Bakıda ata mülkünün bölgüsü ilə bağlı qardaşlar arasında yaranan mübahisə məhkəmə hökmü ilə nəticələnib.
DuzXeber.az xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ilin iyun ayında paytaxt ərazisində yerləşən kafelərdən birində baş verib. Təqsirləndirilən şəxs qardaşı ilə görüşərək ata mülkünün bölünməsi məsələsini müzakirə edib. Söhbət zamanı tərəflər arasında mübahisə yaranıb və münaqişə fiziki qarşıdurmaya çevrilib.
İttihama əsasən, təqsirləndirilən şəxs qardaşına baş nahiyəsinə bir, qol nahiyəsinə isə iki yumruq zərbəsi endirib. Nəticədə zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirilib. Məhkəmə-tibbi ekspertizası zərərçəkmişdə sol ənsə nahiyəsində hematoma və sıyrıq, həmçinin sol qolunda qançır aşkar edib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib. O, qardaşı ilə mübahisə etdiyini təsdiqləsə də, onu yumruqla vurmadığını, yalnız nalayiq ifadələr işlətməsinin qarşısını almaq üçün ağzını əli ilə tutaraq itələdiyini bildirib. Bununla belə, son sözündə əməlindən peşman olduğunu deyərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Zərərçəkmiş şəxs isə ifadəsində qardaşının mübahisə zamanı ona üç dəfə yumruq zərbəsi vurduğunu bildirib. O, təqsirləndirilən şəxslə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini və şikayətçi olaraq qaldığını deyib.
Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli olduğuna qərar verib. Hökmə əsasən, o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib./qaynarinfo
Gündəm / Hadisə
Bakıda qardaşlar arasında ata mülkünə görə dava - Məhkəmə qərar verdi
Gündəm / Bölgə / Üst xəbər / Manşet
Azad Qarabağda təsərrüfat həyatı canlanır – yeni fermalar tikilir
Gündəm / Manşet
Bu çayları alanlara ciddi xəbərdarlıq – Səssizcə öldürür
Gündəm / Sosial
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Gündəm / Cəmiyyət
Bakının mərkəzində 15 bina SÖKÜLƏCƏK - ÜNVANLAR
Gündəm / Manşet
Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda - VİDEO
Gündəm / Cəmiyyət
Rayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq
Gündəm / İdman
“Mançester Yunayted” “Sabah”la oyun üçün iştirak ərizəsini açıqladı
Gündəm / Sosial
Çıxarışı olmayan mənzillərlə bağlı xəbərdarlıq
Gündəm / Dünya
ABŞ ordusunda araşdırma: COVID vaksini hərbçilərin ölümünə səbəb olub?
Gündəm / Manşet
“Bantik” Kosmetika işə satıcı götürür, yoxsa hambal? - İşçidən şikayət
Gündəm / Hadisə
Yanacaq daşıyan avtomobil qəza törətdi
Gündəm / Dünya
"Arxadan vurulan zərbə" bu dəfə Almaniyada - Mertsə qarşı pərdəarxası plan
Gündəm / Təhsil / Üst xəbər / Manşet
Təhsil sistemi niyə hələ də məktəblərin acınacaqlı mənzərəsindən xilas ola bilmir? — Goranboy hadisəsi daha böyük problemin göstəricisidir
Gündəm / Manşet
Bakıda sıxlığın qarşısını almaq üçün gözlənilməz DƏYİŞİKLİK
Gündəm / Hadisə
Dərmandan zəhərlənən qadın öldü
Gündəm / Cəmiyyət
Bakıda Bal Yarmarkası başlayır
Gündəm / Cəmiyyət
Bakıda bu yol tam bağlanır
Gündəm / Dünya
Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı
Gündəm / Cəmiyyət
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Gündəm / Təhsil
Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb
Gündəm / Səhiyyə / Manşet
“Xətai Estetik Klinikası” ilə bağlı yeni açıqlama: Adıçəkilən həkimlər klinikada çalışmayıblar
Gündəm / Təhsil
İmtahanlarda PİSA tipli tapşırıqlar tətbiq edilə bilər
Gündəm / Sosial
MİDA güzəştli mənzillərin satışına BAŞLADI
Gündəm / İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Gündəm / Üst xəbər
“Rayonlarda maaş Bakıdan 2 dəfə azdırsa, kommunal xərclər də 2 dəfə aşağı olmalıdr” – İqtisadçıdan təklif
Gündəm / Təhsil
Onlayn dərsə keçən məktəblərin SİYAHISI
Gündəm / Hadisə
Lənkəranda faciə: Nərdivandan yıxlıb öldü
Gündəm / Hadisə
Bakıda avtomobil ağaca çırpıldı, ölən var
Gündəm / Dünya
Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
Gündəm / Manşet