7.03.2026
240 min manatdan çox vergi borcu, uğursuz əməliyyatlar, ölüm və koma qalmaqalları ilə gündəmə gələn “MedAura” klinikası fəaliyyətini dayandırmaq əvəzinə adını dəyişərək yenidən bazara qayıtmağa hazırlaşır.
Duzxeber.az Medicina.az-a istinadən xəbər verir ki , hazırda sosial şəbəkə hesablarını bağlayan klinika yaxın vaxtlarda tamamilə başqa adla fəaliyyətə başlamağı planlaşdırır.Məqsəd isə əvvəlki qalmaqalları arxada qoyaraq yeni pasiyentlər cəlb etməkdir. 20 manat kapital, 240 min vergi borcu 2010-cu ildə dövlət qeydiyyatına alınan klinikanın nizamnamə kapitalı cəmi 20 manat təşkil edir.MMC-nin qanuni təmsilçisi İsbiyev Mübariz Qabil oğlu göstərilir. Dövlət Vergi Xidmətinin məlumatına görə, müəssisə fəaliyyət dövründə iki dəfə adını dəyişib. Klinika əvvəlcə “Nihat Klinika”, 2018-ci ildən isə “MedAura Klinika” MMC kimi fəaliyyət göstərib.Eyni ünvanda fəaliyyət göstərən klinika əsasən estetik, plastik və kosmetoloji əməliyyatlar üzrə xidmətlər göstərib. Mənbələrin sözlərinə görə, klinikada əməliyyat otaqları müxtəlif həkimlərə və kosmetoloqlara kirayə verilir, həmçinin bazar qiymətindən aşağı qiymətlər elan edilərək müştərilər cəlb olunurdu. Son illərdə isə klinika daha çox uğursuz əməliyyatlar və pasiyent şikayətləri ilə gündəmə gəlib.Baş həkim dəyişdi
Uzun müddət klinikanın baş həkimi olmuş Nigar Məhəmmədova çoxsaylı pasiyent ağırlaşmaları səbəbindən vəzifəsindən uzaqlaşdırılıb. Hazırda klinikanın baş həkimi Münəzzim Zahidov göstərilir. Lakin klinikanın fəaliyyətində problemlər bununla bitmir.Dövlətə 241 min manat borc Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, klinikanın hazırda dövlət büdcəsinə 241 690,82 manat vergi borcu var. Bundan başqa, 2011, 2012, 2016, 2017, 2018, 2019, 2021, 2022, 2023 və 2024-cü illərdə vergi hesabatlarını vaxtında təqdim etmədiyinə görə müəssisəyə 15 dəfə maliyyə sanksiyası tətbiq edilib.Bütün bu pozuntulara baxmayaraq, klinikanın fəaliyyətini davam etdirməsi ciddi suallar doğurur.Lisenziyasız plastik cərrahiyyə
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılan plandankənar yoxlamalar zamanı klinikada lisenziyadan kənar fəaliyyət, sertifikatsız plastik cərrahiyyə halları aşkar edilib. Nəticədə klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə protokol tərtib olunub.Hətta baş həkim Nigar Məhəmmədovanın belə adı Səhiyyə Nazirliyinin plastik cərrahlar siyahısında yox idi.Ölən və komaya düşən pasiyentlər MedAura klinikası ilə bağlı şikayətlərin sayı kifayət qədər çoxdur. Lakin onların yalnız bir hissəsi ictimailəşdirilib.Ən səs-küylü hadisələrdən bəziləri bunlardır:2019-cu il Estetik əməliyyat zamanı 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva anesteziyadan sonra həyatını itirib. 2023-cü il Lamiyə Kərimova burun əməliyyatının uğursuz olduğunu bildirərək klinikadan şikayət edib.2024-cü il aprel Lətafət Məmmədova septoplastika əməliyyatından sonra səhhətinin daha da pisləşdiyini iddia edib. 2024-cü il may Pasiyent üzərində lipoma əməliyyatı aparılmalı olduğu halda əməliyyatın liposaksiya kimi icra edildiyi müəyyən edilib. Məhkəmənin qərarı ilə klinika 6000 manat cərimə olunub.Ən böyük qalmaqal isə ötən il baş verib. 2024-cü il aprelin 30-da Nigar İlham qızı Budaqlı burun əməliyyatı zamanı komaya düşüb. Hadisə ilə bağlı lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb. Pasiyentin əməliyyatdan sonrakı ağır vəziyyətini əks etdirən videogörüntülər sosial şəbəkələrdə geniş yayılıb və hətta xarici mediada da işıqlandırılıb.Qalmaqallı baş həkimin yeni klinikası
MedAura-da uzun müddət baş həkim olmuş Nigar Məhəmmədova daha sonra MediHall adlı klinikada fəaliyyətini davam etdirib. Lakin bu müəssisədə də qalmaqal yaşanıb. 2025-ci ilin fevralında bədənşəkilləndirmə əməliyyatı etdirən 41 yaşlı Nigar İsmayılova həyatını itirib. Səhiyyə Nazirliyi isə açıqlayıb ki, Nigar Məhəmmədova rəsmi plastik cərrahlar siyahısında yoxdur.Faktla bağlı Baş Prokurorluq araşdırma aparır.Ad dəyişmək problemləri həll edəcək?
Onlarla şikayət, ölüm hadisələri, cinayət işləri, vergi borcu və lisenziya pozuntuları… Bütün bunlardan sonra MedAura klinikasının sadəcə adını dəyişərək fəaliyyətini davam etdirməsi ciddi suallar doğurur. Əgər klinika həqiqətən də yeni adla bazara qayıdacaqsa, o zaman əsas sual dəyişməz qalır: Bu qədər qalmaqala baxmayaraq, klinikanın arxasında duran kimdir?
240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir? - İLGİNC FAKTLAR

Oxşar xəbərlər
-
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
31.12.2025Eldar Əzizov bir nəfər məxsus iki MMC ilə müqavilə bağlayır – Arxasında nə kimi mətləblər var -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR -
22.11.2025Leyla və Alena Əliyevalar Lənkəranda yaradılmış Baytarlıq Klinikası ilə tanış oldular - FOTOLAR
Xəbər lenti
-
13.06.2026Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı
-
13.06.2026Zəngilanda “Azərbaycan Respublikasında kənd təsərrüfatının, balıqçılığın və akvakulturanın inkişafına dair 2026-2030-cu illərdə Dövlət Proqramı”nın müzakirəsinə həsr olunmuş regional müşavirə keçirilib.
-
13.06.2026Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO
-
13.06.2026Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb
-
13.06.2026Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
-
13.06.2026Səhhəti pisləşdi, konsertləri təxirə salındı
-
12.06.2026Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq
-
12.06.2026Bakı Limanında quru yük aşırılması artıb
-
12.06.2026Azərbaycanda zəlzələ oldu
-
12.06.2026Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib
-
12.06.2026Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
-
12.06.2026Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika
-
12.06.2026İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
-
12.06.2026Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir
-
12.06.2026Şuşada bu işləri görmək qadağan edilir
-
12.06.2026Prezident Putinə məktub göndərdi
-
12.06.2026"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

12.06.2026Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
-
12.06.2026Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib
-
12.06.2026İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı
-
12.06.2026Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir
-
12.06.2026Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib
-
12.06.2026Dünya çempionatı açılışında dava düşdü
-
12.06.2026128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı
-
12.06.2026“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
12.06.2026İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub
-
12.06.2026Bu rayonlarda ehsan LƏĞV EDİLDİ
-
12.06.2026Bakıda yaşlı kişi dənizdə boğularaq öldü
-
12.06.2026İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır