14-02-2026, 11:30
Bakıda sahibkara çoxmənzilli yaşayış binasının tikintisinə köməklik edəcəyinə söz verərək ona qarşı dələduzluq edən Aydın Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Duzxeber.az-ın Unikal-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri ilə davam edib.
Şahid R.S Aydın Cəfərovu tanıdığını bildirib:
“Həmin gün ofisə Müşfiq Muradovla görüşməyə gəlmişdim; ondan beş yüz min manat alacağım vardı. Müşfiq 10 000 verdi, dedi qalanını sonra verəcəm. Çox keçmədən Afət xanım gəldi. Müşfiqə dedim: “Məndən aldığın pulla borclarını ödədinmi, sonra canını boğazına yığmasınlar?”. O da qayıtdı ki, sənin nəyinə lazımdır, hamısını verəcəm. Aydın müəllim ora gələndə Azadxan dedi ki, bu işi qanun çərçivəsində həll edəcək.
Müşfiq dedi ki, Afət əl çəkmirdi, alınan puldan 270 min Afətə getdi. Mən özüm Afətdən 40 000 manat faizə götürüb bu Aydın Cəfərova vermişəm. Müşfiq mən Rusiyada olandan bloklamışdı məni. Bir sözlə, bu vicdansız aldığı pullarla borclarını qaytarmaqdansa, aradan çıxıb”.
Növbəti proses 6 mart saat 15:30-a təyin olunub.
Xatırladaq ki, təqsirləndirilən şəxs Aydın Cəfərov tanışı Müşfiq Muradov və başqaları ilə qabaqcadan əlbir olaraq ötən ilin yanvarında “Azland Residence” MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 96F saylı sahədə çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına köməklik göstərəcəyi ilə bağlı iş adamı Azadxan Xanməmmədova vəd verib.
O, Azadxan Allahqulu oğlu Xanməmmədova özünü Azərbaycanın dövlət qurumlarının yüksək vəzifəli şəxsləri ilə işgüzar əlaqələrinin olduğunu, eləcə də özünü Azərbaycan Respublikasının ali kateqoriyalı orqanının yuxarı vəzifəli şəxsinin qeyri-rəsmi köməkçisi kimi təqdim edib.
“Alliance Plaza”dakı ofisində görüşləri və telefon danışıqları zamanı Azadxan Xanməmmedovdan çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına görə, özü və Müşfiq Muradovun vasitəsilə birbaşa yolla 500.000 (beş yüz min) manat məbləğində pul vəsaitini alıb.
Daha sonra təqsirləndirilən şəxs tikiləcək çoxmənzilli yaşayış binasının eskiz layihəsinin çəkilməsinin zəruri olduğunu və həmin eskizi çəkdirəcəyinə inandıraraq Azadxan Xanməmmədovdan 6 min manat alıb. Beləliklə, Aydın Cəfərov etibardan sui-istifadə etmə yolu ilə Azadxan Xanməmmədova məxsus 506.000 manat məbləğində pulu mənimsəyərək ona qarşı xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
“500 min manat alacağım vardı” – Bina tikintisi qalmaqalı
Bakıda sahibkara çoxmənzilli yaşayış binasının tikintisinə köməklik edəcəyinə söz verərək ona qarşı dələduzluq edən Aydın Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Duzxeber.az-ın Unikal-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri ilə davam edib.
Şahid R.S Aydın Cəfərovu tanıdığını bildirib:
“Həmin gün ofisə Müşfiq Muradovla görüşməyə gəlmişdim; ondan beş yüz min manat alacağım vardı. Müşfiq 10 000 verdi, dedi qalanını sonra verəcəm. Çox keçmədən Afət xanım gəldi. Müşfiqə dedim: “Məndən aldığın pulla borclarını ödədinmi, sonra canını boğazına yığmasınlar?”. O da qayıtdı ki, sənin nəyinə lazımdır, hamısını verəcəm. Aydın müəllim ora gələndə Azadxan dedi ki, bu işi qanun çərçivəsində həll edəcək.
Müşfiq dedi ki, Afət əl çəkmirdi, alınan puldan 270 min Afətə getdi. Mən özüm Afətdən 40 000 manat faizə götürüb bu Aydın Cəfərova vermişəm. Müşfiq mən Rusiyada olandan bloklamışdı məni. Bir sözlə, bu vicdansız aldığı pullarla borclarını qaytarmaqdansa, aradan çıxıb”.
Növbəti proses 6 mart saat 15:30-a təyin olunub.
Xatırladaq ki, təqsirləndirilən şəxs Aydın Cəfərov tanışı Müşfiq Muradov və başqaları ilə qabaqcadan əlbir olaraq ötən ilin yanvarında “Azland Residence” MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 96F saylı sahədə çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına köməklik göstərəcəyi ilə bağlı iş adamı Azadxan Xanməmmədova vəd verib.
O, Azadxan Allahqulu oğlu Xanməmmədova özünü Azərbaycanın dövlət qurumlarının yüksək vəzifəli şəxsləri ilə işgüzar əlaqələrinin olduğunu, eləcə də özünü Azərbaycan Respublikasının ali kateqoriyalı orqanının yuxarı vəzifəli şəxsinin qeyri-rəsmi köməkçisi kimi təqdim edib.
“Alliance Plaza”dakı ofisində görüşləri və telefon danışıqları zamanı Azadxan Xanməmmedovdan çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına görə, özü və Müşfiq Muradovun vasitəsilə birbaşa yolla 500.000 (beş yüz min) manat məbləğində pul vəsaitini alıb.
Daha sonra təqsirləndirilən şəxs tikiləcək çoxmənzilli yaşayış binasının eskiz layihəsinin çəkilməsinin zəruri olduğunu və həmin eskizi çəkdirəcəyinə inandıraraq Azadxan Xanməmmədovdan 6 min manat alıb. Beləliklə, Aydın Cəfərov etibardan sui-istifadə etmə yolu ilə Azadxan Xanməmmədova məxsus 506.000 manat məbləğində pulu mənimsəyərək ona qarşı xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
-
14-02-2026, 09:50İlham Əliyev "France 24"ə müsahibə verdi -
6-02-2026, 14:30Neftçala bələdiyyəsinin keçmiş sədri kimdən rüşvət alıb? – İTTİHAM AKTI -
27-12-2025, 12:00Özünü şəhid xanımı kimi təqdim edib vatsapda şəkillər paylaşırmış -
13-12-2025, 14:46Milli Məclis və DƏLƏDUZLUQ! -
10-12-2025, 10:24Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Xəbər lenti
-
Bugün, 11:45Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq - YENİLƏNİB
-
Bugün, 11:30"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
-
Bugün, 11:15Məşhur rejissorun “Oskar”ı təyyarədə itdi
-
Bugün, 11:00Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq
-
Bugün, 10:45Bakıda mühüm forum keçirilir
-
Bugün, 10:30Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
-
Bugün, 10:15Konfrans Liqasında ən sürətli qol vuruldu
-
Bugün, 10:00Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama
-
Bugün, 09:45Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
-
Bugün, 09:30ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı
-
Bugün, 09:15Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb
-
Bugün, 09:00Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

Dün, 18:00"V-Mann Construction" hansı qaydanı pozub?
-
Dün, 17:45I sinfə qəbul başlayır
-
Dün, 17:30“Azərenerji” 2 milyona dispeçer otağı tikir
-
Dün, 17:15Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə
-
Dün, 17:00Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram
-
Dün, 16:45Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib
-
Dün, 16:30Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib
-
Dün, 16:15“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb
-
Dün, 16:00"Bunu Netanyahudan xahiş etdim" - Tramp
-
Dün, 15:45Prezident idmançıları qəbul edib
-
Dün, 15:30FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu
-
Dün, 15:15İmtahanlardan narazı olanların NƏZƏRİNƏ
-
Dün, 15:00"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək
-
Dün, 14:45Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib
-
Dün, 14:15Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı
-
Dün, 14:00Oğuzda narkokuryerlər saxlanılıb
-
Dün, 13:45DİM imtahanla bağlı MƏLUMAT YAYDI