10.03.2026
Duzxeber.az: - “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi “Ağdam şəhər Cümə məscidinin tikinti-quraşdırma işləri”nin satın alınması üzrə 24.10.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AZ TECHNOCON GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 412.693,83 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 05.02.2026-cı ildə dərc edilib.
Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, bu tərəflər arasında bağlanan ilk müqavilə deyil.
Tərəflər arasında ilk müqavilə 20.12.2023-cü ildə bağlanılıb. “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin hüquqi varisi olduğu “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi “AZ TECHNOCON GROUP” MMC ilə “Xocavənd rayonu ərazisində yerləşən Tuğ kəndi yaşayış məntəqəsinin tikinti layihəsi çərçivəsində söküntü və şaquli planlaşdırma işlərinin” satın alınması üzrə 702.806,9 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Bundan sonra, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi 13.09.2024-cü ildən başlayaraq “AZ TECHNOCON GROUP” MMC ilə 9 satınalma müqaviləsi bağlayıb.
Ağdərə rayonu, Suqovuşan qəsəbəsində tikintisi davam edən 5 ədəd 5 mərtəbəli yaşayış binalarının xarici rabitə şəbəkəsinin tikinti-quraşdırma işlərinin satın alınması üzrə 68.968,95 manat dəyərində 13.09.2024-cü ildə.
Ağdam şəhəri Meşə parkının layihələndirilməsi çərçivəsində söküntü işlərinin satın alınması üzrə 190.743,07 manat dəyərində 28.12.2024-cü ildə.
Füzuli şəhəri inzibati bina layihəsi çərçivəsində söküntü və şaquli planlaşdırma işlərinin satın alınması üzrə 339.500,28 manat dəyərində 09.01.2025-ci ildə
Ağdam şəhərinin inzibati ərazisində inzibati bina kompleksinin və şəhər meydanının tikintisi layihəsi çərçivəsində söküntü işlərinin satın alınması üzrə 56.673,44 manat dəyərində 10.01.2025-ci ildə
Füzuli şəhərində 2-ci faza üzrə məcburi köçkünlər üçün orta sıxlıqlı və çoxfunksiyalı zona, orta mərtəbəli yaşayış məhəllələrinin tikintisi layihəsi çərçivəsində söküntü işlərinin satın alınması üzrə 84.257,98 manat dəyərində 13.01.2025-ci ildə.
“Ağdam şəhərinin 2 nömrəli yaşayış massivinin Qazanxana kompleksinin tikintisi və quraşdırılması işləri”nin satın alınması üzrə 1.035.196,96 manat dəyərində 25.08.2025-ci ildə.
“Ağdam rayonunun 4 nömrəli yaşayış massivi üzrə Su – Kanalizasiya, yaşıllıq, yol, səki və abadlıq işlərinin” satın alınması üzrə 3.269.870,46 manat dəyərində 04.12.2025-ci ildə.
“Füzuli şəhərinin 3 nömrəli yaşayış məhəlləsində söküntü işləri”nin satın alınması üzrə 137.605,52 manat dəyərində 23.01.2026-cı ildə.
Göründüyü kimi “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi son iki ilə yaxın vaxtda “AZ TECHNOCON GROUP” MMC ilə ümumi dəyəri 5 595 505 manat olan 9 satınalma müqaviləsi bağlayıb.
“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin milyonlarla manat dəyərində dövlət sifarişi verdiyi MMC haqqında nə kimi məlumatlar var.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZ TECHNOCON GROUP” (VÖEN: 1904433171) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 16.07.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, SURAXANI RAYONU, QARAÇUXUR ŞTQ, ŞƏRQ (QARAÇUXUR QƏS.), ev.9 DÖNGƏ EV 37B, qanuni təmsilçisinin isə Acalov Elşad Ağakişi oğlu olduğu qeyd edilib.
Qeyd edək ki, 16.07.2020-ci ildə MMC “ZUSS CONSTRUCTION” kimi dövlət qeydiyyayına alınıb. 03.08.2021-ci ildə adı dəyişdirilərək “ODD CONSTRUCTİON” olub. 05.04.2023-cü ildən “AZ TECHNOCON GROUP” kimi fəalliyyət göstərir.
MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Hüseynov Rafiq Cümşüd oğlu olub. Daha sonra Dünyamalıyev Fuad Mehdi oğlu və Acalov Elşad Ağakişi oğlu ayrı ayrı vaxtlarda MMC-yə rəhbərlik ediblər.
Qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovdu. O, daha əvvəl Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olub. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.
Leysan Məmmədovun karyerasından göründüyü kimi daim məsul vəzifələrdə çalışıb. Uzun illər Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində rəhbər vəzifələrdə çalışıb. Yəni. tikinti sahəsini incəliklərinə qədər bilir. Onun Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktoru kimi son vaxtlar işbirliyində olduğu şirkətlərdən biri də göründüyü kimi “AZ TECHNOCON GROUP” MMC-dir. Niyə məhz bu şirkət?
Bu MMC-ni Leysan Məmmədova bağlayan bir tel olmasaydı, görəsən işğaldan azad olunmuş ərazilərdə həm söküntü işləri, həm su – kanalizasiya, yaşıllıq, yol, səki və abadlıq işləri, qazanxana kompleksinin tikintisi üzrə , həm də rabitə şəbəkəsinin tikinti-quraşdırma işləri üzrə müxtəlif profilli işlərin qalibi ola bilərdimi?//Aktualinfo.net
Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır - İLGİNC FAKTLAR...
Duzxeber.az: - “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi “Ağdam şəhər Cümə məscidinin tikinti-quraşdırma işləri”nin satın alınması üzrə 24.10.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AZ TECHNOCON GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 412.693,83 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 05.02.2026-cı ildə dərc edilib.Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, bu tərəflər arasında bağlanan ilk müqavilə deyil.
Tərəflər arasında ilk müqavilə 20.12.2023-cü ildə bağlanılıb. “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin hüquqi varisi olduğu “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi “AZ TECHNOCON GROUP” MMC ilə “Xocavənd rayonu ərazisində yerləşən Tuğ kəndi yaşayış məntəqəsinin tikinti layihəsi çərçivəsində söküntü və şaquli planlaşdırma işlərinin” satın alınması üzrə 702.806,9 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Bundan sonra, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi 13.09.2024-cü ildən başlayaraq “AZ TECHNOCON GROUP” MMC ilə 9 satınalma müqaviləsi bağlayıb.
Ağdərə rayonu, Suqovuşan qəsəbəsində tikintisi davam edən 5 ədəd 5 mərtəbəli yaşayış binalarının xarici rabitə şəbəkəsinin tikinti-quraşdırma işlərinin satın alınması üzrə 68.968,95 manat dəyərində 13.09.2024-cü ildə.
Ağdam şəhəri Meşə parkının layihələndirilməsi çərçivəsində söküntü işlərinin satın alınması üzrə 190.743,07 manat dəyərində 28.12.2024-cü ildə.
Füzuli şəhəri inzibati bina layihəsi çərçivəsində söküntü və şaquli planlaşdırma işlərinin satın alınması üzrə 339.500,28 manat dəyərində 09.01.2025-ci ildə
Ağdam şəhərinin inzibati ərazisində inzibati bina kompleksinin və şəhər meydanının tikintisi layihəsi çərçivəsində söküntü işlərinin satın alınması üzrə 56.673,44 manat dəyərində 10.01.2025-ci ildə
Füzuli şəhərində 2-ci faza üzrə məcburi köçkünlər üçün orta sıxlıqlı və çoxfunksiyalı zona, orta mərtəbəli yaşayış məhəllələrinin tikintisi layihəsi çərçivəsində söküntü işlərinin satın alınması üzrə 84.257,98 manat dəyərində 13.01.2025-ci ildə.
“Ağdam şəhərinin 2 nömrəli yaşayış massivinin Qazanxana kompleksinin tikintisi və quraşdırılması işləri”nin satın alınması üzrə 1.035.196,96 manat dəyərində 25.08.2025-ci ildə.
“Ağdam rayonunun 4 nömrəli yaşayış massivi üzrə Su – Kanalizasiya, yaşıllıq, yol, səki və abadlıq işlərinin” satın alınması üzrə 3.269.870,46 manat dəyərində 04.12.2025-ci ildə.
“Füzuli şəhərinin 3 nömrəli yaşayış məhəlləsində söküntü işləri”nin satın alınması üzrə 137.605,52 manat dəyərində 23.01.2026-cı ildə.
Göründüyü kimi “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi son iki ilə yaxın vaxtda “AZ TECHNOCON GROUP” MMC ilə ümumi dəyəri 5 595 505 manat olan 9 satınalma müqaviləsi bağlayıb.
“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin milyonlarla manat dəyərində dövlət sifarişi verdiyi MMC haqqında nə kimi məlumatlar var.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZ TECHNOCON GROUP” (VÖEN: 1904433171) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 16.07.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, SURAXANI RAYONU, QARAÇUXUR ŞTQ, ŞƏRQ (QARAÇUXUR QƏS.), ev.9 DÖNGƏ EV 37B, qanuni təmsilçisinin isə Acalov Elşad Ağakişi oğlu olduğu qeyd edilib.
Qeyd edək ki, 16.07.2020-ci ildə MMC “ZUSS CONSTRUCTION” kimi dövlət qeydiyyayına alınıb. 03.08.2021-ci ildə adı dəyişdirilərək “ODD CONSTRUCTİON” olub. 05.04.2023-cü ildən “AZ TECHNOCON GROUP” kimi fəalliyyət göstərir.
MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Hüseynov Rafiq Cümşüd oğlu olub. Daha sonra Dünyamalıyev Fuad Mehdi oğlu və Acalov Elşad Ağakişi oğlu ayrı ayrı vaxtlarda MMC-yə rəhbərlik ediblər.
Qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovdu. O, daha əvvəl Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olub. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.
Leysan Məmmədovun karyerasından göründüyü kimi daim məsul vəzifələrdə çalışıb. Uzun illər Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində rəhbər vəzifələrdə çalışıb. Yəni. tikinti sahəsini incəliklərinə qədər bilir. Onun Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktoru kimi son vaxtlar işbirliyində olduğu şirkətlərdən biri də göründüyü kimi “AZ TECHNOCON GROUP” MMC-dir. Niyə məhz bu şirkət?
Bu MMC-ni Leysan Məmmədova bağlayan bir tel olmasaydı, görəsən işğaldan azad olunmuş ərazilərdə həm söküntü işləri, həm su – kanalizasiya, yaşıllıq, yol, səki və abadlıq işləri, qazanxana kompleksinin tikintisi üzrə , həm də rabitə şəbəkəsinin tikinti-quraşdırma işləri üzrə müxtəlif profilli işlərin qalibi ola bilərdimi?//Aktualinfo.net
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
3.03.2026“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər… -
22.01.2026Hər yeri KORRUPSİYA QOXUYAN TOVUZ... - Ayın tarixini soruşan da yoxdur... -
22.01.2026Tovuzda yolların əsaslı təmiri də, abadlıq işləri də şübhəli yollarla aparılır -
13.01.2026“Nakhish” MTK-ya həm cərimələr tətbiq edilir, həm də milyonluq tenderlər verilir – Bu necə olur?
Xəbər lenti
-
12.06.2026Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq
-
12.06.2026Bakı Limanında quru yük aşırılması artıb
-
12.06.2026Azərbaycanda zəlzələ oldu
-
12.06.2026Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib
-
12.06.2026Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
-
12.06.2026Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika
-
12.06.2026İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
-
12.06.2026Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir
-
12.06.2026Şuşada bu işləri görmək qadağan edilir
-
12.06.2026Prezident Putinə məktub göndərdi
-
12.06.2026"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

12.06.2026Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
-
12.06.2026Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib
-
12.06.2026İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı
-
12.06.2026Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir
-
12.06.2026Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib
-
12.06.2026Dünya çempionatı açılışında dava düşdü
-
12.06.2026128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı
-
12.06.2026“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
12.06.2026İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub
-
12.06.2026Bu rayonlarda ehsan LƏĞV EDİLDİ
-
12.06.2026Bakıda yaşlı kişi dənizdə boğularaq öldü
-
12.06.2026İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
-
12.06.2026Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...
-
12.06.202626 yaşlı oğlan kafedə qətlə yetirilib
-
12.06.2026DYP-dən “Son zəng”lə bağlı müraciət
-
12.06.2026İlon Mask tarixdə ilk trilyonçu oldu
-
12.06.2026Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu
-
12.06.2026Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq