26.05.2026
Fransa silahlı qüvvələrinin gələcək uzaqmənzilli yerüstü zərbə sistemi ilə bağlı xeyli müddətdir gözlədiyi qərarın qəbulu yaxınlaşır. Lakin iki yerli sənaye konsorsiumunun rəqabət aparmasına baxmayaraq, Müdafiə Nazirliyi ABŞ istehsalı olan sistemin alınması variantını hələ də istisna etmir.
DuzXeber.az xəbər verir ki, Fransa ordusunun “lance-roquettes unitaires” (LRU) sistemlərinin əvəzlənməsi həlledici mərhələyə daxil olub. 2023-cü ildə Silahlanma Baş İdarəsi (DGA) tərəfindən başladılan FLP-T proqramı yay aylarına qədər yeni sistemi seçməyi hədəfləyir. Hazırda istifadə edilən və “Lockheed Martin” modelinə əsaslanan, 70 kilometrə qədər zərbə qabiliyyətinə malik sistemlər 2027-ci ilə qədər istismar müddətinin sonuna çatacaq.
“Safran” və “MBDA” şirkətləri birlikdə “Thundart” sistemləri ilə rəqabətə start verib. Sınaq zamanı sistem uğurlu atış həyata keçirib. Səkkiz raket daşıya bilən bütün ərazilərdə hərəkət edən yük maşını 80 km/saat sürətlə hərəkət edərək zərbə endirib və dərhal mövqedən uzaqlaşıb. Bu taktika Ukrayna müharibəsindən çıxarılan dərslərə əsaslanır, çünki artilleriya sistemləri dron hücumlarına qarşı daha həssasdır. Sistem həm də elektron müdaxilələrə qarşı gücləndirilmiş yönləndirmə texnologiyası ilə təchiz olunub.
Bir həftə fərqlə “Thales” və “ArianeGroup” öz nümayiş sistemlərini təqdim edərək, uzunmənzilli ballistik raket sınağının uğurla keçdiyini açıqlayıb. Sənaye nümayəndəsi Vənsan Perinin sözlərinə görə, sistem 2500 kilometrədək məsafəyə zərbə endirə bilir və istehsal sürətini tez artırmaq imkanı verir. Müdafiə naziri Katerin Votrən bu sınaqları çox maraqlı nəticələr kimi qiymətləndirib.
Lakin seçim yalnız Fransa istehsalı olan modellərlə məhdudlaşmır. DGA, həmçinin hazır “off-the-shelf” xarici sistemlərini də müqayisə edir. Mümkün variantlar arasında Cənubi Koreyanın “K239” sistemi və xüsusilə “Lockheed Martin”in ABŞ istehsalı “HIMARS” sistemi var. Bu sistem artıq Avropada geniş şəkildə istifadə olunur. Katerin Votrən üç əsas meyarı vurğulayıb: səmərəlilik, qiymət və çatdırılma müddəti. Hətta ABŞ tərəfindən rəsmi təklifin təqdim edildiyi bildirilir. Senatda isə nazir qeyd edib ki, DGA LRU-nun əvəzlənməsi üçün iki fransız sənaye qruplaşması ilə işləyir. Lakin Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr Komissiyasının sədri senator Sedrik Perrən ABŞ seçiminə mümkünlüyə ehtiyatla yanaşır. O, belə bir qərarı “casus belli” (münaqişə səbəbi) kimi qiymətləndirərək xarici asılılıq riski ilə bağlı xəbərdarlıq edib. Yekun qərarın yay aylarına qədər verilməsi gözlənilir./azertag.az
Fransa ordusu üçün həlledici seçim: yerli sistemlər, yoxsa ABŞ-nin “HIMARS”ı?
Fransa silahlı qüvvələrinin gələcək uzaqmənzilli yerüstü zərbə sistemi ilə bağlı xeyli müddətdir gözlədiyi qərarın qəbulu yaxınlaşır. Lakin iki yerli sənaye konsorsiumunun rəqabət aparmasına baxmayaraq, Müdafiə Nazirliyi ABŞ istehsalı olan sistemin alınması variantını hələ də istisna etmir.DuzXeber.az xəbər verir ki, Fransa ordusunun “lance-roquettes unitaires” (LRU) sistemlərinin əvəzlənməsi həlledici mərhələyə daxil olub. 2023-cü ildə Silahlanma Baş İdarəsi (DGA) tərəfindən başladılan FLP-T proqramı yay aylarına qədər yeni sistemi seçməyi hədəfləyir. Hazırda istifadə edilən və “Lockheed Martin” modelinə əsaslanan, 70 kilometrə qədər zərbə qabiliyyətinə malik sistemlər 2027-ci ilə qədər istismar müddətinin sonuna çatacaq.
“Safran” və “MBDA” şirkətləri birlikdə “Thundart” sistemləri ilə rəqabətə start verib. Sınaq zamanı sistem uğurlu atış həyata keçirib. Səkkiz raket daşıya bilən bütün ərazilərdə hərəkət edən yük maşını 80 km/saat sürətlə hərəkət edərək zərbə endirib və dərhal mövqedən uzaqlaşıb. Bu taktika Ukrayna müharibəsindən çıxarılan dərslərə əsaslanır, çünki artilleriya sistemləri dron hücumlarına qarşı daha həssasdır. Sistem həm də elektron müdaxilələrə qarşı gücləndirilmiş yönləndirmə texnologiyası ilə təchiz olunub.
Bir həftə fərqlə “Thales” və “ArianeGroup” öz nümayiş sistemlərini təqdim edərək, uzunmənzilli ballistik raket sınağının uğurla keçdiyini açıqlayıb. Sənaye nümayəndəsi Vənsan Perinin sözlərinə görə, sistem 2500 kilometrədək məsafəyə zərbə endirə bilir və istehsal sürətini tez artırmaq imkanı verir. Müdafiə naziri Katerin Votrən bu sınaqları çox maraqlı nəticələr kimi qiymətləndirib.
Lakin seçim yalnız Fransa istehsalı olan modellərlə məhdudlaşmır. DGA, həmçinin hazır “off-the-shelf” xarici sistemlərini də müqayisə edir. Mümkün variantlar arasında Cənubi Koreyanın “K239” sistemi və xüsusilə “Lockheed Martin”in ABŞ istehsalı “HIMARS” sistemi var. Bu sistem artıq Avropada geniş şəkildə istifadə olunur. Katerin Votrən üç əsas meyarı vurğulayıb: səmərəlilik, qiymət və çatdırılma müddəti. Hətta ABŞ tərəfindən rəsmi təklifin təqdim edildiyi bildirilir. Senatda isə nazir qeyd edib ki, DGA LRU-nun əvəzlənməsi üçün iki fransız sənaye qruplaşması ilə işləyir. Lakin Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr Komissiyasının sədri senator Sedrik Perrən ABŞ seçiminə mümkünlüyə ehtiyatla yanaşır. O, belə bir qərarı “casus belli” (münaqişə səbəbi) kimi qiymətləndirərək xarici asılılıq riski ilə bağlı xəbərdarlıq edib. Yekun qərarın yay aylarına qədər verilməsi gözlənilir./azertag.az
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
3.03.2026“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər… -
14.02.2026İlham Əliyev "France 24"ə müsahibə verdi -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
27.06.2026Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır
-
27.06.2026Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...
-
27.06.2026İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?
-
27.06.2026Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu
-
27.06.2026Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)
-
27.06.2026İtaliyanın ən uzun çayı quruyur
-
27.06.2026“İskəndər” raket istehsalı zavodu vuruldu
-
27.06.2026Xorultunun qarşısını dərmansız necə almaq olar?
-
27.06.2026Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
-
27.06.2026Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR
-
27.06.2026Rusiya bu yaşayış məntəqəsini işğal etdi
-
27.06.2026Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür
-
27.06.2026Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu
-
27.06.2026Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video
-
27.06.2026Bakı-Naxçıvan aviareysləri ləğv edilib
-
27.06.2026Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
-
27.06.2026Deputatlarımız Tblisiyə gedir
-
27.06.2026Dörd günlük güclü maqnit qasırğası olacaq
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi



