9.07.2026
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi artıq “mygov” platforması üzərindən həyata keçirilir.
DuzXeber.az xəbər verir ki, vətəndaşlar övladlarını rəqəmsal qaydada növbəyə yazdırmaq və müraciətlərini idarə etmək imkanına sahibdirlər. Elektron sənəd qəbulu xidməti yalnız my.gov.az veb portalında əlçatandır.
Regional təhsil idarələrinin və Naxçıvan Muxtar Respublikasının tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri üçün elektron növbələrin yaradılması prosesi iyulun 7-dən etibarən aktivləşdirilib.
Bakı şəhəri üzrə elektron növbələr isə bu gündən etibarən mərhələli şəkildə aktivləşdiriləcək. 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da istifadəyə veriləcək.
Əvvəllər bq.edu.az informasiya sistemində uşağı hansı valideyn qeydiyyata alıbsa, “mygov” platformasında da müraciət məhz həmin valideynin şəxsi kabineti üzərindən edilməlidir. Uşaq hansı valideynin hesabına əlavə olunubsa, qeydiyyat prosesi yalnız həmin hesab vasitəsilə davam etdirilə bilər.
Xidmətdən istifadə etmək üçün uşağın şəxsiyyət vəsiqəsinin olması zəruridir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, yaşayış icazəsi olmayan əcnəbilərdən isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Himayə Sənədi tələb olunur.
Sistemə keçid mərhələsində yalnız 2021–2025-ci illərdə anadan olmuş uşaqların məlumatları əks olunur və onların qeydiyyatı mümkündür.
Valideynlər müraciət zamanı ən çox üç məktəbəqədər təhsil müəssisəsi seçə bilərlər. Seçilən bağçalardan hər hansı birinə qəbul təsdiqləndikdə, digər aktiv növbələr avtomatik ləğv olunur.
Hazırda hər hansı məktəbəqədər təhsil müəssisəsində qeydiyyatda olan uşaqlar üçün yenidən müraciət etməyə ehtiyac yoxdur. Lakin valideyn övladını başqa bağçaya köçürmək istəyərsə, yeni müraciət edə bilər. Yeni bağçaya qəbul təsdiqləndikdən sonra müraciətin yekunlaşdırılması üçün uşağın hazırda təhsil aldığı bağçadan ayrılması tələb olunur.
Bağçalara qəbul başladı: Valideynlər nəyi necə etməlidir?
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi artıq “mygov” platforması üzərindən həyata keçirilir.DuzXeber.az xəbər verir ki, vətəndaşlar övladlarını rəqəmsal qaydada növbəyə yazdırmaq və müraciətlərini idarə etmək imkanına sahibdirlər. Elektron sənəd qəbulu xidməti yalnız my.gov.az veb portalında əlçatandır.
Regional təhsil idarələrinin və Naxçıvan Muxtar Respublikasının tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri üçün elektron növbələrin yaradılması prosesi iyulun 7-dən etibarən aktivləşdirilib.
Bakı şəhəri üzrə elektron növbələr isə bu gündən etibarən mərhələli şəkildə aktivləşdiriləcək. 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da istifadəyə veriləcək.
Əvvəllər bq.edu.az informasiya sistemində uşağı hansı valideyn qeydiyyata alıbsa, “mygov” platformasında da müraciət məhz həmin valideynin şəxsi kabineti üzərindən edilməlidir. Uşaq hansı valideynin hesabına əlavə olunubsa, qeydiyyat prosesi yalnız həmin hesab vasitəsilə davam etdirilə bilər.
Xidmətdən istifadə etmək üçün uşağın şəxsiyyət vəsiqəsinin olması zəruridir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, yaşayış icazəsi olmayan əcnəbilərdən isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Himayə Sənədi tələb olunur.
Sistemə keçid mərhələsində yalnız 2021–2025-ci illərdə anadan olmuş uşaqların məlumatları əks olunur və onların qeydiyyatı mümkündür.
Valideynlər müraciət zamanı ən çox üç məktəbəqədər təhsil müəssisəsi seçə bilərlər. Seçilən bağçalardan hər hansı birinə qəbul təsdiqləndikdə, digər aktiv növbələr avtomatik ləğv olunur.
Hazırda hər hansı məktəbəqədər təhsil müəssisəsində qeydiyyatda olan uşaqlar üçün yenidən müraciət etməyə ehtiyac yoxdur. Lakin valideyn övladını başqa bağçaya köçürmək istəyərsə, yeni müraciət edə bilər. Yeni bağçaya qəbul təsdiqləndikdən sonra müraciətin yekunlaşdırılması üçün uşağın hazırda təhsil aldığı bağçadan ayrılması tələb olunur.
Oxşar xəbərlər
-
3.07.2026Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin II rübünü əks etdirən statistik məlumatları açıqlayıb -
19.06.2026Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
23.02.2026İlkin hərbi qeydiyyat artıq “mygov”da! -
7.01.2026Valideynlər övladlarının laborator analiz nəticələrinə “mygov”da baxa biləcəklər
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



