9.01.2026
Gəncə Dövlət Regional Kollecində (GDRK) imtahan, kəsir və idarəetmə prosesi ilə bağlı irəli sürülən iddialar narazılıqları daha da artırıb. Kimliyinin gizli saxlanılmasını xahiş edən bir tələbə redaksiyamıza müraciət edərək kollecdə rüşvət və maliyyə təzyiqlərinin artdığını bildirir.
Duzxeber.az: - Tələbənin sözlərinə görə, əvvəlki illərdə illik təhsil haqqı 500 AZN olsa da, bu il 700 AZN-ə qaldırılıb. Tələbə bildirir ki, bəzi uşaqların maddi imkanları məhduddur və valideynlər uzun saatlar işləyərək yalnız yol pulunu ödəyə bilirlər. Lakin bu artım onların təhsil almasına daha da çətinliklər yaradır. “İllik təhsil haqqı əvvəl 500 idi, indi 700-ə qaldırdılar. Bəzi uşaqların imkanları yoxdur, valideynlər gecə-gündüz işləyir, amma yenə də ödənişlərə çatmır.” İmtahanlarda kəsilmək və əlavə ödənişlər: “50 AZN gətirin, imtahana girin” Tələbənin iddialarına görə, kollecdə imtahan nəticələri çoxsaylı tələbə üçün mənfi qiymətlə nəticələnir. Bəzi tələbələrə, xüsusən də tapşırılan şagirdlərə yaxşı qiymətlər verilsə də, çox sayda tələbə kəsilir. Sonra isə bu tələbələrdən 50 manat ödəniş etmələri tələb olunur. “İmtahan nəticələri verilən tapşırıqlar ilə bağlı yaxşı olsa da, çox sayda tələbə kəsildi. O zaman deyirlər ki, 50 AZN gətirib ödəyin, imtahana girin. Bu rüşvət deyilsə, bəs nədir?” Bu vəziyyət təhsil sistemindəki “rüşvət alqoritmini” daha da ciddi bir məsələyə çevirmiş olur. Tələbənin irəli sürdüyü digər bir iddia isə müəllimlərin sıxışdırılmasıdır. İddialara görə, kollecdə bir çox müəllimlər müxtəlif təzyiqlərlə qarşılaşıb və könüllü şəkildə işdən çıxmağa məcbur edilirlər. Həmçinin, kollecdəki rəhbərlik tərəfindən aparılan islahatlar yalnız sözdə var, real problemlər həll olunmur. “İmkanlar məhduddur, ödənişlər çətindir” Bir neçə tələbənin valideynləri ilə əlaqə saxladıq. Onlar uşaqlarının təhsil haqqını ödəməkdə çətinlik çəkdiklərini və bu vəziyyətin təhsil alan şagirdlərə daha çox təzyiq yaratdığını qeyd etdilər. Valideynlər, xüsusilə yol pulu və digər xərcləri ödəməkdə çətinlik yaşadıqlarını, buna baxmayaraq əlavə ödənişlərə məcbur olduqlarını vurğulayıblar. Tələbə, müəllim və valideynlər tərəfindən irəli sürülən bu iddialar, təhsil müəssisəsində ciddi idarəetmə problemlərini və maliyyə təzyiqlərini işıqlandırır. Həmçinin, Gəncə Dövlət Regional Kollecinin rəhbərliyi tərəfindən verilən “rüşvətsiz təhsil” açıqlamaları ilə tələbələrin və müəllimlərin qarşılaşdıqları real vəziyyət arasında ciddi uyğunsuzluq mövcuddur.Rüşvət alan müəlkimlərin direktorun himayəsində olduğundan rüşvət almaqdan və verməkdən imtina edən pedeqoji heyyət hədəf seçilib. Gəncə Dövlət Regional Kollecinin direktoru Xoşqədəm Xudiyeva məsələyə münasibət bildirməkdən imtina etdiyindən, suallarımızı birbaşa məqalədə təqdim edirik. Qarşı tərəfin mövqeyini öyrənmək və iddialara cavab almaq məqsədilə aşağıdakı sualları rəhbərliyə ünvanlayırıq: 👉Təhsil haqqı niyə bu il artırıldı və bu artımın əsas səbəbləri nədir? Artan ödənişlərin tələbələr üçün əlavə maliyyə yükü yaratdığını nəzərə alaraq, bu qərarın reallaşmasında sosial məsələlər nə dərəcədə nəzərə alınıb? 👉Tələbələrin 50 manat ödəniş etmələri və imtahanlara girmələri məsələsi ilə bağlı şikayətlər doğru olsa, kollecdə rüşvət almaqla bağlı hansı addımlar atılır və bu barədə nə kimi tədbirlər görülür? 👉Müəllimlərə qarşı işdən çıxarılma təzyiqləri ilə bağlı iddialarınız var. Kollecin rəhbərliyi olaraq müəllimlərə hansı dəstəyi göstərirsiniz? Bu təzyiqlər necə izah edilir? 👉“Şəffaf təhsil” siyasətinin tətbiqi ilə bağlı hansı konkret addımlar atılmaqdadır? İddia edilən problemlərin həlli üçün hansı islahatlar nəzərdə tutulub? 👉Rüşvətin qarşısın aldığınızı iddia edirsiz, o zaman müəllimlərdən dərs saatına görə, tələbələrdən isə kəsirlərə görə rüşvət tələb edən güvənli saydığınız himayənizdə olan əməkdaşlarınızla bağlı edilən şikayətlərlə bağlı Prokurorluğa niyə müraciət etmirsiniz? Redaksiya olaraq, Gəncə Dövlət Regional Kolleci rəhbərliyinin cavablarını gözləyirik. Qarşı tərəfin mövqeyini eşitmək hüququ tam şəkildə qorunur. Cavabı redaksiyanın elektron ünvanına göndərilməsi imkanı mövcudur. //BakuNews.az
Gəncə Dövlət Regional Kollecində “kəsir pulu” qalmaqalı: İllik təhsil haqqı artırılıb, rüşvət tələbi iddiaları davam edir
Gəncə Dövlət Regional Kollecində (GDRK) imtahan, kəsir və idarəetmə prosesi ilə bağlı irəli sürülən iddialar narazılıqları daha da artırıb. Kimliyinin gizli saxlanılmasını xahiş edən bir tələbə redaksiyamıza müraciət edərək kollecdə rüşvət və maliyyə təzyiqlərinin artdığını bildirir.Duzxeber.az: - Tələbənin sözlərinə görə, əvvəlki illərdə illik təhsil haqqı 500 AZN olsa da, bu il 700 AZN-ə qaldırılıb. Tələbə bildirir ki, bəzi uşaqların maddi imkanları məhduddur və valideynlər uzun saatlar işləyərək yalnız yol pulunu ödəyə bilirlər. Lakin bu artım onların təhsil almasına daha da çətinliklər yaradır. “İllik təhsil haqqı əvvəl 500 idi, indi 700-ə qaldırdılar. Bəzi uşaqların imkanları yoxdur, valideynlər gecə-gündüz işləyir, amma yenə də ödənişlərə çatmır.” İmtahanlarda kəsilmək və əlavə ödənişlər: “50 AZN gətirin, imtahana girin” Tələbənin iddialarına görə, kollecdə imtahan nəticələri çoxsaylı tələbə üçün mənfi qiymətlə nəticələnir. Bəzi tələbələrə, xüsusən də tapşırılan şagirdlərə yaxşı qiymətlər verilsə də, çox sayda tələbə kəsilir. Sonra isə bu tələbələrdən 50 manat ödəniş etmələri tələb olunur. “İmtahan nəticələri verilən tapşırıqlar ilə bağlı yaxşı olsa da, çox sayda tələbə kəsildi. O zaman deyirlər ki, 50 AZN gətirib ödəyin, imtahana girin. Bu rüşvət deyilsə, bəs nədir?” Bu vəziyyət təhsil sistemindəki “rüşvət alqoritmini” daha da ciddi bir məsələyə çevirmiş olur. Tələbənin irəli sürdüyü digər bir iddia isə müəllimlərin sıxışdırılmasıdır. İddialara görə, kollecdə bir çox müəllimlər müxtəlif təzyiqlərlə qarşılaşıb və könüllü şəkildə işdən çıxmağa məcbur edilirlər. Həmçinin, kollecdəki rəhbərlik tərəfindən aparılan islahatlar yalnız sözdə var, real problemlər həll olunmur. “İmkanlar məhduddur, ödənişlər çətindir” Bir neçə tələbənin valideynləri ilə əlaqə saxladıq. Onlar uşaqlarının təhsil haqqını ödəməkdə çətinlik çəkdiklərini və bu vəziyyətin təhsil alan şagirdlərə daha çox təzyiq yaratdığını qeyd etdilər. Valideynlər, xüsusilə yol pulu və digər xərcləri ödəməkdə çətinlik yaşadıqlarını, buna baxmayaraq əlavə ödənişlərə məcbur olduqlarını vurğulayıblar. Tələbə, müəllim və valideynlər tərəfindən irəli sürülən bu iddialar, təhsil müəssisəsində ciddi idarəetmə problemlərini və maliyyə təzyiqlərini işıqlandırır. Həmçinin, Gəncə Dövlət Regional Kollecinin rəhbərliyi tərəfindən verilən “rüşvətsiz təhsil” açıqlamaları ilə tələbələrin və müəllimlərin qarşılaşdıqları real vəziyyət arasında ciddi uyğunsuzluq mövcuddur.Rüşvət alan müəlkimlərin direktorun himayəsində olduğundan rüşvət almaqdan və verməkdən imtina edən pedeqoji heyyət hədəf seçilib. Gəncə Dövlət Regional Kollecinin direktoru Xoşqədəm Xudiyeva məsələyə münasibət bildirməkdən imtina etdiyindən, suallarımızı birbaşa məqalədə təqdim edirik. Qarşı tərəfin mövqeyini öyrənmək və iddialara cavab almaq məqsədilə aşağıdakı sualları rəhbərliyə ünvanlayırıq: 👉Təhsil haqqı niyə bu il artırıldı və bu artımın əsas səbəbləri nədir? Artan ödənişlərin tələbələr üçün əlavə maliyyə yükü yaratdığını nəzərə alaraq, bu qərarın reallaşmasında sosial məsələlər nə dərəcədə nəzərə alınıb? 👉Tələbələrin 50 manat ödəniş etmələri və imtahanlara girmələri məsələsi ilə bağlı şikayətlər doğru olsa, kollecdə rüşvət almaqla bağlı hansı addımlar atılır və bu barədə nə kimi tədbirlər görülür? 👉Müəllimlərə qarşı işdən çıxarılma təzyiqləri ilə bağlı iddialarınız var. Kollecin rəhbərliyi olaraq müəllimlərə hansı dəstəyi göstərirsiniz? Bu təzyiqlər necə izah edilir? 👉“Şəffaf təhsil” siyasətinin tətbiqi ilə bağlı hansı konkret addımlar atılmaqdadır? İddia edilən problemlərin həlli üçün hansı islahatlar nəzərdə tutulub? 👉Rüşvətin qarşısın aldığınızı iddia edirsiz, o zaman müəllimlərdən dərs saatına görə, tələbələrdən isə kəsirlərə görə rüşvət tələb edən güvənli saydığınız himayənizdə olan əməkdaşlarınızla bağlı edilən şikayətlərlə bağlı Prokurorluğa niyə müraciət etmirsiniz? Redaksiya olaraq, Gəncə Dövlət Regional Kolleci rəhbərliyinin cavablarını gözləyirik. Qarşı tərəfin mövqeyini eşitmək hüququ tam şəkildə qorunur. Cavabı redaksiyanın elektron ünvanına göndərilməsi imkanı mövcudur. //BakuNews.az
Oxşar xəbərlər
-
2.01.2026TƏBİB-də səhv kadr siyasəti: SƏHİYYƏ SİSTEMİNİ İFLİC EDƏN TƏYİNATLAR -TƏFSİLAT -
18.12.2025Həmin tələbələr universitetdən xaric ediləcək – AÇIQLAMA -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR -
28.11.2025Bu şəxslər test imtahanı verəcək
Xəbər lenti
-
7.08.2026Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb-FOTO
-
7.08.2026Özəl bağçalarla maliyyələşmə görüşü keçirildi
-
7.08.2026"Qarşılıqlı tədbirlər görəcəyik" - İspaniyadan İtaliyaya XƏBƏRDARLIQ
-
7.08.2026Həftəsonu güclü külək əsəcək
-
7.08.2026"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
-
7.08.2026Avropada ölümcül istilər: Temperatur 42 dərəcəyə çatdı
-
7.08.2026Sosial şəbəkədə nalayiq ifadələr işlədən qadın saxlanıldı
-
7.08.2026Bu ölkədə quş qripi sürətlə yayılır - Məhdudiyyətlər tətbiq olundu
-
7.08.2026“Azərlotereya” yalnız uduşu reklam edir - Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?
-
7.08.2026Jurnalistikanın qabiliyyət imtahanının nəticələri açıqlandı
-
7.08.2026Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir
-
7.08.2026Hərbi qulluqçular üçün sınaq imtahanları keçirilir
-
7.08.2026Bağlanan universitetin müəllimləri narazıdır –Video
-
7.08.2026Yaxın Şərqdəki gərginlik fonunda dünya birjalarında neft bahalaşır
-
7.08.2026Fermada ov tüfəngi ilə bibisini öldürdü
-
7.08.202620 manatlıq ödəniş ləğv olundu
-
7.08.2026Kəndlinin məhsulu bazarda 50 dəfə baha satılır: Vətəndaşları belə soyurlar!
-
7.08.2026İlham Əliyev sərəncam imzaladı
-
7.08.2026Moskvada güclü partlayış səsləri eşidildi
-
7.08.2026Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
-
7.08.2026Gürcüstan Bakı-Tbilisi qatarını niyə qəbul etmir?
-
7.08.2026Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA
-
7.08.2026Hörmüz boğazında həyəcan: Neft gəmiləri dayanıb, bazar qərar gözləyir
-
7.08.2026Bu şəxslər ad və soyadını dəyişə bilməz - RƏSMİ
-
7.08.2026Bileti müşkül, xidməti ucuz: AZAL-ın Bakı-Naxçıvan reyslərində 20 qəpiklik xidmət standartı- VİDEO
-
7.08.2026Bakının mərkəzində obyekt yanır
-
7.08.2026Ebola dəhşət saçır - Ölənlərin sayı 1801-ə yüksəldi
-
7.08.2026Bakıda yaşayanların DİQQƏTİNƏ!7 avqust 2026-cı il saat 00:00-dan etibarən...
-
7.08.2026Ər və arvadın yanaraq öldüyü hadisə QƏSDƏN törədilibmiş - Saxlanılan var
-
7.08.2026Kolleclərə qəbul olmaq istəyənlər üçün – Vacib xəbər



