24.05.2026
Alimlər xüsusilə də yaşlılar arasında populyar olan B12 vitamini ilə bağlı gözlənilməz təhlükələr barədə xəbərdarlıq ediblər.
DuzXeber.az xəbər verir ki, B12 vitamininin qəbulu üzrə mövcud tövsiyələrin beyin üçün təhlükəli olduğu üzə çıxıb.
Kaliforniya Universitetinin San-Fransiskodan olan alimləri yaşlılarda hətta "normal" B12 vitamini səviyyələrinin belə beyin funksiyasının pisləşməsi əlamətləri ilə əlaqəli ola biləcəyini aşkarlayıblar.
Vitaminin aktiv forması aşağı səviyyədə olduqda insanlarda düşüncənin yavaşladığı, görmə qabiliyyətinin pisləşdiyi və beyindəki ağ maddənin daha ağır şəkildə zədələndiyi müşahidə olunub.
Tədqiqatın nəticələri "Annals of Neurology" jurnalında dərc edilib.
Bildirilib ki, Vitamin B12 DNT-nin, qırmızı qan hüceyrələrinin əmələ gəlməsində və sinir toxumasının saxlanmasında iştirak edir. Bu vitaminin çatışmazlığı uzun müddətdir anemiya və nevroloji xəstəliklərlə əlaqələndirilir. Lakin yeni tədqiqatlar göstərir ki, tövsiyə edilən mövcud hədlər sinir sistemindəki erkən dəyişiklikləri əks etdirməyə bilər.
Müəlliflər orta yaşı 71 olan 231 iştirakçının məlumatlarını təhlil ediblər. Heç bir könüllü demensiya və yüngül koqnitiv pozğunluqdan əziyyət çəkməyib. Onlarda qanda B12 vitamininin orta səviyyəsi 414,8 pmol/L olub (Bu, ABŞ-da çatışmazlıq həddi hesab edilən 148 pmol/L-dən təxminən üç dəfə çoxdur). Lakin tədqiqatçılar ümumi B12 vitaminini deyil, onun bioloji aktiv formasını qiymətləndiriblər. Aktiv B12 vitamini səviyyəsi aşağı olan iştirakçılar informasiya emalı sürəti testlərində daha pis nəticələr göstəriblər. Bundan əlavə, onlar vizual stimullara qarşı daha yavaş reaksiyalar nümayiş etdiriblər. MRT başqa bir reallığı da ortaya qoyub: aktiv B12 səviyyəsi aşağı olan insanlarda ağ maddə lezyonlarına tutulma ehtimalı daha yüksək idi. Bu cür dəyişikliklər idrak geriləməsi, demans və insult riskinin artması ilə əlaqələndirilir. Qeyd edilir ki, tədqiqat zamanı yaş, cins, təhsil və ürək-damar risk faktorları nəzərə alınıb.
Tədqiqat rəhbəri Ari Qrinin sözlərinə görə, çatışmazlıq meyarlarının yenidən nəzərdən keçirilməsi idrak geriləməsi risklərini daha erkən müəyyən etməyə kömək edə bilər.
Tədqiqatçılar qeyd ediblər ki, yaşlı insanlar xüsusilə həssasdırlar: vitaminlərin mənimsənilməsi yaşla azalır. Müəyyən dərmanlar, mədə-bağırsaq xəstəlikləri və pəhrizlər də riski artırır./publika.az
Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
Alimlər xüsusilə də yaşlılar arasında populyar olan B12 vitamini ilə bağlı gözlənilməz təhlükələr barədə xəbərdarlıq ediblər.DuzXeber.az xəbər verir ki, B12 vitamininin qəbulu üzrə mövcud tövsiyələrin beyin üçün təhlükəli olduğu üzə çıxıb.
Kaliforniya Universitetinin San-Fransiskodan olan alimləri yaşlılarda hətta "normal" B12 vitamini səviyyələrinin belə beyin funksiyasının pisləşməsi əlamətləri ilə əlaqəli ola biləcəyini aşkarlayıblar.
Vitaminin aktiv forması aşağı səviyyədə olduqda insanlarda düşüncənin yavaşladığı, görmə qabiliyyətinin pisləşdiyi və beyindəki ağ maddənin daha ağır şəkildə zədələndiyi müşahidə olunub.
Tədqiqatın nəticələri "Annals of Neurology" jurnalında dərc edilib.
Bildirilib ki, Vitamin B12 DNT-nin, qırmızı qan hüceyrələrinin əmələ gəlməsində və sinir toxumasının saxlanmasında iştirak edir. Bu vitaminin çatışmazlığı uzun müddətdir anemiya və nevroloji xəstəliklərlə əlaqələndirilir. Lakin yeni tədqiqatlar göstərir ki, tövsiyə edilən mövcud hədlər sinir sistemindəki erkən dəyişiklikləri əks etdirməyə bilər.
Müəlliflər orta yaşı 71 olan 231 iştirakçının məlumatlarını təhlil ediblər. Heç bir könüllü demensiya və yüngül koqnitiv pozğunluqdan əziyyət çəkməyib. Onlarda qanda B12 vitamininin orta səviyyəsi 414,8 pmol/L olub (Bu, ABŞ-da çatışmazlıq həddi hesab edilən 148 pmol/L-dən təxminən üç dəfə çoxdur). Lakin tədqiqatçılar ümumi B12 vitaminini deyil, onun bioloji aktiv formasını qiymətləndiriblər. Aktiv B12 vitamini səviyyəsi aşağı olan iştirakçılar informasiya emalı sürəti testlərində daha pis nəticələr göstəriblər. Bundan əlavə, onlar vizual stimullara qarşı daha yavaş reaksiyalar nümayiş etdiriblər. MRT başqa bir reallığı da ortaya qoyub: aktiv B12 səviyyəsi aşağı olan insanlarda ağ maddə lezyonlarına tutulma ehtimalı daha yüksək idi. Bu cür dəyişikliklər idrak geriləməsi, demans və insult riskinin artması ilə əlaqələndirilir. Qeyd edilir ki, tədqiqat zamanı yaş, cins, təhsil və ürək-damar risk faktorları nəzərə alınıb.
Tədqiqat rəhbəri Ari Qrinin sözlərinə görə, çatışmazlıq meyarlarının yenidən nəzərdən keçirilməsi idrak geriləməsi risklərini daha erkən müəyyən etməyə kömək edə bilər.
Tədqiqatçılar qeyd ediblər ki, yaşlı insanlar xüsusilə həssasdırlar: vitaminlərin mənimsənilməsi yaşla azalır. Müəyyən dərmanlar, mədə-bağırsaq xəstəlikləri və pəhrizlər də riski artırır./publika.az
Oxşar xəbərlər
-
24.05.2026Karateçilərimiz Almaniyada Avropa çempionatında doqquz medal qazanıblar -
27.04.2026Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
21.01.2026Vəliyevlər ailəsinin Almaniyada Aərbaycana və Azərbaycanlılara qarşı cinayətləri - VİDEO
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



