11.03.2026
Duzxeber.az: - Sumqayıtda yerləşən Bravo supermarketinin filiallarından birində qiymət fərqi ilə bağlı sosial şəbəkələrdə geniş müzakirə aparılır.

Sosial şəbəkə istifadəçisi Ceyhun Savalanlı Sumqayıt şəhərinin Bağçaşəhər ərazisində yerləşən “Bravo” market filialında zeytun məhsulunun vitrində göstərilən qiyməti ilə kassada hesablanan məbləğin fərqli olduğunu iddia edib.
Onun sözlərinə görə, vitrində məhsulun qiyməti 8,99 manat göstərilsə də, kassada ödəniş zamanı məbləğ 12,59 manat olaraq çıxıb. Müştəri bildirib ki, qiymət fərqini yalnız ödəniş etdikdən sonra görüb və pulun geri qaytarılmasını tələb etməyib.
Savalanlı qeyd edib ki, bu hal artıq ikinci dəfə təkrarlanır və belə fərqlər alıcılar üçün narazılıq yaradır. O əlavə edib ki, adətən həmin marketdən 200–250 manatlıq alış-veriş edir, lakin bu dəfə az məhsul aldığı zaman belə bir vəziyyətlə üzləşib.
Paylaşımdan sonra mövzu sosial şəbəkə istifadəçiləri arasında müzakirə mövzusuna çevrilib. Bəzi şəxslər oxşar hallarla digər marketlərdə də qarşılaşdıqlarını bildiriblər. Onların sözlərinə görə, vitrində göstərilən qiymətlə kassadakı məbləğ arasında fərq bəzən alıcıların diqqətindən yayınır.
Digər istifadəçilər isə məsələyə fərqli yanaşıb. Onların sözlərinə görə, vitrində göstərilən məhsulla alınan məhsul fərqli ola bilər. Məsələn, bəziləri qeyd edib ki, vitrində tumlu qara zeytunun qiyməti göstərildiyi halda, çekdə tumsuz yaşıl zeytun qeyd olunub və qiymət fərqi də məhz bundan qaynaqlana bilər.
Bəzi şərhlərdə isə malların vitrində düzgün yerləşdirilməməsinin belə anlaşılmazlıqlara səbəb olduğu vurğulanıb. İstifadəçilər məhsulu alarkən həm etiketdə yazılan adı, həm də barkodu diqqətlə yoxlamağın vacib olduğunu bildiriblər.
Digər tərəfdən, bəzi vətəndaşlar hesab edir ki, bu kimi hallarda məsuliyyət mağazanın üzərinə düşür və qiymət etiketləri daha aydın şəkildə yerləşdirilməlidir.
Müştərinin sözlərinə görə, məsələ ilə bağlı Bravo marketin əməkdaşları onunla əlaqə saxlayaraq yaranan problemə görə üzr istəyiblər. Bununla belə, sosial şəbəkədə bir çox istifadəçi belə halların təkrarlanmaması üçün daha ciddi nəzarətin vacib olduğunu qeyd edib. /AzFood.
Sumqayıtda “Bravo”da müştəriləri aldadırlar? - FOTO

Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
16.02.2026“Bolmart” qiymətləri ilə müştəriləri aldadır – Fotofakt -
27.01.2026İlham Əliyev Sumqayıtda açılışda iştirak etdi - FOTOLAR -
12.01.2026“Elit tort ləvazimatları” körpələr üçün vaxtı keçmiş şokalad satır — FOTO -
12.01.2026“Tamstore”da qiymət oyunu: vitrində bir, kassada başqa məbləğ — FOTO
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi