Son günlər əhali arasında yeni virusa yoluxma hallarının artması müşahidə olunur. Xəstəlik yüksək hərarət və ağciyərlərə təsiri ilə xarakterizə edilir, əlamətləri isə “COVID-19” virusunu xatırladır. Bu durum əhali arasında müəyyən narahatlıq yaradıb.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, hazırda müşahidə olunan xəstəliklər mövsümi xarakter daşıyır.
Onun sözlərinə görə, payız-qış mövsümündə qrip və digər kəskin respirator virus infeksiyaları (KRVİ) ətraf mühitdə aktiv dövr edir. Bu infeksiyaların törətdiyi əlamətlər bir-birinə çox oxşar olduğundan klinik olaraq onları ayırmaq mümkün deyil. Yalnız laborator müayinələr əsasında konkret virusu müəyyən etmək olar.
Təyyar Eyvazov qeyd edib ki, fəsli qrip xüsusilə həssas qruplarda daha ağır keçir və bəzi hallarda ağciyərlərin zədələnməsi ilə nəticələnə bilər. Yüksək hərarət, boğaz ağrısı, burun axması və ya tutulması kimi əlamətlərlə müraciət edən şəxslərdən götürülən yaxmalar zamanı əsasən fəsli qrip və digər respirator viruslar təsdiqlənir.
Mütəxəssis kəskin respirator virus infeksiyalarının qarşısının alınması üçün qeyri-spesifik tədbirləri də xatırladıb. Bunlara şəxsi gigiyenaya riayət edilməsi, əllərin tez-tez yuyulması, öskürək və asqırıq zamanı tənəffüs gigiyenasına əməl olunması, xəstə insanlarla yaxın təmasdan çəkinmək, izdihamlı məkanlardan uzaq durmaq və tez-tez istifadə olunan səthlərin təmizlənməsi daxildir. Həmçinin xəstə şəxslərin, xüsusilə uşaqların evdə qalması, körpələrin isə ana südü ilə qidalanmasının davam etdirilməsi tövsiyə olunur.
Mövzu ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Əminə İsmixanova da Modern.az-a açıqlama verib. O bildirib ki, “COVID-ə bənzər virusun yayılması” ilə bağlı yayılan məlumatlar əhali arasında əsassız təşviş yaradıb.
Həkimin sözlərinə görə, hazırda rast gəlinən hallar əsasən qrip və digər kəskin tənəffüs virus infeksiyalarının mövsümi artımı ilə əlaqədardır və ciddi narahatlıq üçün əsas yoxdur. Bu xəstəliklər yüksək hərarət, halsızlıq, oynaq ağrıları, bəzən dəri səpgiləri, daha çox isə davamlı öskürək və boğulma hissi ilə müşahidə olunur.
Əminə İsmixanova belə hallarda otaqların mütəmadi havalandırılmasını, bol maye qəbulunu və immuniteti gücləndirən qidaların istifadəsini tövsiyə edib. O qeyd edib ki, yüksək hərarət 4–5 gündən artıq davam edərsə, səpgilər yaranarsa və ya öskürək güclənərsə, mütləq həkimə müraciət olunmalıdır. Çünki ikincili bakterial infeksiya və müxtəlif ağırlaşmalar yarana bilər.
Həkim həmçinin xəbərdarlıq edib ki, özbaşına və qeyri-peşəkar məsləhətlərlə dərman qəbul etmək yolverilməzdir. Zərurət yarandığı halda vətəndaşlar icbari tibbi sığorta çərçivəsində ödənişsiz şəkildə həkim konsultasiyasından və müayinələrdən yararlana bilərlər.
Oxşar xəbərlər
-
17.12.2025Ekranlarda əxlaqi tənəzzül: Susqun nəzarət, açıq zərər və məsuliyyətdən qaçış -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
4.12.2025Toy etmək istəyənlərin diqqətinə – Qaydalar kəskin dəyişə bilər -
2.12.2025AAYDA-da xüsusi qərargah yaradılıb -
21.11.2025Bu ölkələrdə yoluxucu virus yayılır - Məktəblər bağlandı
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...




