13.12.2025
“Lux İnternational Hospital”a kəskin mədə ağrısı, ürəkbulanma ilə müraciət etmişdim. Bir neçə gün müayinələrdən keçdim, ümumilikdə 4300 manat ödəniş etdim. Amma bunun müqabilində normal xidmət görmədim, xəstəyə başdansovdu yanaşaraq pul alıb və resepti verib yola salırlar”.
Duzxeber.az bildirir ki, bu iddia ilə “Qafqazinfo”ya vətəndaş Könül Həmzəyeva müraciət edib. Şikayətçi təxminən ay yarım əvvəl digər özəl klinikaların birində arıqlamaq üçün göbək ətrafına iynə vurdurub. Ehtimal edir ki, ondan sonra səhhətində problem yaranıb.
K.Həmzəyeva daha sonra kəskin mədə ağrısı, ürəkbulanma əlamətləri ilə “Lux İnternational Hospital”a müraciət edib: “Noyabrın 28-i özümü pis hiss elədim, təcili yardım çağırdım və məni ora apardılar. Depozit ödədim, 2 gün xəstəxanada müayinə olundum və ağrılarım kəsdiyi üçün evə buraxıldım. Lakin yenidən kəskin sancı tutdu, dekabrın 2-si klinikaya müraciət etməli oldum, ayın 5-dək orada qaldım. Yenidən məndən depozit aldılar, KT, qastroskopiya müayinəsindən keçirdilər. Həkim gəlib dedi ki, “KT yaxşı çıxmayıb, kista, mioma, bağırsağında şiş var, mədən yara içərisindədir və sairə”. Çox narahat oldum, panik atak keçirdim. Bu dəfə MRT elədilər. Günorta ayıldım ki, yanıma resept qoyulub, yazılıb ki, bu gün çıxışınız var. Mən də sual verdim ki, axı xəstəni bu vəziyyətdə evə necə buraxa bilərsiniz? Dedim ki, həkim yaxınlaşıb xəstəliyimlə bağlı məlumat versin. Məni qorxutmusunuz, oturub ancaq internetdə xəstəliklə bağlı məlumatlar araşdırmışam. Dedilər ki, gedin, birinci gün gələrsiniz...”
K.Həmzəyeva həkim çağırılmasını tələb edəndə onu hədələdiklərini iddia edib: “Dedim axı bu qədər pul ödəmişəm, niyə məni müalicə etmirsiniz? Qabağıma 11 dərmandan ibarət resept qoyulub, bilmirəm suallarımı kimə verim. Mioma nə miomadır, bağırsaqdakı problem nədir? Onkoloji müayinə olunmalıyammı? Bu yazılan dərmanlar nə üçündür? Yenidən müayinəyə gəlməliyəmmi? Şikayət olunandan sonra həkim gəlib heç bir etik normanı gözləmədən “sən dincəldin, məni toydan yarımçıq çıxardın?!” dedi. Xəstə yarımçıq, öz diaqnozunu bilmədən necə çıxardıla bilər? Həkim yoxdursa, məni növbəti gün çıxara bilərdilər. Dedim ki, həkim gəlib mənə izah eləsin, sonra ödənişi edib çıxım. Baş həkim göstəriş verdi ki, “102-yə zəng edin çıxarın, getsin”. Halbuki polis əməkdaşları da gəldi, məni dinlədilər və irad bildirdilər ki, xəstə ilə bu tərzdə danışmaq olmaz. Ödədiyim məbləğ müqabilində heç bir xidmət göstərilməyib. Məndən aldıqları ödənişin açıqlamasını istəyirəm. VİP otaqda qalmışam, bir tibb bacısını çağıranda 40 dəqiqəyə gəlirdi, xidmətdən narazıyam. Mənə hədə-qorxu gəldilər ki, “əgər ödəniş etməsəniz, çıxmağa qoymayacağıq”. Klinika tam özbaşınalıq etdi, bu davranışlarına görə üzr istəməlidirlər”.
Sadalanan ittihamlarla bağlı “Lux İnternational Hospital”a sorğu ünvanladıq. Tibb müəssisəsindən vətəndaşın şikayətinin araşdırıldığı deyilsə də, bu haqda açıqlama verə bilməyəcəkləri əlavə edilib. Qeyd edilib ki, vətəndaşın razılığı olmadan həkim sirrini təşkil edən məlumatların verilməli olduğu subyektlərin dairəsi qanunvericiliklə müəyyən edilib: “Qanunvericilik aktlarının tələblərinə əsaslanaraq nəzərinizə çatdırırıq ki, şikayətçi bilavasitə (və ya qanuni nümayəndəsi, yaxud etibarnamə üzrə nümayəndəsi vasitəsilə) “RR Medical Group” MMC-yə (Lux İnternational Hospitala) müraciət edərək sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu və s. barədə məlumatları əldə edə, eləcə də özünün sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə tanış ola bilər. Həmçinin o öz iradə ifadəsi əsasında mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçməklə yuxarıda göstərilən məlumatları əldə edə bilər.
Göstərilənləri nəzərə alıb məlumatların tərəfinizdən əldə edilməsinə vətəndaşın (pasiyentin) qanunvericiliklə təsbit edilmiş qaydada razılığını təqdim etdiyiniz təqdirdə sorğunuzun cavablandırılması tərəfimizdən təmin olunacaq”.
“Klinikaya 4300 manat ödədim, resept verib yola saldılar...”
“Lux İnternational Hospital”a kəskin mədə ağrısı, ürəkbulanma ilə müraciət etmişdim. Bir neçə gün müayinələrdən keçdim, ümumilikdə 4300 manat ödəniş etdim. Amma bunun müqabilində normal xidmət görmədim, xəstəyə başdansovdu yanaşaraq pul alıb və resepti verib yola salırlar”.Duzxeber.az bildirir ki, bu iddia ilə “Qafqazinfo”ya vətəndaş Könül Həmzəyeva müraciət edib. Şikayətçi təxminən ay yarım əvvəl digər özəl klinikaların birində arıqlamaq üçün göbək ətrafına iynə vurdurub. Ehtimal edir ki, ondan sonra səhhətində problem yaranıb.
K.Həmzəyeva daha sonra kəskin mədə ağrısı, ürəkbulanma əlamətləri ilə “Lux İnternational Hospital”a müraciət edib: “Noyabrın 28-i özümü pis hiss elədim, təcili yardım çağırdım və məni ora apardılar. Depozit ödədim, 2 gün xəstəxanada müayinə olundum və ağrılarım kəsdiyi üçün evə buraxıldım. Lakin yenidən kəskin sancı tutdu, dekabrın 2-si klinikaya müraciət etməli oldum, ayın 5-dək orada qaldım. Yenidən məndən depozit aldılar, KT, qastroskopiya müayinəsindən keçirdilər. Həkim gəlib dedi ki, “KT yaxşı çıxmayıb, kista, mioma, bağırsağında şiş var, mədən yara içərisindədir və sairə”. Çox narahat oldum, panik atak keçirdim. Bu dəfə MRT elədilər. Günorta ayıldım ki, yanıma resept qoyulub, yazılıb ki, bu gün çıxışınız var. Mən də sual verdim ki, axı xəstəni bu vəziyyətdə evə necə buraxa bilərsiniz? Dedim ki, həkim yaxınlaşıb xəstəliyimlə bağlı məlumat versin. Məni qorxutmusunuz, oturub ancaq internetdə xəstəliklə bağlı məlumatlar araşdırmışam. Dedilər ki, gedin, birinci gün gələrsiniz...”
K.Həmzəyeva həkim çağırılmasını tələb edəndə onu hədələdiklərini iddia edib: “Dedim axı bu qədər pul ödəmişəm, niyə məni müalicə etmirsiniz? Qabağıma 11 dərmandan ibarət resept qoyulub, bilmirəm suallarımı kimə verim. Mioma nə miomadır, bağırsaqdakı problem nədir? Onkoloji müayinə olunmalıyammı? Bu yazılan dərmanlar nə üçündür? Yenidən müayinəyə gəlməliyəmmi? Şikayət olunandan sonra həkim gəlib heç bir etik normanı gözləmədən “sən dincəldin, məni toydan yarımçıq çıxardın?!” dedi. Xəstə yarımçıq, öz diaqnozunu bilmədən necə çıxardıla bilər? Həkim yoxdursa, məni növbəti gün çıxara bilərdilər. Dedim ki, həkim gəlib mənə izah eləsin, sonra ödənişi edib çıxım. Baş həkim göstəriş verdi ki, “102-yə zəng edin çıxarın, getsin”. Halbuki polis əməkdaşları da gəldi, məni dinlədilər və irad bildirdilər ki, xəstə ilə bu tərzdə danışmaq olmaz. Ödədiyim məbləğ müqabilində heç bir xidmət göstərilməyib. Məndən aldıqları ödənişin açıqlamasını istəyirəm. VİP otaqda qalmışam, bir tibb bacısını çağıranda 40 dəqiqəyə gəlirdi, xidmətdən narazıyam. Mənə hədə-qorxu gəldilər ki, “əgər ödəniş etməsəniz, çıxmağa qoymayacağıq”. Klinika tam özbaşınalıq etdi, bu davranışlarına görə üzr istəməlidirlər”.
Sadalanan ittihamlarla bağlı “Lux İnternational Hospital”a sorğu ünvanladıq. Tibb müəssisəsindən vətəndaşın şikayətinin araşdırıldığı deyilsə də, bu haqda açıqlama verə bilməyəcəkləri əlavə edilib. Qeyd edilib ki, vətəndaşın razılığı olmadan həkim sirrini təşkil edən məlumatların verilməli olduğu subyektlərin dairəsi qanunvericiliklə müəyyən edilib: “Qanunvericilik aktlarının tələblərinə əsaslanaraq nəzərinizə çatdırırıq ki, şikayətçi bilavasitə (və ya qanuni nümayəndəsi, yaxud etibarnamə üzrə nümayəndəsi vasitəsilə) “RR Medical Group” MMC-yə (Lux İnternational Hospitala) müraciət edərək sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu və s. barədə məlumatları əldə edə, eləcə də özünün sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə tanış ola bilər. Həmçinin o öz iradə ifadəsi əsasında mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçməklə yuxarıda göstərilən məlumatları əldə edə bilər.
Göstərilənləri nəzərə alıb məlumatların tərəfinizdən əldə edilməsinə vətəndaşın (pasiyentin) qanunvericiliklə təsbit edilmiş qaydada razılığını təqdim etdiyiniz təqdirdə sorğunuzun cavablandırılması tərəfimizdən təmin olunacaq”.
Oxşar xəbərlər
-
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR -
9.12.2025Bu keçmiş SSRİ ölkəsində kişi qıtlığı yaranıb -
1.12.2025Tək ana xəstə övladı üçün yardım istəyir – Nihatın müalicəsi üçün dəstəyə ehtiyac var -
20.11.2025Gələn il 2 Günəş və 2 Ay tutulması baş verəcək
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



