Canlı yayım
29.06.2026

22 yaşlı reper haqda ölüm cəzası çıxarıldı

İsfahan şəhərinin İnqilab Məhkəməsi 22 yaşlı reper Məhnam Nəvvab Səfəri barədə ölüm hökmü çıxarıb.
DuzXeber.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, yanvar etirazları zamanı həbs edilən sənətçi “dövlət əmlakının dağıdılması”, “sistemə qarşı təbliğat”, “toplaşma və gizli sövdələşmə” və “şüar yazmaq yolu ilə müharibə”də ittiham olunub.
Onun həbs edildikdən sonra 45 gün Kəşfiyyat Nazirliyinin yerli təcridxanasında saxlanıldığı, işgəncə altında saxta etirafa məcbur edildiyi bildirilib.

Xəbər lenti