30.04.2026
Xaricdə təhsil alan şəxslərin diplomlarını ölkəmizdə tanıdacağını və eyni zamanda ucuz mənzillər satacağı adla külli miqdarda dələduzluq edən Təhsil Nazirliyinin sabiq eksperti Maqsud Nəsirovun məhkəməsi başlayıb.
Duzxeber.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Maqsud Nəsirov ifadə verib.
"2017-2018-ci illər ərzində Təhsil Nazirliyinde xarici diplomların tanınması ilə əlaqədar ekspert vəzifəsində, 2018-2024-cü iller zində Dövlət Vergi Xidmətində müxtəlif vəzifələrdə, sonuncu dəfə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi müfəttişi vəzifsində çalışmışam. Təxminən 2023-cü ilin oktyabr ayında maklerlik fəaliyyəti ilə məşğul olan tanışım Tural Əhmədov mənə bildirdi ki, Ayna Sultanovanın heykəlinin arxasında, Səttar Bəhlulzadə küçəsində yerləşən "Mahal" MTK tərəfindən inşa edilmiş "Nar Residence" adlı binada ucuz qiymətə mənzillər hazırda satışdadır. Guya həmin mənzillərin sahibləri hazırda vergi borcları olduğundan ucuz qiymətə satmaq macburiyyətindədirlər. Mən də bu barədə Nicat Əhmədliye dedim və o mənə 110 min manat pul verdi. Ona dəymiş ziyanın müəyyən hissəsini - 60 mini hissə-hissə olaraq ödəmişəm.
Həmin mənzillərin ümumi dəyəri 240 min idi".
Zərərçəkmiş Nicat Əhmədli isə bildirib ki, təqsirləndirilən şəxslə ortaq dostların vasitəsilə tanış olublar:
"Maqsud mənə dedi ki, yaranmış vergi borclarına görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müsadirə edilmiş evlərin hərrac yolu ilə satılmasını təklif etmişdi. Ümumi vəziyyəti soruşanda mənə müxtəlif bəhanələr gətirdi. Mən sonra ondan şikayət etdim və 52 min 500 manatını qaytardı. Mənə dəymiş ziyanın tam ödənilməsini tələb edirəm".
Məhkəmənin növbəti iclası iyunun 4-nə təyin edilib.
Maqsud Nəsirova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
İş üzrə 6 zərərçəkmiş var dəymiş ziyan isə 400 min manatdan çoxdur.//32gun.az
Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə
Xaricdə təhsil alan şəxslərin diplomlarını ölkəmizdə tanıdacağını və eyni zamanda ucuz mənzillər satacağı adla külli miqdarda dələduzluq edən Təhsil Nazirliyinin sabiq eksperti Maqsud Nəsirovun məhkəməsi başlayıb. Duzxeber.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Maqsud Nəsirov ifadə verib.
"2017-2018-ci illər ərzində Təhsil Nazirliyinde xarici diplomların tanınması ilə əlaqədar ekspert vəzifəsində, 2018-2024-cü iller zində Dövlət Vergi Xidmətində müxtəlif vəzifələrdə, sonuncu dəfə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi müfəttişi vəzifsində çalışmışam. Təxminən 2023-cü ilin oktyabr ayında maklerlik fəaliyyəti ilə məşğul olan tanışım Tural Əhmədov mənə bildirdi ki, Ayna Sultanovanın heykəlinin arxasında, Səttar Bəhlulzadə küçəsində yerləşən "Mahal" MTK tərəfindən inşa edilmiş "Nar Residence" adlı binada ucuz qiymətə mənzillər hazırda satışdadır. Guya həmin mənzillərin sahibləri hazırda vergi borcları olduğundan ucuz qiymətə satmaq macburiyyətindədirlər. Mən də bu barədə Nicat Əhmədliye dedim və o mənə 110 min manat pul verdi. Ona dəymiş ziyanın müəyyən hissəsini - 60 mini hissə-hissə olaraq ödəmişəm.
Həmin mənzillərin ümumi dəyəri 240 min idi".
Zərərçəkmiş Nicat Əhmədli isə bildirib ki, təqsirləndirilən şəxslə ortaq dostların vasitəsilə tanış olublar:
"Maqsud mənə dedi ki, yaranmış vergi borclarına görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müsadirə edilmiş evlərin hərrac yolu ilə satılmasını təklif etmişdi. Ümumi vəziyyəti soruşanda mənə müxtəlif bəhanələr gətirdi. Mən sonra ondan şikayət etdim və 52 min 500 manatını qaytardı. Mənə dəymiş ziyanın tam ödənilməsini tələb edirəm".
Məhkəmənin növbəti iclası iyunun 4-nə təyin edilib.
Maqsud Nəsirova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
İş üzrə 6 zərərçəkmiş var dəymiş ziyan isə 400 min manatdan çoxdur.//32gun.az
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
7.03.2026Mahmudovlar yenidən hücumda - SABİQ NAZİR BU DƏFƏ BAKI APELLYASİYA MƏHKƏMƏSİNİN HAKİMLƏRİ İLƏ BİRLƏŞƏRƏK... -
3.03.2026Bu məhkəmələrə hakimlər təyin edildi – Sərəncam -
14.02.2026“500 min manat alacağım vardı” – Bina tikintisi qalmaqalı -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Xəbər lenti
-
27.06.2026Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır
-
27.06.2026Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...
-
27.06.2026İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?
-
27.06.2026Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu
-
27.06.2026Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)
-
27.06.2026İtaliyanın ən uzun çayı quruyur
-
27.06.2026“İskəndər” raket istehsalı zavodu vuruldu
-
27.06.2026Xorultunun qarşısını dərmansız necə almaq olar?
-
27.06.2026Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
-
27.06.2026Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR
-
27.06.2026Rusiya bu yaşayış məntəqəsini işğal etdi
-
27.06.2026Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür
-
27.06.2026Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu
-
27.06.2026Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video
-
27.06.2026Bakı-Naxçıvan aviareysləri ləğv edilib
-
27.06.2026Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
-
27.06.2026Deputatlarımız Tblisiyə gedir
-
27.06.2026Dörd günlük güclü maqnit qasırğası olacaq
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi



