Magistratura imtahanına qeydiyyat BAŞLADI

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu 14 aprel saat 23:59-dək internet vasitəsilə aparılır.
Duzxeber.az xəbər verir ki, 2026-cı ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (50 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olmaqla qeydiyyatdan keçirlər.
İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da eyni qayda ilə bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da https://eservices.dim.gov.az/erizemag/erize səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar (ali təhsil haqqında məlumatları MyGov.az portalının “Təhsil məlumatlarım” bölməsində olanlar), həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər (müvafiq məlumatları “Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası”nda) qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.
Diplom haqqında məlumatları bazada olmayan şəxslər ilk növbədə müvafiq quruma müraciət edib onları sistemə əlavə etdirməli, sonra isə “Bakalavrın elektron ərizəsi”ni təsdiq etməlidirlər.
Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların məntiqi təfəkkürləri, informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.
Qəbul imtahanının (II cəhd) 2026-cı il mayın 17-də keçirilməsi nəzərdə tutulur.
İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaqdır.
İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.
Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır. Qeyd edək ki, tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticə 2 baldan az olmamalıdır. Tədrisi Azərbaycan və ya rus dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticəyə bal məhdudiyyəti qoyulmur.
-
1.04.2026Buraxılış imtahanında iştirak edəcək doqquzuncuların nəzərinə! -
12.03.2026Məleykə Abbaszadə ilə Emin Əmirullayevin gəncliyə ZƏRBƏSİ – Bu cinayətdir -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
5.03.2026Sənəd qəbulunun vaxtı uzadıldı -
5.03.2026Tələbə olmaq istəyənlərin nəzərinə! – Vaxt başa çatır
Xəbər lenti
-
6.08.2026“BU, RUSİYANI ÖLDÜRMƏK DEMƏKDİR...” -Sobyanin müharibəni qızışdırmaq istəyənlərə xəbərdarlıq etdi
-
6.08.2026Qara dənizdə Almaniyaya məxsus yük gəmisi dronlarla vuruldu
-
6.08.2026Mingəçevirdə suda üzmə yarışı: Rekord sayda iştirakçı qatılacaq
-
6.08.2026İraqdan onlara son xəbərdarlıq: Ya tərksilah. ya da…
-
6.08.2026ADY-nin biznes əlaqəsi olan "PFM Catering" kimindir?
-
6.08.2026Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək
-
6.08.2026Gənc oğlanın əlləri arxadan bağlanmış meyiti tapıldı
-
6.08.2026Tramp varisini seçdi - 2028 seçkiləri üçün sürpriz ad açıqlandı
-
6.08.2026Peşə məktəblərində direktorların "qara siyahısı"- Onlarla direktorun gedişi gözlənilir
-
6.08.2026“Qarabağ”ın oyununa hansı kanalda baxaq?
-
6.08.2026Prezident SƏRƏNCAM İMZALADI
-
6.08.2026Bakıya uçan azərbaycanlı iş adamı aeroportda saxlanıldı
-
6.08.2026"Lazım olsa, tək başımıza hücum edərik" - Netanyahudan İran mesajı
-
6.08.2026Ukrayna dronları 1300 kilometr uzaqlıqdakı Rusiya NEZ-ni vurdu-VİDEO
-
6.08.2026Sabah hava necə olacaq?
-
6.08.2026Elman Abdullayev UNESKO-dan geri çağırıldı
-
6.08.2026Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR! işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
-
6.08.202616 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış
-
6.08.2026Ermənistana 14 vaqon buğda göndərildi
-
6.08.2026Bakıda ofisdən meyit tapıldı
-
6.08.2026FHN: Küləkli havada dənizə girmək təhlükəlidir
-
6.08.2026Pensiyalar bu tarixdə veriləcək
-
6.08.2026ABŞ-ın Yaxın Şərqdə strateji prioriteti dəyişir: Türkiyə ön planda, İsrail təklənir
-
6.08.2026Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
-
6.08.2026“Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır
-
6.08.2026Tərtərdə ər-arvadın yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
-
6.08.2026Məcburi köçkünlərlə bağlı mühüm dəyişiklik: Bu şəxslərə müavinət verilməyəcək
-
6.08.2026DİN-in tabeliyindəki 3 bağça BŞTİ-yə verildi
-
6.08.2026ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
-
6.08.2026Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı



