Canlı yayım
1.07.2026

Rusiyadan pul köçürmələrinə vergi tətbiqi təklif olunur


Rusiya Dövlət Duması miqrantların xaricə pul köçürmələrinə 3% vergi tətbiq etməyi təklif edib.
DuzXeber.az  xəbər verir ki, ötən il Rusiyadan Qırğızıstana rekord həddə - 3,2 milyard dollar, Özbəkistana 15 milyard dollar və Tacikistana 7-9 milyard dollar göndərilib.
Dumanın "Spravedlivaya Rossiya" fraksiyasının rəhbəri Sergey Mironovun sözlərinə görə, məcburi vergi xəzinəyə ən azı 45 milyard rubl əlavə gəlir gətirəcək. Toyuqlu pizza
O bildirib ki, hazırda dövlət büdcəsi bu köçürmələrdən heç nə qazanmır, yalnız ödəniş sistemləri və banklar komissiya alır.

Xəbər lenti