Canlı yayım
7.04.2026

Binadan yıxılan qız ADPU-nun tələbəsi imiş – Foto


Abşeron rayonu Xırdalan şəhərində faciəvi şəkildə həyatını itirən 19 yaşlı Esmira İsayeva tələbə imiş.

Duzxeber.az  xəbər verir ki, dünən səhər yaşadığı “AAAF Park” yaşayış sahəsindəki 12 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılaraq ölən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsində təhsil alırmış.

O, fizika müəllimliyi ixtisasının I kurs tələbəsi olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.//Tribuna.az 

Xəbər lenti