4.03.2026
Duzxeber.az: - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəqəmsallaşdırma sektorunun müdiri Rəsul Çopurovun 2025-ci ildə işdən çıxarılması, qısa müddət sonra yenidən işə qayıtması müəyyən şübhələrə yol açıb.
Bu addım Rəsul Çopurovun hərbi xidmətdən yayınması üçün atılıb.
Qısa arayış olaraq bildirək ki, Rəsul Çopurov 2025-ci ilin mayın 13-də sözügedən qurumda işə qəbul edilib. Qısa müddət sonra isə ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumundan çağırış gəlib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud üçün önəmli kadrlardan olduğu söylənilən Rəsul Çopurovun hərbi xidmətə getməməməsi üçün SHXÇD-yə onun xaricdə doktorantura təhsili aldığı bildirilib.
Məsələ burasındadır ki, “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarının tələblərinə görə, doktoranturada əyani təhsil istehsalatdan ayrılmaqla həyata keçirilir. Ali təhsil pilləsinin doktorantura səviyyəsi üzrə təhsil alma ilə bağlı çağırışdan möhlət verilməsi barədə qərar qəbul olunarkən çağırışçıların yuxarıda qeyd olunan şərtlərdən əlavə əmək fəaliyyəti ilə məşğul olub – olmaması dəqiqləşdirilir.
Xarici ölkələrdə əyani təhsil alma formasında təhsil almaları barədə arayış təqdim etməklə yanaşı, ölkəmizdə əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olan şəxslərə hərbi xidmətə çağırışdan möhlət verilmir. Çünki şəxsin ölkə ərazisində daimi əsaslarla əmək fəaliyyəti ilə məşğul olması onun xarici ölkədə əyani təhsil alması faktini şübhə altına alır.
Mənbənin sözlərinə görə, hərbi xidmətdən möhlət əldə etmək üçün Rəsul Çopurovun sözügedən qurumda 19 sentyabr 2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilib. Nəticədə R.Çopurov aidiyyəti sənədləri təqdim etdikdən sonra hərbi xidmətdən möhlət hüququ qazanıb. 4 noyabr 2025-ci ildə isə R.Çopurov yenidən Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəqəmsallaşdırma sektorunun müdiri təyin edilib.
Məsələ ilə bağlı Teleqraf həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həm də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sorğu ünvanlayıb.
Dövlət Xidmətindən bildirilib ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi isə Qanunla nəzərdə tutulan müddətdə sorğunu cavablandırmayıb.//Teleqraf
“İçərişəhər”in sektor müdiri Çopurov hərbi xidmətdən necə yayınıb?

Oxşar xəbərlər
-
24.01.2026Şirkət rəhbəri hərbi xidmətdən necə yayınıb? – Saxta təhsil, yoxsa… -
22.12.20252026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM -
18.12.20252025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI) -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
21.11.2025Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi