1.07.2026

Hüquqşünas deyib ki, cəzası əhəmiyyətli dərəcədə azalmış sabiq icra başçılarının azadlığa çıxmaq imkanları yaranıb
DuzXeber.az: Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan icra başçısı Musa Şəkiliyevin barəsində seçilmiş həbs-qətimkan tədbiri bu ilin fevralında 5 ay uzadılıb. İyulun 13-də bu qərarın müddəti başa şatır. Yada salaq ki, DTX ötən ilin iyununda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur. Ötən il iyunun 21-də Səbayel Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 14 oktyabrda da həbs-qətimkan tədbiri 4 ay, bu ilin fevralında isə daha 5 ay uzadılıb.
Qeyd edək ki, hazırda həbsdə olan sabiq icra başçıları aşağıdakılardır:
İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev 5 may 2020-ci ildə DTX tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Ötən il Ali Məhkəmədə onun kasasiya şikayətinə baxılıb. Qərara əsasən, V.Hacıyevin cəzası 12 ildən 8 il 6 aya endirilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 11 il həbs cəzası alıb. Ötən il Ali Məhkəmə eks-icra başçısının şikayətini qismən təmin edib. Qərara əsasən, M.Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev 10 il müddətində azadlıqdan məhrum edilib. 2024-cü ilin fevralında Ali Məhkəmədə keçirilən iclasda İsmayıl Vəliyevin cəzası 6 il 2 aya endirilib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova 12 il həbs cəzası verilib. 2023-cü ildə Şirvan Apelyasiya Məhkəməsində keçirilən iclasda Namiq Zeynalovun cəzası 11 il 9 aya endirilib.
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında DTX tərəfindən həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alimpaşa Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş dövlət vəsaitini leqallaşdırmaqda təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Alimpaşa Məmmədovun cəzası bir il azaldılaraq cəzası 10 il 6 aya endirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov 7 il 3 ay həbs cəzasına məhkum edilib. 2023-cü ilin yanvar ayında Şəki Apelyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib. O, 2023-cü ilin iyul ayında azadlığa buraxılıb.
Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov 2020-ci ilin avqustunda saxlanılıb. Məhkəmənin hökmü ilə 8 il 6 ay müddətində həbs cəzasına məhkum edilib. Sonradan Şirvan Apelyasiya Məhkəməsi sabiq başçının cəza müddətini 6 ilə endirib, daha sonra Ali Məhkəmə qərarı ilə bu müddət 4 il 6 aya qədər azaldılıb. 2025-ci ilin fevralında korrupsiya ittihamları ilə məhkum edilmiş Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. Eks-icra başçısı azadlığa çıxıb.
“Bakı” Hüquq Şirkətinin rəhbəri hüquqşünas Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, son illər korrupsiya ittihamı ilə məhkum olunmuş sabiq icra başçılarının cəzalarının müxtəlif instansiya məhkəmələrində azaldılması və bəzilərinin vaxtından əvvəl azadlığa çıxması ictimaiyyətdə suallar doğurur: “Hüquqi baxımdan əsas meyar məhkəmənin ilkin təyin etdiyi cəzanın həcmi deyil, son qüvvəyə minmiş hökm və həmin hökmün icrası zamanı yaranan hüquqi imkanlardır. Burada Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və cəza icrası qanunvericiliyində nəzərdə tutulan şərti olaraq vaxtından əvvəl azad edilmə institutunun xüsusi əhəmiyyəti var.
Əgər məhkum qanunla müəyyən edilmiş hissəni faktiki çəkibsə, cəzaçəkmə müəssisəsində müsbət xarakterizə olunursa, vurulmuş maddi zərərin ödənilməsi istiqamətində öhdəliklərini yerinə yetiribsə və məhkəmə onun islah olunduğu qənaətinə gəlirsə, həmin şəxs şərti olaraq vaxtından əvvəl azad edilə bilər. Bu hüquqi mexanizm yalnız sabiq icra başçılarına deyil, qanunun tələblərinə cavab verən bütün məhkumlara şamil olunur".
Natiq Ələsgərov deyib ki, bu baxımdan artıq cəzası əhəmiyyətli dərəcədə azalmış və uzun müddət cəza çəkmiş sabiq icra başçılarının azadlığa çıxmaq imkanlarının yaranması hüquqi baxımdan gözlənilən hal hesab edilə bilər: “Xüsusilə 2020-ci ildə həbs olunmuş və sonradan Ali Məhkəmə tərəfindən cəza müddəti azaldılmış şəxslər artıq cəzalarının böyük hissəsini çəkiblər. Əgər onların davranışı müsbət qiymətləndirilibsə və qanunun digər tələbləri yerinə yetirilibsə, məhkəmənin şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar qəbul etməsi mümkündür.
Digər tərəfdən, uzunmüddətli cəzaya məhkum olunmuş və ya məhkəmə prosesi hələ yekunlaşmamış şəxslərin vəziyyəti tam fərqlidir. Barələrində hökm qanuni qüvvəyə minməyən şəxslər üçün şərti azad edilmə institutundan söhbət belə gedə bilməz. Eyni zamanda cəza müddəti 10-12 il olan və həmin müddətin qanunla tələb olunan hissəsini hələ çəkməmiş məhkumların yaxın vaxtlarda azadlığa buraxılması hüquqi baxımdan real görünmür".
Natiq Ələsgərov deyib ki, digər vacib məqam dövlətə vurulmuş ziyanın ödənilməsidir: “Korrupsiya və mənimsəmə cinayətlərində məhkəmələr məhz bu amilə xüsusi əhəmiyyət verirlər. Dövlətə dəymiş ziyanın tam ödənilməsi məhkumun islah olunmasının göstəricilərindən biri kimi qiymətləndirilə və onun barəsində daha yumşaq hüquqi nəticələrin tətbiqinə təsir göstərə bilər. Lakin bu, avtomatik azad olunmaq hüququ yaratmır. Son qərarı bütün halları birlikdə qiymətləndirən məhkəmə qəbul edir. Sabiq icra başçılarının cəzalarının azaldılması və ya vaxtından əvvəl azadlığa çıxmaları hər hansı fərdi güzəşt kimi qəbulu mübahisəlidir. Hər bir iş üzrə məhkəmə cəza müddətini, vurulmuş ziyanın ödənilməsini, məhkumun davranışını və qanunvericilikdə nəzərdə tutulan digər meyarları ayrıca qiymətləndirir. Məhz buna görə də eyni ittihamla mühakimə olunmuş müxtəlif şəxslərin azadlığa çıxma tarixləri də fərqli olur”.(“Yeni Müsavat")
Həbsdəki sabiq icra başçılarına azadlıq yolu

Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
6.02.2026Neftçala bələdiyyəsinin keçmiş sədri kimdən rüşvət alıb? – İTTİHAM AKTI -
17.12.2025İcra başçılarını “ipdən alan” qərar -
15.12.2025İcra başçısı rüşvəti belə alırmış – DTX VİDEO YAYDI -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...
-
1.09.2026İlham Əliyev Bişkekdə Ərdoğanla görüşdü - Foto
-
1.09.2026Putin-Paşinyan görüşü: Bişkekdə ağır söhbət olacaq
-
1.09.2026Nabrandakı məşhur klubda BİABIRÇILIQ: Zibilxanalıq qarpızı 35 manata satdılar — FOTO
-
1.09.2026Bakıda dövlət bağçasına gedən azyaşlının qanında psixotrop maddə aşkarlanması ilə bağlı iddia yayılıb.
-
1.09.2026Bakı aeroportunda əməliyyat...
-
1.09.2026Yük maşını Bakı-Sumqayıt yolunda arakəsməyə çırpıldı
-
1.09.2026Ağdama yeni nəfəs qayıdır: 117 ailə doğma yurduna yola düşdü
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi