12.06.2026
DuzXeber.az: “AzerGold” QSC tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri üçün Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) infotur təşkil edilib.
Ölkənin qeyri-neft sənayesinin mühüm istiqamətlərindən biri olan dağ-mədən sektorunda həyata keçirilən fəaliyyət və istehsal prosesləri ilə yaxından tanışlıq məqsədi daşıyan infoturda İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, Mərkəzin məsul əməkdaşları, həmçinin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov iştirak edib.
“AzerGold” QSC və İİTKM-in fəaliyyətlərinin 10 illiyi münasibətilə təşkil olunan tanışlıq səfəri çərçivəsində “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – Sədrin müavini Xəyyam Fərzəliyev dövlət şirkətinin fəaliyyət istiqamətləri, əldə etdiyi nəticələr və strateji hədəfləri barədə ətraflı məlumat verib.
Daha sonra iştirakçılara ÇİRES-in fəaliyyəti, hasilat və emal prosesləri, istehsalatda tətbiq olunan müasir texnologiyalar, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi standartları barədə təqdimat keçirilib. İnfotur iştirakçıları müəssisənin istehsalat sahələrinə baxış keçirərək ölkənin strateji ixrac məhsullarından biri olan qızılın emal mərhələlərini yerində izləmək imkanı əldə ediblər.
Səfər zamanı “AzerGold” QSC-nin həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələri, eləcə də ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf istiqamətində görülən işlər barədə məlumat təqdim olunub.
Qeyd edək ki, “AzerGold” QSC tərəfindən dövlət qurumları, qeyri-hökumət təşkilatları, media nümayəndələri və digər maraqlı tərəflər üçün mütəmadi olaraq təşkil edilən infoturlar şirkətin fəaliyyəti, eləcə də ölkənin dağ-mədən sənayesi barədə məlumatlılığın artırılmasına və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir.





İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub
DuzXeber.az: “AzerGold” QSC tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri üçün Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) infotur təşkil edilib.Ölkənin qeyri-neft sənayesinin mühüm istiqamətlərindən biri olan dağ-mədən sektorunda həyata keçirilən fəaliyyət və istehsal prosesləri ilə yaxından tanışlıq məqsədi daşıyan infoturda İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, Mərkəzin məsul əməkdaşları, həmçinin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov iştirak edib.
“AzerGold” QSC və İİTKM-in fəaliyyətlərinin 10 illiyi münasibətilə təşkil olunan tanışlıq səfəri çərçivəsində “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – Sədrin müavini Xəyyam Fərzəliyev dövlət şirkətinin fəaliyyət istiqamətləri, əldə etdiyi nəticələr və strateji hədəfləri barədə ətraflı məlumat verib.
Daha sonra iştirakçılara ÇİRES-in fəaliyyəti, hasilat və emal prosesləri, istehsalatda tətbiq olunan müasir texnologiyalar, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi standartları barədə təqdimat keçirilib. İnfotur iştirakçıları müəssisənin istehsalat sahələrinə baxış keçirərək ölkənin strateji ixrac məhsullarından biri olan qızılın emal mərhələlərini yerində izləmək imkanı əldə ediblər.
Səfər zamanı “AzerGold” QSC-nin həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələri, eləcə də ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf istiqamətində görülən işlər barədə məlumat təqdim olunub.
Qeyd edək ki, “AzerGold” QSC tərəfindən dövlət qurumları, qeyri-hökumət təşkilatları, media nümayəndələri və digər maraqlı tərəflər üçün mütəmadi olaraq təşkil edilən infoturlar şirkətin fəaliyyəti, eləcə də ölkənin dağ-mədən sənayesi barədə məlumatlılığın artırılmasına və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir.





Oxşar xəbərlər
-
6.06.2026Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb -
5.06.2026Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
18.12.20252025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI)
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



