28.11.2025
Mədəniyyət Nazirliyi kino sahəsində yeni elektron xidmət istifadəyə verib – filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi üzrə elektron xidmət artıq “MyCulture” vahid elektron kabinetinizdə əlçatandır.
Nazirlikdən verilən məlumata görə, “Mədəniyyət sahəsində xidmətlərin elektronlaşdırılması və inteqrasiyası” Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyasının (2024-2026) (“e-Culture” Strategiyası) 10 prioritet istiqaməti sırasındadır.
Bu xüsusda, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “e-Culture” Strategiyasına uyğun olaraq, kino klasterinin rəqəmsal transformasiyası çərçivəsində “Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi” elektron xidməti istifadəyə verib.
Qeyd olunan elektron xidmət, mədəniyyət sahəsində bir pəncərə prinsipi əsasında xidmətləri vahid platformada cəmləyən “MyCulture” vahid şəxsi kabineti (https://my.culture.az), həmçinin Mədəniyyət Nazirliyinin rəsmi internet informasiya ehtiyatı (https://culture.gov.az) vasitəsilə əlçatandır.
Yenidən formalaşdırılmış “Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi” elektron xidməti sənəd dövriyyəsini sadələşdirir, müraciətlərin təqdim edilməsini sürətləndirir və prosesi tam avtomatlaşdırır. Bu, qeyd olunan xidmətin əsas istifadəçiləri olan film istehsalçıları, film nümayişçiləri, film yayımçıları və kinoteatr şəbəkələri üçün məkan və zamandan asılı olmayaraq müvafiq yayım vəsiqəsinin əldə olunmasını daha rahat və əlçatan edir.
Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Hazırda Filmlərin Dövlət Reyestrində 11 000-dən çox ekran əsəri və yayım vəsiqəsi mövcuddur ki, bu da prosesin rəqəmsallaşdırılmasını xüsusi əhəmiyyətli edir.
“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayımı məntəqələri, yayım və retranslyasiya xidmətləri) üçün nəzərdə tutulmuş bütün filmlər Filmlərin Dövlət Reyestrinə daxil edilməli və “Filmlərin yayımı və nümayişi Qaydaları”na müvafiq yayım vəsiqəsi əldə etməlidir. Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan yayımı və kütləvi nümayişi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 386-cı maddəsi üzrə inzibati məsuliyyət yaradır.
Yeni elektron xidmət sayəsində xarici kino şirkətlərinin də Azərbaycan kino sənayesinə daxil olması daha asan və operativ olacaq. Bu, beynəlxalq kino dövriyyəsinin genişlənməsinə və yeni əməkdaşlıqların yaranmasına şərait yaradacaq.
Kino sahəsində yeni elektron xidmət istifadəyə verildi
Mədəniyyət Nazirliyi kino sahəsində yeni elektron xidmət istifadəyə verib – filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi üzrə elektron xidmət artıq “MyCulture” vahid elektron kabinetinizdə əlçatandır.Nazirlikdən verilən məlumata görə, “Mədəniyyət sahəsində xidmətlərin elektronlaşdırılması və inteqrasiyası” Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyasının (2024-2026) (“e-Culture” Strategiyası) 10 prioritet istiqaməti sırasındadır.
Bu xüsusda, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “e-Culture” Strategiyasına uyğun olaraq, kino klasterinin rəqəmsal transformasiyası çərçivəsində “Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi” elektron xidməti istifadəyə verib.
Qeyd olunan elektron xidmət, mədəniyyət sahəsində bir pəncərə prinsipi əsasında xidmətləri vahid platformada cəmləyən “MyCulture” vahid şəxsi kabineti (https://my.culture.az), həmçinin Mədəniyyət Nazirliyinin rəsmi internet informasiya ehtiyatı (https://culture.gov.az) vasitəsilə əlçatandır.
Yenidən formalaşdırılmış “Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi” elektron xidməti sənəd dövriyyəsini sadələşdirir, müraciətlərin təqdim edilməsini sürətləndirir və prosesi tam avtomatlaşdırır. Bu, qeyd olunan xidmətin əsas istifadəçiləri olan film istehsalçıları, film nümayişçiləri, film yayımçıları və kinoteatr şəbəkələri üçün məkan və zamandan asılı olmayaraq müvafiq yayım vəsiqəsinin əldə olunmasını daha rahat və əlçatan edir.
Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Hazırda Filmlərin Dövlət Reyestrində 11 000-dən çox ekran əsəri və yayım vəsiqəsi mövcuddur ki, bu da prosesin rəqəmsallaşdırılmasını xüsusi əhəmiyyətli edir.
“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayımı məntəqələri, yayım və retranslyasiya xidmətləri) üçün nəzərdə tutulmuş bütün filmlər Filmlərin Dövlət Reyestrinə daxil edilməli və “Filmlərin yayımı və nümayişi Qaydaları”na müvafiq yayım vəsiqəsi əldə etməlidir. Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan yayımı və kütləvi nümayişi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 386-cı maddəsi üzrə inzibati məsuliyyət yaradır.
Yeni elektron xidmət sayəsində xarici kino şirkətlərinin də Azərbaycan kino sənayesinə daxil olması daha asan və operativ olacaq. Bu, beynəlxalq kino dövriyyəsinin genişlənməsinə və yeni əməkdaşlıqların yaranmasına şərait yaradacaq.
Oxşar xəbərlər
-
26.11.2025“SİMA İmza”nın yeni QR paylaşım funksiyası istifadəyə verildi -
21.11.2025Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı -
21.11.2025MİRAS yaradılıb - FƏRMAN -
21.11.2025Naxçıvanda 50 abidənin pasportu hazırlanır -
21.11.2025Yeni Azərbaycan Partiyası dövlətçiliyin partiyasıdır
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



