13.03.2026
Apteklər şəbəkəsinə sahib olan “Dokta” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus apteklərdə yoxlama aparılıb.
Duzxeber.az-ın Qaynarinfo-ya istinad məlumatına görə, yoxlama Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) əməkdaşları tərəfindən həyata keçirilib.
Binəqədi rayonunda MMC-yə məxsus aptekdə otaqların divarları və döşəməsi hamar olmaqla özündə toz saxlamayan, dezinfeksiyaedici vasitənin istifadəsi ilə nəm təmizləməyə davamlı olan örtüyə malik olmadığı, dərman vasitəsinin (Fulisinar 15q məlhəm) saxlanma şəraitinin pozulması, resept əsasında buraxılmalı olan (euroxim 100 mg/5 ml.ş 50ml) dərman vasitəsinin reseptsiz satışı faktları aşkar edilib.
“Dokta” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib olunub və işə məhkəmədə baxılıb.
Məhkəmənin hökmü ilə “Dokta” MMC İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 1200 manat məbləğində cərimə edilib. MMC-yə məxsus aptektdə aşkar edilmiş saxlanma şəraiti pozulmuş inzibati xətanın bilavasitə obyekti olan 3 qutu, 15q “Fulisinar” məlhəmin məhv edilməsi barədə də qərar qəbul olunub.
Qeyd edək ki, əczaçılıq sahəsində fəaliyyət göstərən “Dokta” MMC 22 sentyabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi Muxtarov Elməddin Fəxrəddin oğludur. Millət vəkili Cavanşir Feyziyev barəsində mediada dərc edilən araşdırma materiallarında da “Dokta” MMC-nin deputata məxsus olduğu iddia edilir. Bu iddiaların təkzib olmasına dair heç bir məlumata rast gəlinmir.
Cavanşir Fyeziyevin həm də “Avromed” şirkətinin sahibi olduğu bildirilir. Bu şirkət dərman bazarının ən iri şirkətlərindən hesab edilir.
Nazirlik “Dokta”da yoxlama apardı – Pozuntular aşkarladı
Apteklər şəbəkəsinə sahib olan “Dokta” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus apteklərdə yoxlama aparılıb.Duzxeber.az-ın Qaynarinfo-ya istinad məlumatına görə, yoxlama Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) əməkdaşları tərəfindən həyata keçirilib.
Binəqədi rayonunda MMC-yə məxsus aptekdə otaqların divarları və döşəməsi hamar olmaqla özündə toz saxlamayan, dezinfeksiyaedici vasitənin istifadəsi ilə nəm təmizləməyə davamlı olan örtüyə malik olmadığı, dərman vasitəsinin (Fulisinar 15q məlhəm) saxlanma şəraitinin pozulması, resept əsasında buraxılmalı olan (euroxim 100 mg/5 ml.ş 50ml) dərman vasitəsinin reseptsiz satışı faktları aşkar edilib.
“Dokta” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib olunub və işə məhkəmədə baxılıb.
Məhkəmənin hökmü ilə “Dokta” MMC İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 1200 manat məbləğində cərimə edilib. MMC-yə məxsus aptektdə aşkar edilmiş saxlanma şəraiti pozulmuş inzibati xətanın bilavasitə obyekti olan 3 qutu, 15q “Fulisinar” məlhəmin məhv edilməsi barədə də qərar qəbul olunub.
Qeyd edək ki, əczaçılıq sahəsində fəaliyyət göstərən “Dokta” MMC 22 sentyabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi Muxtarov Elməddin Fəxrəddin oğludur. Millət vəkili Cavanşir Feyziyev barəsində mediada dərc edilən araşdırma materiallarında da “Dokta” MMC-nin deputata məxsus olduğu iddia edilir. Bu iddiaların təkzib olmasına dair heç bir məlumata rast gəlinmir.
Cavanşir Fyeziyevin həm də “Avromed” şirkətinin sahibi olduğu bildirilir. Bu şirkət dərman bazarının ən iri şirkətlərindən hesab edilir.
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
16.02.2026Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
31.01.2026Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama – “Vest Hospital” cərimələndi -
30.01.2026Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama – “Vest Hospital” cərimələndi -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
-
26.06.2026Türkiyədə azərbaycanlı qadın həbs olundu
-
26.06.2026Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
-
26.06.2026Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi
-
26.06.2026Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
-
26.06.2026Ebola virusundan ölənlərin sayı artır
-
26.06.2026Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi
-
26.06.2026Məşhur müğənni öldü - FOTO
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım
-
26.06.2026“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir
-
26.06.2026Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ
-
26.06.2026Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi
-
26.06.2026Onun portreti 1.7 milyon dollara satıldı
-
26.06.2026Rusiya Ermənistana daha bir qadağa qoydu
-
26.06.2026Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə
-
26.06.2026Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı
-
26.06.2026DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb
-
26.06.2026Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı
-
26.06.2026Nənə qızını və 4 nəvəsini öldürdü
-
26.06.2026Həbsxanalarda bu il 31 cütlük ailə qurdu
-
26.06.2026Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
26.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
26.06.2026Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
26.06.2026Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
-
26.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
26.06.2026Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?
-
26.06.2026“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
-
26.06.2026Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ



