1.04.2026
20-30 mart tarixlərdə ölkə ərazisində Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günləri zamanı 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb.
“Duzxeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, 11 gündə 8 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 4576 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 3636-sı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 651-i “Kasko” (“Avtonəqliyyat vasitələrinin sığortası”) sığorta növü, 210-u “Daşınmaz əmlakın icbari sığortası” növü, 80-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.
Qiymətləndirilmiş 4045 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 6 milyon 57 min 25 manat həcmində müəyyənləşdirilib.
Məlumata görə, qalan 531 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur.
Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 10 milyon manata yaxın olacağı ehtimal edilir.
Qeyd edilib ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 77 %-i paytaxt Bakıda, 23 %-i isə respublikamızın digər bölgələrində (xüsusilə Şimal bölgəsində) qeydə alınıb”.
Yağışa görə 6 milyon manatdan çox ziyan dəyib - 10 milyona çatacağı gözlənilir
20-30 mart tarixlərdə ölkə ərazisində Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günləri zamanı 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb.“Duzxeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, 11 gündə 8 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 4576 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 3636-sı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 651-i “Kasko” (“Avtonəqliyyat vasitələrinin sığortası”) sığorta növü, 210-u “Daşınmaz əmlakın icbari sığortası” növü, 80-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.
Qiymətləndirilmiş 4045 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 6 milyon 57 min 25 manat həcmində müəyyənləşdirilib.
Məlumata görə, qalan 531 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur.
Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 10 milyon manata yaxın olacağı ehtimal edilir.
Qeyd edilib ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 77 %-i paytaxt Bakıda, 23 %-i isə respublikamızın digər bölgələrində (xüsusilə Şimal bölgəsində) qeydə alınıb”.
Oxşar xəbərlər
-
21.03.2026Bu gün Beynəlxalq Novruz Günüdür -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
3.03.2026Ölkədaxili sifarişli daşımalarda tələb olunan sənədlər ARTIRILDI -
24.02.2026Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.07.2026Rusiyadan pul köçürmələrinə vergi tətbiqi təklif olunur
-
1.07.2026Sabiq rektor vəfat etdi - FOTO
-
1.07.2026Tikinti şirkətləri çıxarışı olmayan evləri vətəndaşların razılığı olmadan sökə bilərlər? – AÇIQLAMA
-
1.07.2026"İdrak" liseyindəki cinayətin bəzi təfərrüatı açıqlandı
-
1.07.2026Həbsdəki sabiq icra başçılarına azadlıq yolu
-
1.07.2026Yaponlar Azərbaycana vizasız gələcəklər, biz isə viza almalıyıq...
-
1.07.2026Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib
-
1.07.2026Onlar daha çox pul ödəyəcək
-
1.07.2026VƏTƏNDAŞLARA VACİB XƏBƏR - İyulun 6-dan dəyişir...
-
1.07.2026"BakıKart" bahalaşdı..
-
1.07.2026Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək
-
1.07.20269 tondan çox uşaq qidası geri qaytarıldı -SƏBƏB
-
1.07.2026Fransada prezident seçkiləri bu tarixdə keçiriləcək
-
1.07.2026Türkiyə və Suriya arasında mühüm müzakirə
-
1.07.2026Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək
-
1.07.2026Azərbaycan nefti ucuzlaşdı
-
1.07.2026Günəşdə ən yüksək sinifli partlayış baş verdi
-
1.07.2026Bakıdakı bazarlar bağlanacaq? - Rəsmi
-
30.06.2026Bu ölkədə nəm salfetlərin satışı qadağan ediləcək: Səbəb nədir?
-
30.06.2026Prezident Fərman imzaladı
-
30.06.2026Çində təhsil müəssisələrində süni intellekt məcburi fənn olacaq
-
30.06.2026Müharibədə yeni mərhələ: Zelenskinin 40 günlük planı
-
30.06.2026ABŞ-də rekord istilər: Fövqəladə plan işə salındı
-
30.06.2026Əli Əsədov qərar imzaladı
-
30.06.2026İran ABŞ ilə danışıqlara başlamaq üçün şərt irəli sürdü
-
30.06.20267 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
30.06.2026Azərbaycanda yeni cərimələr: 50 min manata qədər cəza tətbiq ediləcək
-
30.06.2026Livanda ölənlərin sayı açıqlandı
-
30.06.2026Yann Sommer "İnter"dən getdi
-
30.06.2026Göyçayda maşın kanala düşdü



