11.05.2026
Fransada hantavirusa ilk yoluxma halı təsdiqlənib.
DuzXeber.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Stefani Rist “France Inter” radiosuna açıqlamasında deyib. Nazirin sözlərinə görə, xəstəlik aşkarlanan qadın “MV Hondius” gəmisində olub və mayın 10-da Kanar adalarından Fransaya təxliyə edilib. Qadında xəstəliyin simptomları “Tenerife” ilə “Burje” hava limanı arasındakı uçuş zamanı ortaya çıxıb.
“Testlərin nəticəsi müsbət çıxıb. Təəssüf ki, onun vəziyyəti gecə ərzində pisləşib”, – deyə səhiyyə naziri bildirib.
Fransaya gətirilən beş sərnişindən yalnız birində virus aşkarlanıb. Digər dörd nəfərin ilkin test nəticələri mənfi olsa da, onların azı 15 gün xəstəxanada müşahidə altında saxlanılacağı açıqlanıb.
Fransanın Baş naziri Sebastyən Lökornu bildirib ki, xəstədə simptomlar təxliyə reysi zamanı müşahidə olunub. Təyyarə bazar günü yerli vaxtla saat 16:30 radələrində Paris yaxınlığındakı “Burje” hava limanına enib.
Fransa mediasının məlumatına əsasən, ölkədə virusla əlaqəli təxminən 20 nəfər təcrid olunub. Onlar yoluxmuş şəxslərlə təmasda olduqları üçün risk qrupuna daxil ediliblər.
Təcrid edilənlər arasında Fransaya gətirilən beş sərnişinlə yanaşı, aprelin 25-də “Sent Helena – Yohannesburq” və “Yohannesburq – Amsterdam” marşrutları üzrə uçuşlarda olan sərnişinlər də var.
İspaniya Mülki Müdafiə Xidməti və liman rəhbərliyinin məlumatına görə, bazar günü Kanar adalarında gəmidən təxminən yüzə yaxın sərnişin və ekipaj üzvü təxliyə olunub.
Bazar ertəsi səhər saatlarında yanacaq doldurulması səbəbindən təxliyə dayandırılıb. Günün ikinci yarısında əməliyyatların davam etdirilməsi planlaşdırılır. Son təxliyə reysinin Avstraliyaya həyata keçiriləcəyi bildirilir.
Daha sonra “MV Hondius”un Kanar adalarındakı “Qranadilya” limanını tərk edərək, Atlantik okeanı istiqamətində yoluna davam edəcəyi açıqlanıb.
Fransa mediasının məlumatına görə, vəziyyətlə bağlı ikinci hökumət müşavirəsi bazar ertəsi günortadan sonra “Matinyon”da keçiriləcək.
İclasda Baş nazir Sebastyən Lökornü ilə yanaşı, səhiyyə naziri Stefani Rist, daxili işlər naziri Loran Nunyes, xarici işlər naziri Jan-Noel Barro və səhiyyə qurumlarının rəhbərləri iştirak edəcəklər.
Fransada hantavirusa ilk yoluxma halı qeydə alındı
Fransada hantavirusa ilk yoluxma halı təsdiqlənib.DuzXeber.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Stefani Rist “France Inter” radiosuna açıqlamasında deyib. Nazirin sözlərinə görə, xəstəlik aşkarlanan qadın “MV Hondius” gəmisində olub və mayın 10-da Kanar adalarından Fransaya təxliyə edilib. Qadında xəstəliyin simptomları “Tenerife” ilə “Burje” hava limanı arasındakı uçuş zamanı ortaya çıxıb.
“Testlərin nəticəsi müsbət çıxıb. Təəssüf ki, onun vəziyyəti gecə ərzində pisləşib”, – deyə səhiyyə naziri bildirib.
Fransaya gətirilən beş sərnişindən yalnız birində virus aşkarlanıb. Digər dörd nəfərin ilkin test nəticələri mənfi olsa da, onların azı 15 gün xəstəxanada müşahidə altında saxlanılacağı açıqlanıb.
Fransanın Baş naziri Sebastyən Lökornu bildirib ki, xəstədə simptomlar təxliyə reysi zamanı müşahidə olunub. Təyyarə bazar günü yerli vaxtla saat 16:30 radələrində Paris yaxınlığındakı “Burje” hava limanına enib.
Fransa mediasının məlumatına əsasən, ölkədə virusla əlaqəli təxminən 20 nəfər təcrid olunub. Onlar yoluxmuş şəxslərlə təmasda olduqları üçün risk qrupuna daxil ediliblər.
Təcrid edilənlər arasında Fransaya gətirilən beş sərnişinlə yanaşı, aprelin 25-də “Sent Helena – Yohannesburq” və “Yohannesburq – Amsterdam” marşrutları üzrə uçuşlarda olan sərnişinlər də var.
İspaniya Mülki Müdafiə Xidməti və liman rəhbərliyinin məlumatına görə, bazar günü Kanar adalarında gəmidən təxminən yüzə yaxın sərnişin və ekipaj üzvü təxliyə olunub.
Bazar ertəsi səhər saatlarında yanacaq doldurulması səbəbindən təxliyə dayandırılıb. Günün ikinci yarısında əməliyyatların davam etdirilməsi planlaşdırılır. Son təxliyə reysinin Avstraliyaya həyata keçiriləcəyi bildirilir.
Daha sonra “MV Hondius”un Kanar adalarındakı “Qranadilya” limanını tərk edərək, Atlantik okeanı istiqamətində yoluna davam edəcəyi açıqlanıb.
Fransa mediasının məlumatına görə, vəziyyətlə bağlı ikinci hökumət müşavirəsi bazar ertəsi günortadan sonra “Matinyon”da keçiriləcək.
İclasda Baş nazir Sebastyən Lökornü ilə yanaşı, səhiyyə naziri Stefani Rist, daxili işlər naziri Loran Nunyes, xarici işlər naziri Jan-Noel Barro və səhiyyə qurumlarının rəhbərləri iştirak edəcəklər.
Oxşar xəbərlər
-
9.04.2026Polşada şok hadisə: İstanbul reysini ildırım vurdu, təyyarə geri qaytarıldı -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
19.02.2026Bakıdan Laçına avtobus reysi açılır -
14.02.2026İlham Əliyev "France 24"ə müsahibə verdi -
17.12.2025Azərbaycanda ciyərləri zədələyən virus yayılır? — Rəsmi AÇIQLAMA
Xəbər lenti
-
27.06.2026Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır
-
27.06.2026Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...
-
27.06.2026İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?
-
27.06.2026Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu
-
27.06.2026Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)
-
27.06.2026İtaliyanın ən uzun çayı quruyur
-
27.06.2026“İskəndər” raket istehsalı zavodu vuruldu
-
27.06.2026Xorultunun qarşısını dərmansız necə almaq olar?
-
27.06.2026Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
-
27.06.2026Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR
-
27.06.2026Rusiya bu yaşayış məntəqəsini işğal etdi
-
27.06.2026Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür
-
27.06.2026Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu
-
27.06.2026Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video
-
27.06.2026Bakı-Naxçıvan aviareysləri ləğv edilib
-
27.06.2026Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
-
27.06.2026Deputatlarımız Tblisiyə gedir
-
27.06.2026Dörd günlük güclü maqnit qasırğası olacaq
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi



