Canlı yayım
29.05.2026

Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu

Gəncədə evdə bədbəxt hadisə baş verib.
DuzXeber.az xəbər verir ki, hamam otağında qızdırıcının partlaması nəticəsində bir nəfər ağır xəsarət alıb.
Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Ayxal Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır. 
Faktla bağlı araşdırma başlanılıb./qafqazinfo.az

Xəbər lenti