İngiltərənin mərkəzində yerləşən Bedford şəhəri yaxınlığında iki qatar toqquşub. Qəza Bedford stansiyasından təxminən 4 km cənubda baş verib.
DuzXeber.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.
İlkin məlumata görə, London istiqamətində hərəkət edən qatarlardan biri Nottingemdən, digəri isə Korbidən yola düşüb. İkinci qatar arxadan birinci qatarla toqquşub.

Paylaş