11.06.2026
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlanması ilə əlaqədar ölkə müsəlmanlarına müraciət edib.
Müraciətdə deyilir:
"Bismillahir-rəhmanir-rəhim!
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri müsəlman qardaş və bacıların nəzərinə çatdırır ki, Hicri-qəməri təqvimi ilə 1447-ci il başa çatır, yeni 1448-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının Fətva şöbəsinin tərtib etdiyi təqvimə, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Miladi təqvimlə 16 iyun tarixinə, Aşura isə 25 iyun tarixinə təsadüf edəcəkdir, inşallah.
Əsrlər boyu Azərbaycan dindarlarının yaddaşında iz qoyan Məhərrəm ayının Aşura günü – Peyğəmbərimiz Məhəmməd (s.a.s.) əziz nəvəsi İmam Hüseyn əleyhissalamın ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə məruz qalaraq şəhadətə yetişməsi dünya tarixində haqq uğrunda dəyanət salnaməsi kimi dəyərləndirilir. Kərbəla şəhidləri İslamın “yaxşılığa dəvət və pislikdən çəkindirmə” məfkurəsini bütün ümmət üçün əsl nümunəyə çevirmiş, din, əqidə, eyni zamanda, Vətən, torpaq, ailə şərəfi, ədalət və müqəddəs amallar naminə şəhadətin mükəmməl əxlaq nümunəsini yaratmışlar. Hamımız yaxşı xatırlayırıq ki, Ulu Öndər Heydər Əliyev cənabları Təzəpir məscidində Aşura mərasimindəki tarixi çıxışında demişdi: “Biz bundan sonra da haqq-ədalət, torpaq, Vətən yolunda şəhid olmuş Həzrəti imam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq”. Onun siyasi kursunu davam etdirən xələfi, ölkə başçımız Prezident İlham Əliyev cənabları da bu əqidəyə sadiq qalaraq: “İslam dini bizim tariximizin, keçmişimizin və hazırkı həyatımızın ayrılmaz hissəsidir” – deyə milli kimliyimizi bir daha təsdiqləmişdir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Ordumuzun bizlərə yaşatdığı qürur və sevincə görə Uca Yaradana həmd-sənalar, dövlətimizin rifahı üçün dualar edirik. İşğaldan azad olmuş Qarabağda və Şərqi Zəngəzurda yenidənqurmanın başlanması, dini-mədəni abidələrimizin bərpası, həmvətənlərimizin doğma yurd-yuvalarına Böyük Qayıdışı – bütün bunlar Allah-taalanın lütfü ilə müdrik dövlət başçımızın səyləri sayəsində reallaşan arzularımız, dualarımızdır.
Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, qazılar və imamlar AR “Dini etiqad azadlığı haqqında” Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyildir. Xüsusilə qeyd etmək istərdik ki, Azərbaycan din xadimləri tərəfindən məscidlərdə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən moizələr və xütbələr oxunmalıdır. Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.
Məhərrəmlik dönəmində önəmli tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir. Ümidvarıq ki, inşaAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcəkdir.
Bu mübarək Məhərrəmlik günlərində Peyğəmbərımız Həzrət Məhəmməd Salavatullahın hədisi-şərifində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksələn şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar, bütün xalqımıza dəyanət və səadət diləyirik. Uca Allah xalqımızı, dövlətimizi hifz etsin, dövlət rəhbərimiz və Ali Baş Komandanımızın Azərbaycan naminə fəaliyyətinə daima rəvac versin!
Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh!"/teleqraf
Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlanması ilə əlaqədar ölkə müsəlmanlarına müraciət edib.Müraciətdə deyilir:

Oxşar xəbərlər
-
25.05.2026Qurbаn bаyrаmı namazının vaxtı açıqlandı - RƏSMİ -
31.03.2026Məhərrəm ayının başlayacağı tarix AÇIQLANDI -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
24.12.2025Elm və Təhsil Nazirliyi 2 milyona aldığı odun yanacağını 1,5 milyona daşıtdırır – Analoqu olmayan işdi -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Xəbər lenti
-
19.06.2026Ən yaxşı məktəblərin adları AÇIQLANDI
-
19.06.2026Azərbaycanda polkovnik vəfat etdi
-
19.06.2026İdmançımız qızıl medal qazandı
-
19.06.2026SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi
-
19.06.2026İsrail ordusu Livanda ciddi itkilər verdi
-
19.06.2026Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək
-
19.06.2026Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi
-
19.06.2026Aşura günü bu ünvanlarda qan veriləcək
-
19.06.2026Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA
-
19.06.2026Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

19.06.2026Norveç Qrenlandiyada baş konsulluq açacaq
-
19.06.2026Ağdərəyə daha 12 nəfər köçürüldü
-
19.06.2026Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
-
19.06.2026Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir
-
19.06.2026Malların gömrük dəyəri manatla bəyan ediləcək
-
19.06.2026Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq
-
19.06.2026Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı
-
19.06.2026I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
-
19.06.2026Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək
-
19.06.2026Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü.
-
19.06.2026Türkiyədə bələdiyyə sədrləri saxlanıldı
-
19.06.2026Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto
-
19.06.2026“iPhone 18 Pro”nun qiyməti açıqlandı
-
19.06.2026Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var
-
19.06.2026Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı
-
19.06.2026Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq
-
18.06.2026Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı
-
18.06.2026Moskva vilayətinə "qara yağış" yağdı
-
18.06.2026Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür