halda, yerlərdə hansı meyarlar əsas götürülür? Market sektorundan birbaşa su təsərrüfatına keçid peşəkar yüksəlişdir, yoxsa qohumluq pilləkəni?
"DogruXeber.tv" olaraq bildiririk ki, səsləndirilən bütün iddialar qarşı tərəfin mövqeyi olmadan birtərəfli sayıla bilər. Məhz buna görə də redaksiyamıza daxil olan məlumatlara aydınlıq gətirilməsi üçün Sərxan Orucova bir neçə dəfə zəng vurduq. Təəssüflər olsun ki, zənglərimizə adboy verildi.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq. Çünki hesab edirik ki, dövlət strukturlarında şəffaflıq təkcə şüar deyil, ictimai etimadın əsas şərtidir.
Bununla yanaşı bildiririk ki, bu hələ son deyil. Adı çəkilən qurumla bağlı redaksiyamız tərəfindən daha ciddi və geniş məlumatlar əldə olunub. Hazırda araşdırmalar davam etdirilir və faktlar dəqiqləşdirilir. Yaxın günlərdə araşdırmalarımız yekunlaşdıqdan sonra bütün detalları ictimaiyyətə təqdim edəcəyik.
"DogruXeber.tv" olaraq mövzunu diqqətdə saxlayırıq.
Oxşar xəbərlər
-
13.02.2026Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar - ŞOK İDDİA -
10.02.2026Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... FOTO -
14.01.2026"Referans”ın dövlət qurumları ilə dərman biznesi -
24.12.2025Prezident İlham Əliyevin doğum günüdür -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
20.06.2026Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var
-
20.06.2026"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?
-
20.06.2026Bakıda Milli Parkın ərazisində meyit tapıldı
-
20.06.2026"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı
-
20.06.2026Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
-
20.06.2026Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
-
20.06.2026Rafael Fiziyev Bakıda
-
20.06.2026ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək
-
20.06.2026Aİ Ermənistana ilk yardım tranşını etdi
-
20.06.2026Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
-
20.06.2026Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb
-
20.06.2026Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?
-
20.06.2026Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
-
20.06.2026FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb
-
20.06.2026Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar
-
20.06.2026Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib
-
20.06.2026Burj Khalifa-nın 16 illik taxtı əldən gedir
-
20.06.2026Köçəryan MSK-nı məhkəməyə verdi
-
20.06.2026Kimlər qan üçün donor ola bilməz?
-
20.06.2026Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib
-
20.06.2026Londonda sərnişin təyyarəsində meyit tapıldı
-
20.06.2026Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
-
20.06.2026Masazırda faciə: Ölən var
-
20.06.2026Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi
-
20.06.2026Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi
-
20.06.2026“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib
-
20.06.2026"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb
-
20.06.2026Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...
-
20.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
20.06.2026Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb



