Canlı yayım
5.06.2026

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya idmançılarını beynəlxalq yarışlardan kənarlaşdırıb, İsrailə qarşı eyni addımları atmamaqla ikili standartlara yol verir.


DuzXeber.az "bakupost"-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu və Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib.



“Hesab edirik ki, BOK-un proqramı və sistemi demokratik deyil. Bu, qapalı klub sistemidir, müxtəlif fikirlərin balansını təmin etmir, BMT sistemini xatırladır. Təəssüf ki, burada Qərbin baxışları dominant mövqedədir. Bir çox ölkələr Qərb dövlətləri ilə eyni səviyyədə oyunlar və idman yarışları təşkil edə bilmirlər. Bəs bizi birləşdirməli olan idman haradadır? İdman gənclərin iştirak edib özlərini ifadə edə bildiyi məkan olmalıdır. Ancaq daha çox ikili standartların tətbiq olunduğunu görürük, güclü olanlar üstün mövqedədirlər.



Rusiya yarışlardan kənarlaşdırılıb, amma İsrailin niyə yarışlardan kənarlaşdırılmadığını soruşanda birbaşa cavab yoxdur. Tənqid etdiyimiz ikili standartlardır. Olimpiya Oyunlarının daha demokratik olmasını, daha çox idman növünü əhatə etməsini və insani dəyərləri təşviq etməsini istəyirik. BOK-un siyasiləşmədən və ikili standartlardan azad olmasını istəyirik”, - Ərdoğan vurğulayıb.

Xəbər lenti