5.06.2026
5 İyun - Ümumdünya Ətraf Mühit Günü münasibətilə 2026-cı ilin “Sıfır Tullantı” həmrəylik marafonuna Mingəçevir şəhərində start verilib. Marafon Qırmızı Ürəklər Fondu və “Kapital Bank”ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilib.
Mingəçevir şəhərinin sahil zolağında baş tutan aksiya zamanı ümumilikdə 1346 kiloqram məişət tullantısı toplanaraq aidiyyəti üzrə təhvil verilib. Sahilyanı ərazilərin təmizlənməsi təşəbbüsünə bankın Mingəçevir, Ağdaş, Ucar və Kürdəmir filial şəbəkələrindən 24 əməkdaş könüllü olaraq qoşulub.
Aksiyanın əsas məqsədi tullantıların düzgün idarə olunmasının və ətraf mühitin təmiz saxlanılmasının vacibliyinə diqqət çəkmək, eyni zamanda sahilyanı ərazilərin ekoloji vəziyyəti ilə bağlı ictimai həssaslığı artırmaqdır.
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunması çərçivəsində Qırmızı Ürəklər Fondu və “Kapital Bank” tərəfindən başladılan “Sıfır Tullantı” həmrəylik marafonu artıq davamlı ekoloji təşəbbüsə çevrilib. O qeyd edib ki, layihə ekoloji maarifləndirmənin gücləndirilməsinə, məsuliyyətli davranışın təşviqinə və vətəndaşların təbiətin mühafizəsində daha fəal iştirakına töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, marafon çərçivəsində sahilyanı, dağlıq və meşə ərazilərində təmizlik aksiyalarının həyata keçirilməsi, tullantılarla bağlı maarifləndirmənin artırılması və davamlı həyat tərzinin təşviqi nəzərdə tutulur. 2026-cı ildə təşəbbüsün müxtəlif bölgələrdə davam etdirilməsi planlaşdırılır.
“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə “Kapital Bank”ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir./qafqazinfo.az
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 İyun - Ümumdünya Ətraf Mühit Günü münasibətilə 2026-cı ilin “Sıfır Tullantı” həmrəylik marafonuna Mingəçevir şəhərində start verilib. Marafon Qırmızı Ürəklər Fondu və “Kapital Bank”ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilib.Mingəçevir şəhərinin sahil zolağında baş tutan aksiya zamanı ümumilikdə 1346 kiloqram məişət tullantısı toplanaraq aidiyyəti üzrə təhvil verilib. Sahilyanı ərazilərin təmizlənməsi təşəbbüsünə bankın Mingəçevir, Ağdaş, Ucar və Kürdəmir filial şəbəkələrindən 24 əməkdaş könüllü olaraq qoşulub.
Aksiyanın əsas məqsədi tullantıların düzgün idarə olunmasının və ətraf mühitin təmiz saxlanılmasının vacibliyinə diqqət çəkmək, eyni zamanda sahilyanı ərazilərin ekoloji vəziyyəti ilə bağlı ictimai həssaslığı artırmaqdır.
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunması çərçivəsində Qırmızı Ürəklər Fondu və “Kapital Bank” tərəfindən başladılan “Sıfır Tullantı” həmrəylik marafonu artıq davamlı ekoloji təşəbbüsə çevrilib. O qeyd edib ki, layihə ekoloji maarifləndirmənin gücləndirilməsinə, məsuliyyətli davranışın təşviqinə və vətəndaşların təbiətin mühafizəsində daha fəal iştirakına töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, marafon çərçivəsində sahilyanı, dağlıq və meşə ərazilərində təmizlik aksiyalarının həyata keçirilməsi, tullantılarla bağlı maarifləndirmənin artırılması və davamlı həyat tərzinin təşviqi nəzərdə tutulur. 2026-cı ildə təşəbbüsün müxtəlif bölgələrdə davam etdirilməsi planlaşdırılır.
“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə “Kapital Bank”ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir./qafqazinfo.az
Oxşar xəbərlər
-
31.03.2026Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsinə ayrılan milyonlardan kimlər daha çox faydalanır -
25.03.2026Ekoloji hüququ pozulan vətəndaş kompensasiya tələb edə bilər-QƏRAR -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
10.03.2026Ağdaş rayon İcra Hakimiyyətinin 800 min manatlıq tenderi cari təmir işlərinə xərclənib? -
26.01.2026Hüseyin Özuysal və Selcuk Demirin sədr olduğu "Ziraat Bank Azərbaycan"da 318 milyonluq boşluq: Rəsmi hesabatın acı rəqəmləri
Xəbər lenti
-
5.06.2026İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf
-
5.06.2026Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?
-
5.06.2026Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI
-
5.06.2026Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
-
5.06.2026Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ
-
5.06.2026Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ
-
5.06.2026“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
-
5.06.202649 nəfər səhrada susuzluqdan öldü
-
5.06.2026Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi
-
5.06.2026Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib
-
5.06.2026Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...
-
5.06.2026Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı
-
5.06.2026BMT: Dünyada ərzaq ucuzlaşıb
-
5.06.2026Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb
-
5.06.2026Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər
-
5.06.2026Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər
-
5.06.2026Hicran Hüseynova dünyasını dəyişdi
-
5.06.2026“Liverpul” yeni baş məşqçisini açıqladı
-
5.06.2026İtaliyada dörd miqrant diri-diri yandırıldı
-
5.06.2026Məhv olmuş planetin ilk qəti sübutu tapıldı
-
5.06.2026Oğluna dördüncü dəfə Laçında toy etdi
-
5.06.2026ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb
-
5.06.2026Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək
-
5.06.2026Putin İlham Əliyevə buna görə təşəkkür etdi
-
5.06.2026Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir
-
5.06.2026Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub
-
5.06.2026Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı
-
5.06.2026Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı
-
5.06.2026Zelenski Putinə görüş və atəşkəs təklif edib
-
4.06.2026Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə



