Canlı yayım
Bugün, 14:45

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar


Duzxeber.az xəbər verir ki, DogruXeber.tv-nin elektron poçt ünvanına daxil olan məlumata görə, 2026-cı il aprel ayının 24 tarixində Sumqayıt şəhəri Səməd Vurğun küçəsində (Şəhidlər Xiyabanın yaxınlığı) yol nəqliyyat hadisəsi baş verib. Azərişıq ASC-nin Sumqayıt Elektrik Şəbəkəsinin əməkdaşı Məmmədova Könül Cavid qızı iş vaxtı saat 15:00-da idarə etdiyi avtomobillə piyadanı vurmuşdur. İlkin məlumatlara görə orta ağır xəsarət alan piyadanın şəhid atası olduğu və onun hazırda xəstəxanada olduğu bildirilir.

P.S. Məlumatla əlaqədar qarşı tərəflə əlaqə saxlayıb məsələyə münasibətini öyrəndik. Könül xanım hadisənin baş verdiyini təsdiq etsə də bəzi məqamlara fərqli münasibət bildirdi. Belə ki, o qeyd edib ki, hadisə saat 15:00-da deyil, təxminən 14:00 radələrində baş verib. Həmçinin bildirib ki, işdən icazə alaraq şəxsi işi ilə bağlı hərəkətdə olarkən hadisə baş verib. Bundan əlavə, onun sözlərinə görə, xəsarət alan şəxs ağır deyil, yüngül xəsarət alıb.

Xəbər lenti