12.03.2026
Duzxeber.az: - Azərbaycanda zaman-zaman dövlət qurumlarında aparılan kadr dəyişiklikləri və korrupsiyaya qarşı mübarizə çərçivəsində bir sıra qurumların fəaliyyəti daha ciddi şəkildə ictimai müzakirə mövzusuna çevrilir. Xüsusilə də yol təsərrüfatı sahəsi bu baxımdan diqqət mərkəzində saxlanılır.
Belə ki, Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri vəzifəsindən uzaqlaşdırılmasından sonra agentliyin strukturuna daxil olan əksər yol istismar idarələrində baş verən proseslər diqqətdən yayınmır.

XALQ-a daxil olan məlumata görə, AAYDA-nın balansında olan 7 saylı Yol İstismar İdarəsinin rəisi Müşfiq İmranovun son illərdə sürətlə artan maddi imkanları diqqətdən yayınmır.

Məlumatlarda iddia olunur ki, Müşfiq İmranov Bakının müxtəlif ərazilərində bir neçə kommersiya obyektinə sahibdir. Bundan əlavə, onun paytaxtın ən bahalı yaşayış komplekslərindən biri hesab edilən Port Baku Residencedə dupleks mənzil sahibi olduğu deyilir.
Qeyd edək ki, həmin yaşayış kompleksində mənzillərin qiyməti adətən yüz minlərlə manatla ölçülür.
Məlumatlarda həmçinin iddia olunur ki, idarə rəisinin istifadəsində 77 FM 110 dövlət nömrə nişanlı “Lynk & Co” markalı avtomobil var. Mənbələrin sözlərinə görə, bu avtomobilin bazar qiyməti təxminən 90 min manat civarındadır.
Bu faktlar fonunda ictimaiyyətdə əsas müzakirə olunan sual isə belə formalaşır: rəsmi maaşı təxminən 830 manat olan bir dövlət məmuru bu qədər maddi imkanları hansı mənbələr hesabına əldə edib?
Məlumatlarda o da qeyd olunur ki, Müşfiq İmranov 15 saylı Yol İstismar İdarəsinin sabiq rəisi Zahid Nuriyevin kürəkənidir. Hazırda isə həmin idarəyə Vüqar Nuriyev rəhbərlik edir. Vüqar Nuriyevin Balaxanı qəsəbəsində asfalt zavodu fəaliyyət göstərir. Eyni zamanda onun “Rest Time” adlı restoran biznesi ilə məşğul olduğu da iddialar arasındadır.
Yol təsərrüfatı sahəsində çalışan şəxslərin eyni zamanda asfalt istehsalı və tikinti materialları biznesi ilə əlaqələrinin olması potensial maraqlar toqquşması yaradır. Belə hallarda dövlət sifarişləri, tenderlər və podrat işləri ilə bağlı şəffaflıq məsələləri də gündəmə gəlir.
Qeyd olunan iddialarla bağlı hələlik nə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, nə də adı çəkilən şəxslər tərəfindən rəsmi açıqlama verilməyib.
Məsələnin ictimai əhəmiyyəti nəzərə alınaraq aidiyyəti qurumların bu iddialara münasibət bildirməsi və faktların araşdırılması cəmiyyət üçün maraqlı olardı.(Xalq.online)
Yazıda adı çəkilən şəxslərin və qurumun mövqeyini dərc etməyə hazırıq.
Müşfiq İmranov və biznesi…AAYDA strukturlarında diqqət çəkən varlanma -Araşdırma

Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
26.02.2026Saleh Məmmədovun fəaliyyəti araşdırılır – AAYDA-nın tabeliyindəki MMC-lər ləğv olunacaq? -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
5.01.2026AAYDA-da gizli “maliyyə piramida”sı: Saleh Məmmədov təcili “ixtisar”a başlayıb -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
29.06.2026"Nəriman Nərimanov" metrosu ətrafında bu obyektlər sökülür
-
29.06.2026Bu rayonlarda külək əsəcək- XƏBƏRDARLIQ
-
29.06.2026“İnşaat Konstruksiyalar” MMC-dən Prezidentə şikayət:...məni buna vadar etməsinlər
-
29.06.2026Bu gündəlik vərdişlər orqanlara ciddi zərər verə bilər - SİYAHI
-
29.06.2026"Demokratiya TV"nin rəhbəri həbs edildi
-
29.06.2026İyulun 1-də təbiət hadisəsi baş verəcək
-
29.06.2026ABŞ-də yeddiaylıq qızı güllələyən 10 yaşlı oğlan həbs edildi
-
29.06.202622 yaşlı reper haqda ölüm cəzası çıxarıldı
-
29.06.2026Kəşfiyyat şefi COVID-in sirrini açdı, konkret ad çəkdi - doktor Entoni Fauçi...
-
29.06.2026Yaponiyada yeni dişlərin çıxmasını hədəfləyən dərman sınaqdan keçirilir
-
29.06.2026"Azərbaycan Türk dünyasında söz sahibidir"
-
29.06.2026Yasamalda BYD markalı avtomobil aşıb, xəsarət alanlar var
-
29.06.2026Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
-
29.06.2026Ödəniş sistemlərinin xariclə inteqrasiyası....
-
29.06.2026Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb
-
29.06.2026Bakıda qardaşlar arasında ata mülkünə görə dava - Məhkəmə qərar verdi
-
29.06.2026Dondurulmuş limon həqiqətən də xərçəngdən qoruyurmu?
-
29.06.2026Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ
-
29.06.2026Keçmiş nazirin ailəsinə məxsus xəstəxananın baş həkimi dəyişdi
-
29.06.2026Məktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA
-
29.06.2026Sabah yağış, şimşək və dolu yağacaq
-
29.06.2026Kredit pullarının verilməsində yeni qayda: Vəsaitlər nə vaxt hesaba köçürüləcək?
-
29.06.2026Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edilib
-
29.06.2026Polşa “gözəgörünməz” sualtılar alır
-
29.06.2026Avro bahalaşdı, rubl ucuzlaşdı
-
29.06.2026Rəsmi Bakıdan İsrailə çağırış – “Bu qərar ciddi narahatlıq doğurur”
-
29.06.2026İsrail hökuməti 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıdı
-
29.06.2026Britaniya aviaşirkətinə məxsus təyyarə tüstülənmə səbəbindən Erfurtda yerə enib
-
29.06.2026Ərzaqlıq buğdanın yeni dövlət tədarük qiyməti müəyyən edildi
-
29.06.2026Çində güclü zəlzələ olub - Xəsarət alanlar var