Canlı yayım
30.06.2026

ABŞ-də rekord istilər: Fövqəladə plan işə salındı

ABŞ-də ilk dəfə olaraq İstilik Fövqəladə Halları Planı işə salınıb.


DuzXeber.az yerli mediaya istinadən xəbər verir ki, anormal istilik dalğası Nyu-York şəhərini bürüyüb. İstiliyin daha da güclənəcəyi gözlənilir.


Eyni zamanda Avropada da rekord istilər müşahidə olunur. Bu vəziyyət iqlimlə bağlı narahatlıqları artırıb.


Avropa Yaşıllar Partiyası Avropa Birliyi ölkələrini təcili addımlar atmağa çağırıb. Partiya liderləri iqlim siyasətlərinin gücləndirilməsini tələb edir.


Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son dörd ildə Avropada 200 mindən çox insan həddindən artıq istilər səbəbindən həyatını itirib.

Xəbər lenti