26.05.2026
“Bir neçə gündən sonra Azərbaycanda Müstəqillik Günü qeyd olunacaq. Müsəlman Şərqində qadınlara ilk dəfə seçmək və seçilmək hüququ verən ölkə olan Azərbaycanda qadınlar bu gün cəmiyyətin müxtəlif sahələrində aktiv fəaliyyət göstərirlər. Dövlət tərəfindən atılan mühüm addımlar nəticəsində Azərbaycan qadınının nüfuzu həm ölkə daxilində, həm də beynəlxalq arenada daha da yüksəlib. Görülən işlər qanunvericilik bazasının möhkəmlənməsinə və Azərbaycanın bu sahədə beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsinə səbəb olub”.
Bunu deputat Vüqar Bayramov Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında deyib.
O əlavə edib ki, işçi qüvvəsində qadınların sayı 2 milyon 571 min nəfərdir. Bununla yanaşı, qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqının 69,1 faizinə bərabərdir. Beynəlxalq təcrübəyə görə isə bu göstərici adətən 70-80 faiz arasında dəyişir:
“Təbii ki, bunun müəyyən obyektiv səbəbləri var. Çünki qadınların ən çox çalışdığı sahələrdən biri təhsil sektorudur. Belə ki, əmək müqaviləsi ilə çalışan 722 mindən çox qadının 202 mindən çoxu məhz təhsil sahəsində fəaliyyət göstərir. Bu isə muzdla çalışan qadınların 33,6 faizinin təhsil sektorunda işləməsi deməkdir. Səhiyyə və sosial xidmət sahələri də qadınların xüsusi çəkisinin yüksək olduğu digər mühüm sektorlardır. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda ən yüksək orta aylıq əməkhaqqı əsasən maliyyə sektorunda müşahidə olunur. Bu sahələrdə çalışan qadınların sayı az olduğuna görə, nəticədə qadınlarla kişilər arasında orta aylıq əməkhaqqı fərqi yaranır. Bu kontekstdə minimum əməkhaqqı qanunvericiliyinin təkmilləşdirilməsi mühüm addım oldu. Xüsusilə qadınların nisbətən aşağı əməkhaqqı hesab olunan sahələrdə çalışması ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılması praktik olaraq qadınlarla kişilər arasındakı maaş fərqinin azalmasına gətirib çıxaracaq”.
Bu sahədə işləyən qadınlar daha çox MAAŞ ALIRLAR
“Bir neçə gündən sonra Azərbaycanda Müstəqillik Günü qeyd olunacaq. Müsəlman Şərqində qadınlara ilk dəfə seçmək və seçilmək hüququ verən ölkə olan Azərbaycanda qadınlar bu gün cəmiyyətin müxtəlif sahələrində aktiv fəaliyyət göstərirlər. Dövlət tərəfindən atılan mühüm addımlar nəticəsində Azərbaycan qadınının nüfuzu həm ölkə daxilində, həm də beynəlxalq arenada daha da yüksəlib. Görülən işlər qanunvericilik bazasının möhkəmlənməsinə və Azərbaycanın bu sahədə beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsinə səbəb olub”.Bunu deputat Vüqar Bayramov Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında deyib.
O əlavə edib ki, işçi qüvvəsində qadınların sayı 2 milyon 571 min nəfərdir. Bununla yanaşı, qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqının 69,1 faizinə bərabərdir. Beynəlxalq təcrübəyə görə isə bu göstərici adətən 70-80 faiz arasında dəyişir:
“Təbii ki, bunun müəyyən obyektiv səbəbləri var. Çünki qadınların ən çox çalışdığı sahələrdən biri təhsil sektorudur. Belə ki, əmək müqaviləsi ilə çalışan 722 mindən çox qadının 202 mindən çoxu məhz təhsil sahəsində fəaliyyət göstərir. Bu isə muzdla çalışan qadınların 33,6 faizinin təhsil sektorunda işləməsi deməkdir. Səhiyyə və sosial xidmət sahələri də qadınların xüsusi çəkisinin yüksək olduğu digər mühüm sektorlardır. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda ən yüksək orta aylıq əməkhaqqı əsasən maliyyə sektorunda müşahidə olunur. Bu sahələrdə çalışan qadınların sayı az olduğuna görə, nəticədə qadınlarla kişilər arasında orta aylıq əməkhaqqı fərqi yaranır. Bu kontekstdə minimum əməkhaqqı qanunvericiliyinin təkmilləşdirilməsi mühüm addım oldu. Xüsusilə qadınların nisbətən aşağı əməkhaqqı hesab olunan sahələrdə çalışması ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılması praktik olaraq qadınlarla kişilər arasındakı maaş fərqinin azalmasına gətirib çıxaracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
-
27.06.2026Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır
-
27.06.2026Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...
-
27.06.2026İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?
-
27.06.2026Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu
-
27.06.2026Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)
-
27.06.2026İtaliyanın ən uzun çayı quruyur
-
27.06.2026“İskəndər” raket istehsalı zavodu vuruldu
-
27.06.2026Xorultunun qarşısını dərmansız necə almaq olar?
-
27.06.2026Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
-
27.06.2026Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR
-
27.06.2026Rusiya bu yaşayış məntəqəsini işğal etdi
-
27.06.2026Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür
-
27.06.2026Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu
-
27.06.2026Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video
-
27.06.2026Bakı-Naxçıvan aviareysləri ləğv edilib
-
27.06.2026Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
-
27.06.2026Deputatlarımız Tblisiyə gedir
-
27.06.2026Dörd günlük güclü maqnit qasırğası olacaq
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi



