12.03.2026
Duzxeber.az: - Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyinin Azərbaycan gəncliyinə vurduğu zərbəni heç ABŞ-İsrail koalisiyası İrana vura bilməyib. Çünki qılınc yarası sağalar, amma elmə, təhsilə vurulan yaranı sağaltmaq asan məsələ deyil.
Əvvəlki adı TQDK, indi DİM olan, rəhbəri isə dəyişməyən – Məleykə Abbaszadə olan bu struktur hər il abituriyentlərin başına oyun açır. Nəticədə yüzlərlə məzunun tələbə olmaq hüququ əlindən alınır.
Anaxeberinfo.az bildirir ki, bu il isə DİM abituriyentləri çətin, qəliz, uzun və anlaşılmaz suallarla “imtahana çəkib”. Əgər DİM-də vəzifə tutanlardan həmin test suallarına cavab verməyi tələb etsən, 100 bal da toplamazlar. Çünki şagirdlərə keçirilməyən proqram üzrə test sualları verilib. Bu da cinayətdir. Şagird məktəbdə və hazırlıq kurslarında qarşılaşmadığı suallarla imtahanda rastlaşır və təbii olaraq cavab verə bilmir. Hətta bəzi təhsil ekspertləri iddia edirlər ki, DİM bu il Türkiyə və Rusiya təhsil proqramlarından istifadə edərək imtahana test sualları salıb. Nəticədə minlərlə abituriyent çıxılmaz vəziyyətə düşüb.
Eyni dərəcədə məsuliyyəti Emin Əmirullayevin nazirliyi daşıyır. Məktəblərdəki dərsliklər bərbad, təhsil sıfır, repetitor olmasa məktəbli ali məktəbə qəbul oluna bilməz, ən əsası isə məktəb dərslikləri ilə kursların proqramları və DİM-in test sualları bir-biri ilə əlaqəli deyil. Bu, hər iki qurumun şagirdləri psixoloji olaraq gərginliyə salması, hətta həssas uşaqların zəif nəticəyə görə intihara əl atmasına gətirib çıxarması riskləri deməkdir.
Axı Məleykə Abbaszadə və Emin Əmirullayev Azərbaycan təhsilinə, gəncliyinə nə verib ki, bunun adekvat keyfiyyətini tələb edirlər? Hansı yüksək səviyyəli tədrisdən, ideal təhsil proqramından və dərsliklərdən söhbət gedir ki, bunun əvəzində şagirdlərdən də eyni dərəcədə yüksək nəticə gözləyəsən?
Fakt budur ki, bir neçə gündür cəmiyyət test suallarının qəlizliyindən danışır. Bu il ümumiyyətlə, elə bir vəziyyət yaradılıb ki, ən yaxşı oxuyan uşaqlar da suallar qarşısında çətinlik çəkiblər. Bəs bu uşaqların əziyyətini niyə yerə vurursunuz? İllərlə məktəbdə yox, valideynin zəhmətlə qazandığı pul hesabına repetitor yanında ali məktəbə hazırlaşan uşaqlara nə üçün Rusiya, Türkiyə proqramlarından test sualları verilməlidir?
Bunu DİM rəhbərliyi hansı ixtiyarla həyata keçirib? Siz uşaqların keçirdiyi stressi, əsəbi, həyəcanı, psixoloji gərginliyi nəzərə almırsınızmı? İllərlə hazırlaşıb sonda gəlib gözləmədiyi suallarla qarşılaşanda onun hansı vəziyyətə düşdüyünü niyə hesablamırsınız? Milyonlarla vəsait maxinasiyalarla mənimsənilir, DİM və nazirlikdə vəzifə tutanlar varlanır, amma xalqın uşaqlarını vecinə alan yoxdur.
İmtahandan çıxan abituriyentlərin böyük hissəsi sualların çətinliyi ilə bərabər, onların həddindən artıq uzun və vaxt aparan olmasından şikayət edir.
Valideynlər və müəllimlər də bu narazılığı bölüşərək bildirirlər ki, xüsusilə qrammatika ilə bağlı sualların çoxluğu və mətnlərin həddindən artıq uzun tərtib edilməsi şagirdlərin vaxtını ciddi şəkildə məhdudlaşdırır. Onların sözlərinə görə, son illərdə mətnlər getdikcə daha da uzadılır, lakin imtahanın müddəti dəyişmir. Nəticədə abituriyentlər biliklərini tam göstərməkdə çətinlik çəkir, çünki məntiq tələb edən və uzun mətnə əsaslanan suallar vaxtın böyük hissəsini alır.
Buraxılış imtahanının bu qədər çətin olması, qəlizləşdirilməsi heç cür başadüşülən deyil. Nə etmək istəyirlər, məqsəd nədir, bəlli deyil. Bundan təkcə valideyn və abituriyentlər narazı olsa, fikirləşmək olardı ki, qərəzdir. Müəllimlər də bildirir ki, suallar qəliz, vaxtaparan və uzundur. Dövlət İmtahan Mərkəzinin məqsədi nədir, nə etmək istəyirlər?
Təhsil məsələləri üzrə ekspert Ramin Nuralıyev bildirib ki, DİM bu qədər tənqid və narazılıqdan nəticə çıxarmalıdır, lakin illərdir heç nə dəyişmir: “700 müəllimin olduğu ortaq qruplarda müəllimlər belə narazılıq edir ki, suallar çətindir, qrammatika ilə bağlı suallar çoxdur, mətnlər uzundur. Hər il mətnlər daha da uzun tərtib edilir, ancaq imtahanın müddəti artırılmır.
Abituriyentlər sualların çətinliyindən yox, vaxt aparmasından narazılıq edir. Məntiqi sual, uzun mətn vaxt aparır və bu da zamanı daraldır. Abituriyentin həyacanını artırır. Nəyə lazımdır axı bu? Ali məktəbə girmək asan, oxumaq və bitirmək çətin olmalıdı. Beynəlxalq təcrübədə belədir. Bizdə isə əksinə. Universitetə girmək, hazırlaşmaq, imtahan zülmdür. Ancaq oxumaq və bitirmək çox asandır. Belə olmamalıdır”.
Ekspert bildirib ki, balların bu qədər aşağı düşməsinə səbəb də məhz Dövlət İmtahan Mərkəzinin sualları hər il daha da çətinləşdirməsidir: “Qəbul imtahanının bir qədər qəliz olmasını almaq olar. Ancaq buraxılış imtahanının çətin olması başadüşülən deyil. Sualları qəlizləşdirdikləri üçün də ballar bu qədər aşağı düşüb. Ötən il 206 balla pulsuza qəbul olanlar oldu. Bu sualların qəliz olmasından irəli gəlir ki, ballar bu qədər aşağı düşür. Sualları asanlaşdırmaq lazımdır ki, ballar da yüksəlsin. DİM-ə dəfələrlə belə təkliflərimiz olub, ancaq nəticə təəssüf ki, dəyişmir”.//Anaxeberinfo.az
Məleykə Abbaszadə ilə Emin Əmirullayevin gəncliyə ZƏRBƏSİ – Bu cinayətdir

Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
21.01.2026Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR -
9.01.2026Gəncə Dövlət Regional Kollecində “kəsir pulu” qalmaqalı: İllik təhsil haqqı artırılıb, rüşvət tələbi iddiaları davam edir -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
28.11.2025Bu şəxslər test imtahanı verəcək
Xəbər lenti
-
6.08.2026“BU, RUSİYANI ÖLDÜRMƏK DEMƏKDİR...” -Sobyanin müharibəni qızışdırmaq istəyənlərə xəbərdarlıq etdi
-
6.08.2026Qara dənizdə Almaniyaya məxsus yük gəmisi dronlarla vuruldu
-
6.08.2026Mingəçevirdə suda üzmə yarışı: Rekord sayda iştirakçı qatılacaq
-
6.08.2026İraqdan onlara son xəbərdarlıq: Ya tərksilah. ya da…
-
6.08.2026ADY-nin biznes əlaqəsi olan "PFM Catering" kimindir?
-
6.08.2026Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək
-
6.08.2026Gənc oğlanın əlləri arxadan bağlanmış meyiti tapıldı
-
6.08.2026Tramp varisini seçdi - 2028 seçkiləri üçün sürpriz ad açıqlandı
-
6.08.2026Peşə məktəblərində direktorların "qara siyahısı"- Onlarla direktorun gedişi gözlənilir
-
6.08.2026“Qarabağ”ın oyununa hansı kanalda baxaq?
-
6.08.2026Prezident SƏRƏNCAM İMZALADI
-
6.08.2026Bakıya uçan azərbaycanlı iş adamı aeroportda saxlanıldı
-
6.08.2026"Lazım olsa, tək başımıza hücum edərik" - Netanyahudan İran mesajı
-
6.08.2026Ukrayna dronları 1300 kilometr uzaqlıqdakı Rusiya NEZ-ni vurdu-VİDEO
-
6.08.2026Sabah hava necə olacaq?
-
6.08.2026Elman Abdullayev UNESKO-dan geri çağırıldı
-
6.08.2026Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR! işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
-
6.08.202616 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış
-
6.08.2026Ermənistana 14 vaqon buğda göndərildi
-
6.08.2026Bakıda ofisdən meyit tapıldı
-
6.08.2026FHN: Küləkli havada dənizə girmək təhlükəlidir
-
6.08.2026Pensiyalar bu tarixdə veriləcək
-
6.08.2026ABŞ-ın Yaxın Şərqdə strateji prioriteti dəyişir: Türkiyə ön planda, İsrail təklənir
-
6.08.2026Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
-
6.08.2026“Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır
-
6.08.2026Tərtərdə ər-arvadın yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
-
6.08.2026Məcburi köçkünlərlə bağlı mühüm dəyişiklik: Bu şəxslərə müavinət verilməyəcək
-
6.08.2026DİN-in tabeliyindəki 3 bağça BŞTİ-yə verildi
-
6.08.2026ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
-
6.08.2026Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı