19.06.2026
Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.
DuzXeber.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qeyd olunub ki, təqdim edilən layihə Azərbaycanda həyata keçirilən genişmiqyaslı struktur və idarəetmə islahatlarının tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında idarəçilik modelinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi artıq 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.
Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və nümayəndəliyə rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, birbaşa Azərbaycan Prezidentinə tabe olan, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.
Təklif edilən digər dəyişikliklərə əsasən, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinləri vəzifələri inzibati vəzifələr təsnifatından çıxarılır, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil edilir.
Bu dəyişiklikdən sonra “Dövlət qulluğu haqqında” qanun Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinə şamil olunmayacaq. Həmin vəzifələri tutan şəxslərin xidmət illəri nəzərə alınmaqla əməyinin ödəniş pilləsi “Dövlət qulluğu haqqında” qanunun 33-4.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir
Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.DuzXeber.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qeyd olunub ki, təqdim edilən layihə Azərbaycanda həyata keçirilən genişmiqyaslı struktur və idarəetmə islahatlarının tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında idarəçilik modelinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi artıq 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.
Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və nümayəndəliyə rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, birbaşa Azərbaycan Prezidentinə tabe olan, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.
Təklif edilən digər dəyişikliklərə əsasən, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinləri vəzifələri inzibati vəzifələr təsnifatından çıxarılır, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil edilir.
Bu dəyişiklikdən sonra “Dövlət qulluğu haqqında” qanun Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinə şamil olunmayacaq. Həmin vəzifələri tutan şəxslərin xidmət illəri nəzərə alınmaqla əməyinin ödəniş pilləsi “Dövlət qulluğu haqqında” qanunun 33-4.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Xəbər lenti
-
19.06.2026Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək
-
19.06.2026Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi
-
19.06.2026Aşura günü bu ünvanlarda qan veriləcək
-
19.06.2026Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA
-
19.06.2026Bu şəxslərin vərəsələrinə müavinət veriləcək
-
19.06.2026Bu şəxslərin vərəsələrinə müavinət veriləcək
-
19.06.2026Norveç Qrenlandiyada baş konsulluq açacaq
-
19.06.2026Ağdərəyə daha 12 nəfər köçürüldü
-
19.06.2026Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
-
19.06.2026Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir
-
19.06.2026Malların gömrük dəyəri manatla bəyan ediləcək
-
19.06.2026Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq
-
19.06.2026Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı
-
19.06.2026I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
-
19.06.2026Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək
-
19.06.2026Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü.
-
19.06.2026Türkiyədə bələdiyyə sədrləri saxlanıldı
-
19.06.2026Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto
-
19.06.2026“iPhone 18 Pro”nun qiyməti açıqlandı
-
19.06.2026Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var
-
19.06.2026Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı
-
19.06.2026Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq
-
18.06.2026Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı
-
18.06.2026Moskva vilayətinə "qara yağış" yağdı
-
18.06.2026Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür
-
18.06.2026Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
-
18.06.2026Tikinti materiallarının istehsalı artıb
-
18.06.2026Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü
-
18.06.2026İran uranı zənginləşdirməkdən çəkilir
-
18.06.202619 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video



