19.06.2026
İrəvanın kollektiv təhlükəsizlik formatlarından uzaqlaşaraq Qərb hərbi qüvvələri ilə yaxınlaşması regionda yeni geosiyasi gərginlik ocağı formalaşdırır. İyunun 17-dən 25-nə qədər davam edən “Eagle Partner 2026” birgə hərbi təlimləri məhz bu qırılmanın ən bariz göstəricisidir. Rəsmi olaraq beynəlxalq sülhməramlı missiyalara hazırlıq missiyası daşıdığı bəyan edilsə də, ABŞ-la yanaşı, builki manevrlərə Fransa və Yunanıstan hərbçilərinin də cəlb olunması prosesin miqyasını genişləndirir. Erməni ekspert David Mkrtçyan bu addımı kəskin tənqid edərək bildirib ki, rəsmi İrəvanın NATO elementlərini bölgəyə gətirməsi Rusiya və İrana qarşı açıq bir provokasiyadır: "Bu təhlükəli siyasətin ağır fəsadlarını Ermənistan birbaşa öz üzərində hiss edəcək. Qərbə sığınmaq cəhdləri ölkənin son məhvinə və yerli əhalinin bu torpaqlardan tamamilə didərgin düşməsinə rəvac verə bilər".
Paralel olaraq, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətləri tamamilə qopmaq üzrədir. Təxminən iki ildir ki, təşkilatın heç bir tədbirinə qatılmayan Ermənistan, bu dəfə də üzvlük haqqını ödəməkdən imtina edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, yaranmış vəziyyətlə əlaqədar olaraq KTMT öz nizamnamə öhdəliklərini yerinə yetirməyən üzvlərə qarşı cəza mexanizmlərini və xüsusi maddələri işə salmağı nəzərdən keçirir. Qərblə hərbi tərəfdaşlığı dərinləşdirən Ermənistanın özünü hansı təhdidlərlə üz-üzə qoyduğu isə hazırda regional analitikanın əsas sualıdır.
DuzXeber.az bildirir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor, politoloq Qabil Hüseynli qeyd edib ki, İrəvanın bu manevrləri Cənubi Qafqazda güc balansını pozmağa yönəlmiş növbəti məsuliyyətsiz addımdır: "Ermənistan rəhbərliyi elə zənn edir ki, ABŞ, Fransa və Yunanıstan hərbçilərini öz ərazisinə toplamaqla Rusiyanın regiondakı hərbi-siyasi rıçaqlarını neytrallaşdıra bilər. Lakin reallıq tamamilə fərqlidir. Təlimlərin coğrafiyası və tərkibi həm Moskvanı, həm də regional sabitlikdə maraqlı olan Tehranı ciddi şəkildə qıcıqlandırır. KTMT-nin sanksiyaları və Kremlin iqtisadi-siyasi təzyiqləri işə düşəcəyi təqdirdə, Qərbin İrəvana real kömək edə bilməyəcəyi hər kəsə bəllidir. Bu, Ermənistan dövlətçiliyi üçün intihardan başqa bir şey deyil".
Onun sözlərinə görə, bu təlimlər həm də regionda sülh prosesini baltalamağa xidmət edir: "İrəvan sülhməramlı missiya adı altında ordusunu Qərb standartlarına uyğunlaşdırdığını iddia etsə də, əslində regionda yeni bir hərbi plasdarm rolunu oynamağa razılıq verir. Fransa və Yunanıstan kimi ölkələrin bura hərbi qüvvə göndərməsi Ermənistanda revanşist meyilləri stimullaşdırır. Amma unudurlar ki, nə Rusiya, nə də öz sərhədində NATO infrastrukturu görmək istəməyən İran bu cür addımlara dözümlü yanaşmayacaq. KTMT ilə açıq qarşıdurmaya gedən, üzvlük haqqını belə ödəməyən bir ölkənin NATO oyunlarında piyada kimi istifadə olunması Ermənistanı geosiyasi poliqona çevirir və yaxın gələcəkdə onun üçün çox ağır regional təhlükəsizlik böhranı vəd edir".
Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi
İrəvanın kollektiv təhlükəsizlik formatlarından uzaqlaşaraq Qərb hərbi qüvvələri ilə yaxınlaşması regionda yeni geosiyasi gərginlik ocağı formalaşdırır. İyunun 17-dən 25-nə qədər davam edən “Eagle Partner 2026” birgə hərbi təlimləri məhz bu qırılmanın ən bariz göstəricisidir. Rəsmi olaraq beynəlxalq sülhməramlı missiyalara hazırlıq missiyası daşıdığı bəyan edilsə də, ABŞ-la yanaşı, builki manevrlərə Fransa və Yunanıstan hərbçilərinin də cəlb olunması prosesin miqyasını genişləndirir. Erməni ekspert David Mkrtçyan bu addımı kəskin tənqid edərək bildirib ki, rəsmi İrəvanın NATO elementlərini bölgəyə gətirməsi Rusiya və İrana qarşı açıq bir provokasiyadır: "Bu təhlükəli siyasətin ağır fəsadlarını Ermənistan birbaşa öz üzərində hiss edəcək. Qərbə sığınmaq cəhdləri ölkənin son məhvinə və yerli əhalinin bu torpaqlardan tamamilə didərgin düşməsinə rəvac verə bilər".Paralel olaraq, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətləri tamamilə qopmaq üzrədir. Təxminən iki ildir ki, təşkilatın heç bir tədbirinə qatılmayan Ermənistan, bu dəfə də üzvlük haqqını ödəməkdən imtina edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, yaranmış vəziyyətlə əlaqədar olaraq KTMT öz nizamnamə öhdəliklərini yerinə yetirməyən üzvlərə qarşı cəza mexanizmlərini və xüsusi maddələri işə salmağı nəzərdən keçirir. Qərblə hərbi tərəfdaşlığı dərinləşdirən Ermənistanın özünü hansı təhdidlərlə üz-üzə qoyduğu isə hazırda regional analitikanın əsas sualıdır.
DuzXeber.az bildirir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor, politoloq Qabil Hüseynli qeyd edib ki, İrəvanın bu manevrləri Cənubi Qafqazda güc balansını pozmağa yönəlmiş növbəti məsuliyyətsiz addımdır: "Ermənistan rəhbərliyi elə zənn edir ki, ABŞ, Fransa və Yunanıstan hərbçilərini öz ərazisinə toplamaqla Rusiyanın regiondakı hərbi-siyasi rıçaqlarını neytrallaşdıra bilər. Lakin reallıq tamamilə fərqlidir. Təlimlərin coğrafiyası və tərkibi həm Moskvanı, həm də regional sabitlikdə maraqlı olan Tehranı ciddi şəkildə qıcıqlandırır. KTMT-nin sanksiyaları və Kremlin iqtisadi-siyasi təzyiqləri işə düşəcəyi təqdirdə, Qərbin İrəvana real kömək edə bilməyəcəyi hər kəsə bəllidir. Bu, Ermənistan dövlətçiliyi üçün intihardan başqa bir şey deyil".
Onun sözlərinə görə, bu təlimlər həm də regionda sülh prosesini baltalamağa xidmət edir: "İrəvan sülhməramlı missiya adı altında ordusunu Qərb standartlarına uyğunlaşdırdığını iddia etsə də, əslində regionda yeni bir hərbi plasdarm rolunu oynamağa razılıq verir. Fransa və Yunanıstan kimi ölkələrin bura hərbi qüvvə göndərməsi Ermənistanda revanşist meyilləri stimullaşdırır. Amma unudurlar ki, nə Rusiya, nə də öz sərhədində NATO infrastrukturu görmək istəməyən İran bu cür addımlara dözümlü yanaşmayacaq. KTMT ilə açıq qarşıdurmaya gedən, üzvlük haqqını belə ödəməyən bir ölkənin NATO oyunlarında piyada kimi istifadə olunması Ermənistanı geosiyasi poliqona çevirir və yaxın gələcəkdə onun üçün çox ağır regional təhlükəsizlik böhranı vəd edir".
Oxşar xəbərlər
-
17.06.2026Ermənistanda NATO ilə birgə təlimlər başlayır -
12.06.2026Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır... -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.02.2026İlham Əliyev "France 24"ə müsahibə verdi -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn
Xəbər lenti
-
7.08.2026Bakıda yaşayanların DİQQƏTİNƏ!7 avqust 2026-cı il saat 00:00-dan etibarən...
-
7.08.2026Ər və arvadın yanaraq öldüyü hadisə QƏSDƏN törədilibmiş - Saxlanılan var
-
7.08.2026Kolleclərə qəbul olmaq istəyənlər üçün – Vacib xəbər
-
7.08.2026Daha bir məktəbə silahlı hücum: Şagird 2 müəllimi öldürdü, 15 nəfəri...
-
7.08.2026Neft bahalaşdı
-
7.08.2026AZAL və ADY-dən ŞOK - İnsanları BELƏ aldadırlar
-
7.08.2026Uşaqlar üçün internetdə yeni dövr başlayır
-
7.08.2026Rusiya İrəvandan əl çəkmir – Yeni XƏBƏRDARLIQ
-
7.08.2026Azərbaycanda ailə DƏHŞƏTLİ QƏZAYA düşdü: İçində bir yaşlı körpənin də olduğu maşın 50 metr hündürlükdən AŞDI
-
7.08.2026İraqda vəziyyət gərginləşir: Yaxın 48 saat kritik ola bilər
-
6.08.2026“BU, RUSİYANI ÖLDÜRMƏK DEMƏKDİR...” -Sobyanin müharibəni qızışdırmaq istəyənlərə xəbərdarlıq etdi
-
6.08.2026Qara dənizdə Almaniyaya məxsus yük gəmisi dronlarla vuruldu
-
6.08.2026Mingəçevirdə suda üzmə yarışı: Rekord sayda iştirakçı qatılacaq
-
6.08.2026İraqdan onlara son xəbərdarlıq: Ya tərksilah. ya da…
-
6.08.2026ADY-nin biznes əlaqəsi olan "PFM Catering" kimindir?
-
6.08.2026Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək
-
6.08.2026Gənc oğlanın əlləri arxadan bağlanmış meyiti tapıldı
-
6.08.2026Tramp varisini seçdi - 2028 seçkiləri üçün sürpriz ad açıqlandı
-
6.08.2026Peşə məktəblərində direktorların "qara siyahısı"- Onlarla direktorun gedişi gözlənilir
-
6.08.2026“Qarabağ”ın oyununa hansı kanalda baxaq?
-
6.08.2026Prezident SƏRƏNCAM İMZALADI
-
6.08.2026Bakıya uçan azərbaycanlı iş adamı aeroportda saxlanıldı
-
6.08.2026"Lazım olsa, tək başımıza hücum edərik" - Netanyahudan İran mesajı
-
6.08.2026Ukrayna dronları 1300 kilometr uzaqlıqdakı Rusiya NEZ-ni vurdu-VİDEO
-
6.08.2026Sabah hava necə olacaq?
-
6.08.2026Elman Abdullayev UNESKO-dan geri çağırıldı
-
6.08.2026Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR! işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
-
6.08.202616 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış
-
6.08.2026Ermənistana 14 vaqon buğda göndərildi
-
6.08.2026Bakıda ofisdən meyit tapıldı



