Canlı yayım
13.03.2026

İrana hücuma hazırlaşan pilotların səs yazısı yayıldı

İrana hücum etməzdən əvvəl iki ABŞ və İsrail pilotunun səs yazısı yayılıb. 

"Duzxeber.az" xəbər verir ki, onlar İran üzərindən uçarkən bir-birlərinə təriflər yağdırıblar. 

İsrail Müdafiə Qüvvələri söhbətin səs yazısını yayımlayıb. Əvvəlcə İsrail pilotu söhbətə başlayıb və qeyd edib ki, Amerika hərbçiləri ilə birlikdə döyüşmək "böyük şərəfdir". "Əla iş görürsünüz", - deyə o bildirib. Amerikalı pilot həmsöhbətinə təşəkkür edib.

"Xahiş edirəm, orada ehtiyatlı olun. Bacardığınız qədər güclü zərbə endirin", - deyə pilot cavab verib.



Xəbər lenti