23.04.2026
Azərbaycanda əməkhaqqı siyasəti yenidən müzakirə mövzusuna çevrilib. Rəsmi statistikaya görə, 2026-cı ilin ilk iki ayında ölkədə orta aylıq əməkhaqqı 1099 manat təşkil edib. Lakin bu göstərici ilə minimum əməkhaqqı arasındakı fərq hələ də diqqət çəkir və sosial balans məsələsini gündəmə gətirir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramovun səsləndirdiyi rəqəmlər də göstərir ki, Azərbaycanda minimum əməkhaqqı orta aylıq əməkhaqqının cəmi 36.3 faizinə bərabərdir. Halbuki beynəlxalq təcrübədə bu nisbət adətən 55-60 faiz civarında qəbul olunur və xüsusilə inkişaf etmiş ölkələrdə daha yüksək səviyyədə saxlanılır.
Son dəyişikliklərə əsasən, minimum əməkhaqqına artıq ildə ən azı bir dəfə yenidən baxılması nəzərdə tutulur ki, bu da prosesin daha sistemli xarakter alacağını göstərir. Bununla belə, əsas müzakirə mövzusu minimum əməkhaqqının hansı səviyyədə müəyyənləşdirilməli olduğu və onun orta əməkhaqqı ilə nisbətinin necə tənzimlənməsidir.
Bəs təklif olunan model – yəni minimum əməkhaqqının orta maaşa nisbətinin artırılması nə dərəcədə effektiv ola bilər? Bu addım aşağı gəlirli əhalinin sosial rifahına real təsir göstərəcəkmi və minimum əməkhaqqı hansı həddə qədər yüksəldilməlidir?
Duzxeber.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a mövzu ilə bağlı fikrini bölüşüb: “Vüqar Bayramovun dediyi yanaşma beynəlxalq praktikada “Kaitz indeksi” adlanır. Yəni minimum əməkhaqqı orta və ya median əməkhaqqına bağlanır ki, alıcılıq qabiliyyəti qorunsun və əmək bazarında kəskin disbalans yaranmasın. Hazırda Azərbaycanda 2026-cı il üçün minimum əməkhaqqı 400 manatdır. Dövlət Statistika Komitəsinin son məlumatına görə ölkə üzrə orta aylıq əməkhaqqı təxminən 1020-1050 manat civarındadır. Deməli minimum əməkhaqqı orta əməkhaqqının təxminən 38-39 faizinə bərabərdir.
Avropa İttifaqı 2022-ci ildə direktiv qəbul etdi ki, üzv ölkələr minimum əməkhaqqını müəyyən edəndə orta əməkhaqqının 60 faizi və ya median əməkhaqqının 50 faizi göstəricisini istinad götürsünlər. Beynəlxalq Əmək Təşkilatı da yoxsulluq həddini azaltmaq üçün 45-60 faiz aralığını tövsiyə edir. Bu məntiqlə Azərbaycanda minimum əməkhaqqı 1020 manatın 50-60 faizi, yəni 510-610 manat arasında olsa, beynəlxalq standarta yaxınlaşar.
Təklifin effekti bir neçə cür ola bilər. Müsbət tərəfi odur ki, aşağı maaşlı təbəqənin gəliri artır, istehlak canlanır, rəsmi məşğulluq stimullaşır, kölgə iqtisadiyyatı azalır. Çünki işəgötürən minimumu rəsmi göstərib qalanı “zərfdə” verməkdə maraqlı olmur. Həm də sosial bərabərsizlik bir az azalır”.
İqtisadçı məsələnin riskli tərəfindən də danışıb: “Əgər minimum əməkhaqqı çox kəskin qaldırılsa və özəl sektorda məhsuldarlıq o qədər artmayıbsa, kiçik müəssisələr işçiləri ixtisar edə bilər və ya qiymətləri qaldırar. Bu da inflyasiyanı qızışdırar. Xüsusilə regionlarda və kənd təsərrüfatında orta maaş Bakıdan aşağı olduğu üçün 600 manatlıq minimum bəzi müəssisələri bağlanmağa məcbur edə bilər. Büdcəyə də yük düşür, çünki dövlət sektorunda da maaşlar minimuma bağlı artır. Ona görə ən balanslı variant mərhələli artımdır.
Məsələn, indi 400 manatdırsa, gələn il 480-500 manata, sonra 550-580 manata qaldırmaq və orta əməkhaqqının 50 faizinə çatdırmaq. Belə olanda həm işəgötürən uyğunlaşa bilir, həm də alıcılıq qabiliyyəti qorunur.
Bir sözlə, Vüqar Bayramovun təklifi iqtisadi əsaslıdır və effekti ola bilər, amma artım birdən-birə yox, mərhələ ilə, region fərqləri və inflyasiya nəzərə alınmaqla getməlidir. Minimum əməkhaqqının 510-600 manat aralığı hədəf kimi normal görünür, lakin bunu 1 ilə yox, 2-3 ilə yaymaq daha təhlükəsizdir”.//ribuna.az
Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL
Azərbaycanda əməkhaqqı siyasəti yenidən müzakirə mövzusuna çevrilib. Rəsmi statistikaya görə, 2026-cı ilin ilk iki ayında ölkədə orta aylıq əməkhaqqı 1099 manat təşkil edib. Lakin bu göstərici ilə minimum əməkhaqqı arasındakı fərq hələ də diqqət çəkir və sosial balans məsələsini gündəmə gətirir.Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramovun səsləndirdiyi rəqəmlər də göstərir ki, Azərbaycanda minimum əməkhaqqı orta aylıq əməkhaqqının cəmi 36.3 faizinə bərabərdir. Halbuki beynəlxalq təcrübədə bu nisbət adətən 55-60 faiz civarında qəbul olunur və xüsusilə inkişaf etmiş ölkələrdə daha yüksək səviyyədə saxlanılır.
Son dəyişikliklərə əsasən, minimum əməkhaqqına artıq ildə ən azı bir dəfə yenidən baxılması nəzərdə tutulur ki, bu da prosesin daha sistemli xarakter alacağını göstərir. Bununla belə, əsas müzakirə mövzusu minimum əməkhaqqının hansı səviyyədə müəyyənləşdirilməli olduğu və onun orta əməkhaqqı ilə nisbətinin necə tənzimlənməsidir.
Bəs təklif olunan model – yəni minimum əməkhaqqının orta maaşa nisbətinin artırılması nə dərəcədə effektiv ola bilər? Bu addım aşağı gəlirli əhalinin sosial rifahına real təsir göstərəcəkmi və minimum əməkhaqqı hansı həddə qədər yüksəldilməlidir?
Duzxeber.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a mövzu ilə bağlı fikrini bölüşüb: “Vüqar Bayramovun dediyi yanaşma beynəlxalq praktikada “Kaitz indeksi” adlanır. Yəni minimum əməkhaqqı orta və ya median əməkhaqqına bağlanır ki, alıcılıq qabiliyyəti qorunsun və əmək bazarında kəskin disbalans yaranmasın. Hazırda Azərbaycanda 2026-cı il üçün minimum əməkhaqqı 400 manatdır. Dövlət Statistika Komitəsinin son məlumatına görə ölkə üzrə orta aylıq əməkhaqqı təxminən 1020-1050 manat civarındadır. Deməli minimum əməkhaqqı orta əməkhaqqının təxminən 38-39 faizinə bərabərdir.
Avropa İttifaqı 2022-ci ildə direktiv qəbul etdi ki, üzv ölkələr minimum əməkhaqqını müəyyən edəndə orta əməkhaqqının 60 faizi və ya median əməkhaqqının 50 faizi göstəricisini istinad götürsünlər. Beynəlxalq Əmək Təşkilatı da yoxsulluq həddini azaltmaq üçün 45-60 faiz aralığını tövsiyə edir. Bu məntiqlə Azərbaycanda minimum əməkhaqqı 1020 manatın 50-60 faizi, yəni 510-610 manat arasında olsa, beynəlxalq standarta yaxınlaşar.
Təklifin effekti bir neçə cür ola bilər. Müsbət tərəfi odur ki, aşağı maaşlı təbəqənin gəliri artır, istehlak canlanır, rəsmi məşğulluq stimullaşır, kölgə iqtisadiyyatı azalır. Çünki işəgötürən minimumu rəsmi göstərib qalanı “zərfdə” verməkdə maraqlı olmur. Həm də sosial bərabərsizlik bir az azalır”.
İqtisadçı məsələnin riskli tərəfindən də danışıb: “Əgər minimum əməkhaqqı çox kəskin qaldırılsa və özəl sektorda məhsuldarlıq o qədər artmayıbsa, kiçik müəssisələr işçiləri ixtisar edə bilər və ya qiymətləri qaldırar. Bu da inflyasiyanı qızışdırar. Xüsusilə regionlarda və kənd təsərrüfatında orta maaş Bakıdan aşağı olduğu üçün 600 manatlıq minimum bəzi müəssisələri bağlanmağa məcbur edə bilər. Büdcəyə də yük düşür, çünki dövlət sektorunda da maaşlar minimuma bağlı artır. Ona görə ən balanslı variant mərhələli artımdır.
Məsələn, indi 400 manatdırsa, gələn il 480-500 manata, sonra 550-580 manata qaldırmaq və orta əməkhaqqının 50 faizinə çatdırmaq. Belə olanda həm işəgötürən uyğunlaşa bilir, həm də alıcılıq qabiliyyəti qorunur.
Bir sözlə, Vüqar Bayramovun təklifi iqtisadi əsaslıdır və effekti ola bilər, amma artım birdən-birə yox, mərhələ ilə, region fərqləri və inflyasiya nəzərə alınmaqla getməlidir. Minimum əməkhaqqının 510-600 manat aralığı hədəf kimi normal görünür, lakin bunu 1 ilə yox, 2-3 ilə yaymaq daha təhlükəsizdir”.//ribuna.az
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.02.2026Bu işçilər ixtisara düşəndə 2 800 manat müavinət alacaqlar -
24.01.2026Azərbaycanda kimlərin maaşı ARTACAQ? – YENİLİK -
16.01.2026İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



