Canlı yayım
Bugün, 09:45

“MediaPulse” təcrübə proqramına start verildi: tələbələr üçün yeni media imkanları



BDU Könüllüləri təşkilatının Jurnalistika fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə “MediaPulse” adlı yeni təcrübə proqramına start verilib. Layihənin əsas məqsədi jurnalistika sahəsində təhsil alan tələbələrin praktiki biliklərini artırmaq, onları real media mühiti ilə tanış etmək və peşəkar bacarıqlarını inkişaf etdirməkdir. Proqram çərçivəsində iştirakçılar müxtəlif media qurumlarının iş prinsipləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Duzxeber.az məlumat verir ki,platformanın yaydığı xəbərə görə, layihə tələbələrin gələcək karyera imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və onların media sahəsində ilk addımlarını daha inamla atmalarına şərait yaradır.
Layihə çərçivəsində AZƏRTAC-ın redaksiya müdiri Ramin Qurban Jurnalistika fakültəsinin tələbələri ilə görüş keçirib. 




Xəbər lenti