30-01-2026, 10:30
Duzxeber.az: - Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi “Vest Hospital”da yoxlama aparıb.
Qaynarinfo-nun məlumatına görə, “Vest Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) aparılan yoxlama zamanı pozuntular aşkarlanıb.
Belə ki, ümumi cərrahların plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxılması faktı aşkar edilib. Həmçinin müəssisədə tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyinin təsdiq etdiyi formalarla aparılsa da, qaydaların tələbləri qismən təmin olunmayıb.
“Vest Hospital” MMC-nin qanuni təmsilçisi Göyüşov Ramin Xəlil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər isə altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

Ramin Göyüşovun nümayəndəsi məhkəmədə iş üzrə icraata xitam verilməsini xahiş edib. O, məhkəmədən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən növbədənkənar yoxlamanın qanunsuz təyin edildiyini, pozuntu halları olduğu üçün bu yoxlama nəticəsində əldə edilmiş bütün sübutların (protokol və aktın) qanunsuz və əsassız hesab olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini istəyib.

Səhiyyə Nazirliyinin nümayəndələri isə bildiriblər ki, 2023-cü ildən “Vest Hospital” MMC-də tibb işləri üzrə direktor müavini işləyən ümumi cərrah Rəşid Əliyev və digərləri sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyəti ilə məşğul olublar. Qeyd edilib ki, həkim ümumi cərrah kimi fəaliyyət göstərməsinə baxmayaraq, əvvəldən etibar qazandığı pasiyentlərinə plastik cərrah kimi də xidmət göstərib.

Məhkəmənin qərarı ilə “Vest Hospital” MMC-nin qanuni təmsilçisi Ramin Göyüşov İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 6 000 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, bir ay əvvəl Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz fəaliyyət göstərən “Ramin-Nur” şadlıq sarayında camış ətinin dana əti adı ilə təqdim edilərək istehlakçıların aldadıldığını aşkarlayıb. “Ramin-Nur” şadlıq sarayının “Körpü Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşova məxsus olduğu müəyyənləşib. Həmin şadlıq sarayına da X. Göyüşovun oğlu, “Vest Hospital” MMC-nin direktoru Ramin Göyüşovun şərəfinə “Ramin-Nur” adı verilib.(Qaynarinfo)

Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama – “Vest Hospital” cərimələndi

Oxşar xəbərlər
-
13-01-2026, 16:14“Nakhish” MTK-ya həm cərimələr tətbiq edilir, həm də milyonluq tenderlər verilir – Bu necə olur? -
19-12-2025, 15:50Əkin yerinin yandırılmasına görə yeni cərimələr -
19-12-2025, 14:00Bu əməlləri törədənlər 30 min manat cərimə ediləcək -
13-12-2025, 14:46Milli Məclis və DƏLƏDUZLUQ! -
5-12-2025, 11:46Azərbaycanda bu şəxslər 30 min manat cərimələnəcək
Xəbər lenti
-
Bugün, 00:04Horovlu yenidən doğulur: Quruculuq və rifahın yeni ünvanı
-
Dün, 18:00Oğlunun toyunda başına daş düşən kişi öldü
-
Dün, 17:45İranın cənubunda sement zavoduna zərbə endirildi
-
Dün, 17:30Hörmüz boğazında İsrailə məxsus gəmiyə zərbə endirildi
-
Dün, 17:16Dövlət qurumu bu dəfə də Vidadi Orucovun oğlunu seçdi – 97 minlik müqavilə
-
Dün, 17:00“Tehran bu şərtlərdən narahatdır”
-
Dün, 16:45Azərbaycanın yardım TIR-ları İrana keçdi - YENİLƏNİB
-
Dün, 16:30Stadionda tribuna ÇÖKDÜ: ÖLƏN VAR
-
Dün, 16:15Bu ölkədə dövlət çevrilişinə cəhd edildi
-
Dün, 16:00NASA-dan tarixi kadr: Yer kürəsinin fotosunu ÇƏKİLİB
-
Dün, 15:45ABŞ Rusiyanı QABAQLADI: Yenidən...
-
Dün, 15:30Əlbir olub vətəndaşın 317 min manatını böldülər
-
Dün, 15:15Bazar günü də yağış yağacaq
-
Dün, 15:00Türkiyədə ağır qəza: ÖLƏNLƏR VAR
-
Dün, 14:45Xalq artistləri işdən çıxarılıb: Opera və Balet Teatrında nə baş verir?
-
Dün, 14:30Ukraynada məşhur bazar VURULDU: ÖLƏNLƏR VAR
-
Dün, 14:15ABŞ ordusu İrana DAXİL OLDU
-
Dün, 14:00Selcan Süleymanlı dünyanın top universitetinə QƏBUL OLDU
-
Dün, 13:50İki yaşlı uşaq dəm qazından öldü
-
Dün, 13:30Ziya Məmmədov illər sonra belə göründü – FOTO
-
Dün, 13:15Paşinyan seçkilərə hazırlaşır: "Vətəndaş müqaviləsi" qurultayının gündəliyi açıqlanıb
-
Dün, 13:00Kommunal borcu olanların NƏZƏRİNƏ
-
Dün, 12:45İrandan mühüm FƏRMAN
-
Dün, 12:30Siyəzəndə 5 nəfər dəm qazından zəhərləndi - Yenilənib
-
Dün, 12:15Azərbaycan manatının dövretmə sürəti azalıb
-
Dün, 12:00"BakuBus"la minik maşını toqquşdu
-
Dün, 11:45Azərbaycanda yeni MALL TİKİLİR
-
Dün, 11:3015 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır
-
Dün, 11:15Hərbçi "Tərtər işi"nə görə bu qədər təzminat alacaq
-
Dün, 11:00Türkiyədə zəlzələ oldu