17.12.2025
Son günlər Azərbaycan televiziya məkanında yayımlanan verilişlərin məzmunu cəmiyyətdə ciddi narahatlıq doğurur. Maarifçilik missiyasını itirən, əyləncə adı altında bayağılığı və zövqsüzlüyü təbliğ edən efir siyasəti artıq təkcə estetik problem deyil, ictimai təhlükə kimi dəyərləndirilir.
Duzxeber.az bildirir ki, bu mövzu ilə bağlı jurnalist Kamal Əsgərov da şəxsi Facebook profilində geniş paylaşım edərək televiziya məkanında baş verən mənəvi aşınmanı, məsul qurumların passivliyini və bunun cəmiyyət üçün doğurduğu ağır nəticələri kəskin şəkildə tənqid edib.
"Televiziya cəmiyyətin aynasıdır deyilir. Amma bu gün Azərbaycan televiziya məkanında həmin aynaya baxdıqda gördüyümüz mənzərə qorxuducudur. Bu aynada nə maarif var, nə mədəniyyət, nə də sağlam düşüncə. Əvəzində bayağılıq, əxlaqi aşınma, süni qalmaqallar və cəmiyyətin zövqünü aşağılara çəkən primitiv şoular hökm sürür.
Bu gün televiziya ekranlarında yayımlanan bir çox verilişlər artıq sadəcə zövqsüzlük deyil, ictimai təhlükə mənbəyinə çevrilib. “Maarifləndirici”, “əyləncəli”, “ailəvi” adı altında təqdim olunan proqramlar ailə institutunu sarsıdır, uşaqların psixikasını zədələyir, gəncləri isə yanlış dəyərlərə istiqamətləndirir. Bu, təsadüf deyil və artıq “yaradıcılıq azadlığı” adı altında gizlədilə bilməz.
Burada ən ağır sual açıq qalır:
Bu verilişlər yayımlanarkən evdəki uşaq düşünülürmü, ya yox?
Yeniyetmənin psixoloji durumu nəzərə alınırmı, ya yox?
Cəmiyyətin mənəvi təhlükəsizliyi kiminsə vecinədir, ya yox?
Əgər bu suallara müsbət cavab vermək mümkün deyilsə, deməli problem çox dərindir və məsuliyyət daşıyan qurumlar öz funksiyalarını yerinə yetirmir.
Məhz bu nöqtədə Azərbaycan Respublikası Audiovizual Şurasının fəaliyyəti ciddi sual altına düşür. Şuranın sədri İsmət Rəcəb oğlu Səttarovun rəhbərlik etdiyi bu qurumun əsas vəzifəsi təkcə texniki lisenziyalar vermək deyil. Onun birbaşa borcu efir məkanını cəmiyyət üçün zərərli məzmundan qorumaqdır. Əgər bu məzmun illərdir açıq şəkildə yayımlanırsa, deməli nəzarət ya zəifdir, ya da formal xarakter daşıyır.
Daha acınacaqlısı isə odur ki, bir zamanlar cəmiyyət tərəfindən qınanan, adları qalmaqallarla, əxlaqsızlıq iddiaları ilə hallanan şəxslər bu gün televiziya ekranlarında “aparıcı”, “şoumen”, “ictimai fiqur” kimi təqdim olunur. Onlara verilişlər açılır, platformalar yaradılır, tribuna verilir. Bu, təkcə etik yox, ideoloji cinayətdir. Çünki cəmiyyətə açıq mesaj verilir: səviyyə önəmli deyil, qalmaqal önəmlidir.
Fəlsəfi və analitik baxımdan yanaşdıqda, bu prosesin nəticəsi qaçılmazdır. Əgər gənclik hər gün ekrandan səviyyəsiz dialoqlar, ucuz gülüşlər, əxlaqı aşan davranışlar görürsə, ondan sabah yüksək mədəniyyət, dərin düşüncə və vətəndaş məsuliyyəti gözləmək absurddur. Bu, emosional yox, səbəb–nəticə qanunudur. Riyazi dəqiqliklə işləyir.
Bu gün 15–20 il əvvəlki cəmiyyətlə indiki cəmiyyəti müqayisə etdikdə aşkar görünür: cəmiyyət daha da cılızlaşıb, daha da aqressivləşib, daha da mənəvi baxımdan kasıbllaşıb. İnsanlar daha az oxuyur, daha az düşünür, daha tez təsirlənir. Bu, təkcə sosial problem deyil, milli təhlükə məsələsidir.
Problem yalnız mədəniyyətdə deyil. Təhsilin bərbad vəziyyəti, səhiyyənin çökmüş durumu, sosial ədalətsizlik hissinin dərinləşməsi də bu ümumi mənəvi tənəzzülün tərkib hissəsidir. Media bu prosesin ya qarşısını almalı idi, ya da ən azı sürətləndirməməli idi. Amma bu gün media, xüsusilə televiziya, bu tənəzzülün birbaşa iştirakçısına çevrilib.
Dövlət başçısının apardığı siyasət, xüsusilə xarici siyasət sahəsində əldə olunan uğurlar danılmazdır və hörmətə layiqdir. Lakin daxildə verilən göstərişlərin icra olunmaması, nəzarətin zəifliyi, məsul qurumların passivliyi cəmiyyətdə haqlı narazılıq yaradır. Problem qərarların olmamasında deyil, icra mexanizminin iflasındadır.
Bu gün açıq şəkildə soruşmaq lazımdır:
Niyə düşündürən filmlər efirdən sıxışdırılır?
Niyə elmi, tarixi, mədəni proqramlar kənarda qalır?
Niyə gülüş yalnız bayağılıq üzərindən qurulmalıdır?
Dünyanın inkişaf etmiş ölkələri medianı cəmiyyətin tərbiyə vasitəsi kimi istifadə edir. Bizdə isə televiziya çox vaxt cəmiyyətin zövqünü korlayan alətə çevrilib.
Bu yazı kompromis axtarmır. Bu yazı xəbərdarlıqdır.
Çünki cəmiyyətin aynası olan ekranlar bu qədər çirklənibsə, sabahın üzü təsadüfən işıqlanmayacaq.
Hələ gec deyil. Amma susmaq artıq zərər verir."
Ekranlarda əxlaqi tənəzzül: Susqun nəzarət, açıq zərər və məsuliyyətdən qaçış
Son günlər Azərbaycan televiziya məkanında yayımlanan verilişlərin məzmunu cəmiyyətdə ciddi narahatlıq doğurur. Maarifçilik missiyasını itirən, əyləncə adı altında bayağılığı və zövqsüzlüyü təbliğ edən efir siyasəti artıq təkcə estetik problem deyil, ictimai təhlükə kimi dəyərləndirilir.Duzxeber.az bildirir ki, bu mövzu ilə bağlı jurnalist Kamal Əsgərov da şəxsi Facebook profilində geniş paylaşım edərək televiziya məkanında baş verən mənəvi aşınmanı, məsul qurumların passivliyini və bunun cəmiyyət üçün doğurduğu ağır nəticələri kəskin şəkildə tənqid edib.
"Televiziya cəmiyyətin aynasıdır deyilir. Amma bu gün Azərbaycan televiziya məkanında həmin aynaya baxdıqda gördüyümüz mənzərə qorxuducudur. Bu aynada nə maarif var, nə mədəniyyət, nə də sağlam düşüncə. Əvəzində bayağılıq, əxlaqi aşınma, süni qalmaqallar və cəmiyyətin zövqünü aşağılara çəkən primitiv şoular hökm sürür.
Bu gün televiziya ekranlarında yayımlanan bir çox verilişlər artıq sadəcə zövqsüzlük deyil, ictimai təhlükə mənbəyinə çevrilib. “Maarifləndirici”, “əyləncəli”, “ailəvi” adı altında təqdim olunan proqramlar ailə institutunu sarsıdır, uşaqların psixikasını zədələyir, gəncləri isə yanlış dəyərlərə istiqamətləndirir. Bu, təsadüf deyil və artıq “yaradıcılıq azadlığı” adı altında gizlədilə bilməz.
Burada ən ağır sual açıq qalır:
Bu verilişlər yayımlanarkən evdəki uşaq düşünülürmü, ya yox?
Yeniyetmənin psixoloji durumu nəzərə alınırmı, ya yox?
Cəmiyyətin mənəvi təhlükəsizliyi kiminsə vecinədir, ya yox?
Əgər bu suallara müsbət cavab vermək mümkün deyilsə, deməli problem çox dərindir və məsuliyyət daşıyan qurumlar öz funksiyalarını yerinə yetirmir.
Məhz bu nöqtədə Azərbaycan Respublikası Audiovizual Şurasının fəaliyyəti ciddi sual altına düşür. Şuranın sədri İsmət Rəcəb oğlu Səttarovun rəhbərlik etdiyi bu qurumun əsas vəzifəsi təkcə texniki lisenziyalar vermək deyil. Onun birbaşa borcu efir məkanını cəmiyyət üçün zərərli məzmundan qorumaqdır. Əgər bu məzmun illərdir açıq şəkildə yayımlanırsa, deməli nəzarət ya zəifdir, ya da formal xarakter daşıyır.
Daha acınacaqlısı isə odur ki, bir zamanlar cəmiyyət tərəfindən qınanan, adları qalmaqallarla, əxlaqsızlıq iddiaları ilə hallanan şəxslər bu gün televiziya ekranlarında “aparıcı”, “şoumen”, “ictimai fiqur” kimi təqdim olunur. Onlara verilişlər açılır, platformalar yaradılır, tribuna verilir. Bu, təkcə etik yox, ideoloji cinayətdir. Çünki cəmiyyətə açıq mesaj verilir: səviyyə önəmli deyil, qalmaqal önəmlidir.
Fəlsəfi və analitik baxımdan yanaşdıqda, bu prosesin nəticəsi qaçılmazdır. Əgər gənclik hər gün ekrandan səviyyəsiz dialoqlar, ucuz gülüşlər, əxlaqı aşan davranışlar görürsə, ondan sabah yüksək mədəniyyət, dərin düşüncə və vətəndaş məsuliyyəti gözləmək absurddur. Bu, emosional yox, səbəb–nəticə qanunudur. Riyazi dəqiqliklə işləyir.
Bu gün 15–20 il əvvəlki cəmiyyətlə indiki cəmiyyəti müqayisə etdikdə aşkar görünür: cəmiyyət daha da cılızlaşıb, daha da aqressivləşib, daha da mənəvi baxımdan kasıbllaşıb. İnsanlar daha az oxuyur, daha az düşünür, daha tez təsirlənir. Bu, təkcə sosial problem deyil, milli təhlükə məsələsidir.
Problem yalnız mədəniyyətdə deyil. Təhsilin bərbad vəziyyəti, səhiyyənin çökmüş durumu, sosial ədalətsizlik hissinin dərinləşməsi də bu ümumi mənəvi tənəzzülün tərkib hissəsidir. Media bu prosesin ya qarşısını almalı idi, ya da ən azı sürətləndirməməli idi. Amma bu gün media, xüsusilə televiziya, bu tənəzzülün birbaşa iştirakçısına çevrilib.
Dövlət başçısının apardığı siyasət, xüsusilə xarici siyasət sahəsində əldə olunan uğurlar danılmazdır və hörmətə layiqdir. Lakin daxildə verilən göstərişlərin icra olunmaması, nəzarətin zəifliyi, məsul qurumların passivliyi cəmiyyətdə haqlı narazılıq yaradır. Problem qərarların olmamasında deyil, icra mexanizminin iflasındadır.
Bu gün açıq şəkildə soruşmaq lazımdır:
Niyə düşündürən filmlər efirdən sıxışdırılır?
Niyə elmi, tarixi, mədəni proqramlar kənarda qalır?
Niyə gülüş yalnız bayağılıq üzərindən qurulmalıdır?
Dünyanın inkişaf etmiş ölkələri medianı cəmiyyətin tərbiyə vasitəsi kimi istifadə edir. Bizdə isə televiziya çox vaxt cəmiyyətin zövqünü korlayan alətə çevrilib.
Bu yazı kompromis axtarmır. Bu yazı xəbərdarlıqdır.
Çünki cəmiyyətin aynası olan ekranlar bu qədər çirklənibsə, sabahın üzü təsadüfən işıqlanmayacaq.
Hələ gec deyil. Amma susmaq artıq zərər verir."
Oxşar xəbərlər
-
17.12.2025Əbülfəs Qarayevin qızı "Məhsəti" filminə görə üzr istədi -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR -
10.12.202590-RB-009 nömrəli “Gelandewagen” görün kimin imiş: Biznes, siyasət və qalmaqallarla bağlı mediada geniş əks-səda doğuran şəxs (FOTO-VİDEO) -
6.12.2025“Halal” adı ilə donuz əti konservi satılır - Əhaliyə xəbərdarlıq
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



