ABŞ Milli Kəşfiyyat Agentliyinin (ODNI) keçmiş rəhbəri Talsi Qabbard COVID-19 virusunun mənşəyi ilə bağlı gizli sənədləri açıqlayıb. Talsi Qabbard açıqlaması ilə qlobal pandemiya ətrafındakı müzakirələri yenidən alovlandırıb. Təqribən 400 səhifəlik hesabat və daxili kəşfiyyat yazışmaları illərdir konspiroloji nəzəriyyə adlandırılan bəzi iddiaları rəsmi sənədlərin dili ilə yenidən gündəmə gətirib. Kəşfiyyat sənədlərində Çinin Vuhan Virusologiya İnstitutunda (WIV) ABŞ tərəfindən maliyyələşdirilən araşdırmalar və ABŞ-ın keçmiş baş infeksionisti doktor Entoni Fauçinin fəaliyyəti arasında ciddi ziddiyyətlər bəyan edilir. Lakin sənədlərin tam məzmunu və onların hüquqi-siyasi nəticələri Vaşinqtonda fərqli şəkildə şərh olunur.
Talsi Qabbard tərəfindən rəsmən açıqlanan sənədlərdə, xüsusilə “Lawrence Livermore” laboratoriyasının hesabatına istinadən qeyd olunur ki, Vuhan laboratoriyasındakı şərait və tədqiqat proqramları koronavirusun insanlara keçməsini sürətləndirəcək funksiya gücləndirilməsi (gain-of-function) elmi təcrübələri üçün tam əlverişli olub. Sənədlər həmçinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bəzi analitiklərinin hələ 2021-2023-cü illərdə kovidin laboratoriya sızıntısı ssenarisini ən real variant hesab etdiklərini, lakin bu tapıntıların rəhbərlik tərəfindən sıxışdırıldığını iddia edən daxili şahid ifadələrini ortaya qoyur.
Ən səs-küylü məqamlardan biri dr. Entoni Fauçinin 2024-cü ildə Konqres qarşısında and içməklə verdiyi ifadələrlə bağlıdır. Hesabatda iddia olunur ki, Fauçi ABŞ Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun (NIAID) rəhbəri olduğu dövrdə Vuhandakı uçan siçan virusları tədqiqatlarının maliyyələşməsinə birbaşa nəzarət edib və onun kəşfiyyat rəylərinə təsir göstərmək cəhdləri Konqresə dediyi ifadələrlə ziddiyyət təşkil edir. Qabbard mövzu ilə bağlı verdiyi bəyanatda bildirib: “İllərlə davam edən yalanlar, senzura və ört-basdırdan sonra Amerika xalqı şəffaflığa və həqiqətə layiqdir”.
Bu ağır ittihamlara baxmayaraq, dr. Fauçini hər hansı bir hüquqi cəza və ya məhkəmə prosesinin gözləmədiyi artıq dəqiqdir. Belə ki, ABŞ-ın eks-prezidenti Co Bayden vəzifə müddətinin son günündə - 20 yanvar 2025-ci ildə dr. Entoni Fauçi üçün qabaqcadan (preemptive) tam və şərtsiz əfv fərmanı imzalayıb. Bu fərman Fauçinin 2014-cü ildən bəri NIAID rəhbəri və Ağ Evin tibbi məsləhətçisi kimi fəaliyyəti dövründə törədilə biləcək hər hansı federal cinayətə görə gələcəkdə təqib olunmasını hüquqi olaraq qeyri-mümkün edir. Co Bayden bu addımı atarkən bəyan edib ki, bu əfv qərarı dr. Fauçinin hər hansı bir cinayət törətməsinin və ya günahı boynuna almasının təsdiqi deyil:
“Əfvlərin verilməsi hər hansı bir şəxsin qanunsuz fəaliyyətlə məşğul olduğunun etirafı kimi başa düşülməməlidir. Dr. Fauçi yarım əsrdən çox ölkəmizə xidmət edib və əsassız siyasi təhqiqatlardan qorunmalıdır”.
Dr. Fauçi özü də ittihamları qətiyyətlə rədd edərək, heç bir qanunsuz fəaliyyət göstərmədiyini, həm təbii mənşə, həm də laboratoriya qəzası ssenarilərinin elmi cəhətdən hələ də araşdırıldığını bildirib. Tənqidçilər və mühafizəkar dairələr, xüsusilə senator Rend Pol kimi fiqurlar, Baydenin bu tələsik əfv fərmanını pandemiya məsuliyyətinin gizlədilməsi və iddiaların faktiki etirafı kimi qiymətləndirirlər. Onların fikrincə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və digər qlobal qurumların prosesdəki rolu hələ də qaranlıq qalır və böyük farmasevtika şirkətlərinin ("Big Farma") pandemiyadan trilyonlarla dollar qazanc əldə etməsi bu şübhələri daha da dərinləşdirir.
Bununla belə, ABŞ kəşfiyyat icmasının daxilində virusun mənşəyinə dair hələ də tam konsensus yoxdur; bəzi agentliklər hələ də təbii mənşə versiyasına üstünlük verir. Lakin Qabbardın son sənəd sızdırması COVID-19-un əsrə bərabər olan böyük bir siyasi və kəşfiyyat müharibəsinin aləti olmasını ortaya qoyur./gundemxeber.com
Gündəm / Sosial
Kəşfiyyat şefi COVID-in sirrini açdı, konkret ad çəkdi - doktor Entoni Fauçi...
Gündəm / Bölgə / Üst xəbər / Manşet
Azad Qarabağda təsərrüfat həyatı canlanır – yeni fermalar tikilir
Gündəm / Manşet
Bu çayları alanlara ciddi xəbərdarlıq – Səssizcə öldürür
Gündəm / Sosial
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Gündəm / Cəmiyyət
Bakının mərkəzində 15 bina SÖKÜLƏCƏK - ÜNVANLAR
Gündəm / Manşet
Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda - VİDEO
Gündəm / Cəmiyyət
Rayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq
Gündəm / İdman
“Mançester Yunayted” “Sabah”la oyun üçün iştirak ərizəsini açıqladı
Gündəm / Sosial
Çıxarışı olmayan mənzillərlə bağlı xəbərdarlıq
Gündəm / Dünya
ABŞ ordusunda araşdırma: COVID vaksini hərbçilərin ölümünə səbəb olub?
Gündəm / Manşet
“Bantik” Kosmetika işə satıcı götürür, yoxsa hambal? - İşçidən şikayət
Gündəm / Hadisə
Yanacaq daşıyan avtomobil qəza törətdi
Gündəm / Dünya
"Arxadan vurulan zərbə" bu dəfə Almaniyada - Mertsə qarşı pərdəarxası plan
Gündəm / Təhsil / Üst xəbər / Manşet
Təhsil sistemi niyə hələ də məktəblərin acınacaqlı mənzərəsindən xilas ola bilmir? — Goranboy hadisəsi daha böyük problemin göstəricisidir
Gündəm / Manşet
Bakıda sıxlığın qarşısını almaq üçün gözlənilməz DƏYİŞİKLİK
Gündəm / Hadisə
Dərmandan zəhərlənən qadın öldü
Gündəm / Cəmiyyət
Bakıda Bal Yarmarkası başlayır
Gündəm / Cəmiyyət
Bakıda bu yol tam bağlanır
Gündəm / Dünya
Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı
Gündəm / Cəmiyyət
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Gündəm / Təhsil
Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb
Gündəm / Səhiyyə / Manşet
“Xətai Estetik Klinikası” ilə bağlı yeni açıqlama: Adıçəkilən həkimlər klinikada çalışmayıblar
Gündəm / Təhsil
İmtahanlarda PİSA tipli tapşırıqlar tətbiq edilə bilər
Gündəm / Sosial
MİDA güzəştli mənzillərin satışına BAŞLADI
Gündəm / İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Gündəm / Üst xəbər
“Rayonlarda maaş Bakıdan 2 dəfə azdırsa, kommunal xərclər də 2 dəfə aşağı olmalıdr” – İqtisadçıdan təklif
Gündəm / Təhsil
Onlayn dərsə keçən məktəblərin SİYAHISI
Gündəm / Hadisə
Lənkəranda faciə: Nərdivandan yıxlıb öldü
Gündəm / Hadisə
Bakıda avtomobil ağaca çırpıldı, ölən var
Gündəm / Dünya
Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
Gündəm / Manşet