Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür.
Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurmuş Mübariz həmin il hərbi xidmətə çağırılıb.
Həqiqi hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib və 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Daha sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirib.
M.İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, bir neçəsini isə yaralayıb. O, bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olub.
Ermənistan tərəfi uzun müddət hərbçimizin meyitini qaytarmaqdan boyun qaçırıb və onu 141 gün saxlayıb. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Həştərxan görüşündən sonra Ermənistan noyabrın 6-da gizir Mübariz İbrahimovun, həmçinin şəhid baş leytenant Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verib.
2010-cu ilin noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində M.İbrahimovla vida mərasimi keçirilib. M.İbrahimov 7 noyabr 2010-cu ildə II Fəxri xiyabanda dəfn olunub.
İgidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə sərəncamlar imzalayıb.
Gündəm
Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür
Gündəm / Cəmiyyət
Paytaxtın və iki rayonun bəzi əraziləri işıqsız qalacaq
Gündəm / Sosial
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Gündəm / Hadisə
Ağdamda traktor MİNAYA DÜŞDÜ
Gündəm / İdman
"Xankəndi"də yeni təyinat...
Gündəm / Üst xəbər
Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
Gündəm / Sosial
“AzerGold” tələbələr üçün növbəti təqaüd proqramını elan edir
Gündəm / Cəmiyyət
AzəriQaz-da rəhbərlik də PİYADA QALIB - İDDİA
Gündəm / Cəmiyyət
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
Gündəm / Cəmiyyət / Üst xəbər
Gedişhaqqı artırılır - Bakıda ictimai nəqliyyatda YENİ BAHALAŞMA - İQTİSADÇIDAN AÇIQLAMA
Gündəm / Sosial
Bakıda gənclərin təhlükəli ƏYLƏNCƏSİ ilə bağlı DİN hərəkətə keçdi - VİDEO
Gündəm / Dünya
TƏCİLİ! İran bu ölkə ilə müharibəyə başlaya bilər - Son xəbərdarlıq edildi
Gündəm / Cəmiyyət
Yarışa görə bağlanan yollar 1 saat tez açıldı
Gündəm / Hadisə
İstanbulda oteldə yanğın:10-dan çox yaralı var
Gündəm / Cəmiyyət
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
Gündəm / Cəmiyyət
İlahiyyatçıdan SENSASİON AÇIQLAMA: "Ateisti döymək İslamda böyük günahdır"
Gündəm / Dünya
ŞOK AÇIQLAMA: "Putin Ukrayna ilə bağlı son qərarı verib"
Gündəm / Hadisə
Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Gündəm / Bölgə / Üst xəbər
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Gündəm / Təhsil
Subakalavrların universitetə qəbulu getdikcə çətinləşəcək
Gündəm / Cəmiyyət
Bakıda sərnişin taksi sifariş etdi, “Lamborcini" gəldi
Gündəm / Sosial / Üst xəbər
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
Gündəm / Hadisə
Maşın piyadanı vuraraq öldürdü, saxlanılan var - YENİLƏNDİ
Gündəm / Cəmiyyət
DİN skuterlərlə bağlı məlumat yaydı
Gündəm / İqtisadiyyat
Ermənistana 977 ton dizel yanacağı göndərildi
Gündəm / Sosial
Eyni ərazidə oxşar ev, amma kəskin qiymət fərqi, səbəbi nədir? - VIDEO
Gündəm / Təhsil / Üst xəbər
30 ilin müəlliminə dərs verilmir? - 170 saylı məktəblə bağlı iddia - VİDEO
Gündəm / Cəmiyyət
Nazir rəsmən elan etdi: Bütün rayonlarda...
Gündəm / Bölgə
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
Gündəm / Dünya
Ukrayna atəşkəs elan edib
Gündəm / İdman