18.12.2025
Duzxeber.az: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən “Mətbəə məhsulları”nın satın alınması ilə bağlı açıqlanan məlumatlar növbəti dəfə bu qurumun satınalma siyasətini diqqət mərkəzinə gətirib. Rəsmi sənədlərə əsasən, 1 764,34 manat məbləğində olan bu satınalma “CBS-PP” MMC ilə birbaşa metodla həyata keçirilib. Müqavilənin başlama tarixi 16.12.2025, bitmə tarixi isə 28.12.2025 olaraq göstərilir, məlumat isə 18.12.2025 tarixində dərc olunub. "DogruXeber.tv" bildirir ki, məbləğin nisbətən kiçik olması bu satınalmanı ictimai maraqdan kənarda saxlamır, əksinə, seçilmiş şirkətin keçmişi və əlaqələri fonunda məsələyə əlavə çalarlar qatır.
Məsələ ondadır ki, “CBS-PP” MMC adı Azərbaycan ictimaiyyətinə yeni deyil. Hələ 2019-cu ildə araşdırmaçı jurnalist Cavanşir Həsənli açıq mənbələrə istinadən yazırdı ki, sözügedən şirkət Fövqəladə Hallar Nazirliyinin keçmiş rəhbəri Kəmaləddin Heydərovla əlaqələndirilir. Media araşdırmalarında qeyd olunurdu ki, şirkətin qanuni təmsilçisi Hikmət İsmayılov nazirin yaxın qohumu – bacanağı kimi tanınır. İllər ərzində bu MMC-nin FHN və ona bağlı qurumların tenderlərində dəfələrlə qalib gəlməsi həmin iddiaları daha da gücləndirib və bu gün də oxşar satınalmaların davam etməsi sual doğuran tendensiya kimi qiymətləndirilir.
Eyni gündə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi ilə bağlı açıqlanan daha iri həcmli satınalma məlumatı isə mənzərəni tamamlayır. Sənədlərə əsasən, Mi-171V tipli helikopterin təmirarası istismar müddətinin artırılması ilə bağlı xidmət Rusiya Federasiyasının “Milli Aviasiya-Xidmət Şirkəti” Səhmdar Cəmiyyəti tərəfindən həyata keçiriləcək. Bu satınalmanın məbləği 396 175,05 manat təşkil edir və prosedur “bir mənbə” metodu ilə aparılıb. Maraqlı məqam ondan ibarətdir ki, işin həm başlama, həm də bitmə tarixi 14.11.2025 kimi göstərilib, məlumat isə yalnız 18.12.2025 tarixində ictimaiyyətə açıqlanıb.
Aviasiya texnikasının istismarı, xüsusilə də xilasetmə və fövqəladə hallarda istifadə olunan helikopterlərin texniki vəziyyəti birbaşa insan həyatı və təhlükəsizliklə bağlıdır. Bu səbəbdən belə xidmətlərin rəqabətsiz, “bir mənbə” üsulu ilə və kifayət qədər yüksək məbləğ qarşılığında həyata keçirilməsi ictimai nəzarət baxımından ciddi suallar yaradır. Üstəlik, işin kağız üzərində cəmi bir gün ərzində tamamlanmış kimi göstərilməsi prosesin real icrası ilə bağlı şübhələri daha da artırır.
Beləliklə, eyni qurumun bir tərəfdən illərdir adı müxtəlif araşdırmalarda hallanan yerli şirkətlə kiçik məbləğli, digər tərəfdən isə xarici şirkətlə yüz minlərlə manatlıq strateji əhəmiyyətli satınalmalar aparması Fövqəladə Hallar Nazirliyində şəffaflıq və hesabatlılıq məsələsini yenidən gündəmə gətirir. "DogruXeber.tv" hesab edir ki, dövlət vəsaiti hesabına həyata keçirilən bu cür satınalmalar yalnız rəqəmlərlə deyil, aydın izahlar və əsaslandırmalarla müşayiət olunmalı, cəmiyyətə kimin, hansı səbəbdən və nə üçün seçildiyi açıq şəkildə təqdim edilməlidir. Yalnız bu halda ictimai etimaddan və dövlət maraqlarının qorunmasından danışmaq mümkündür.
P.S: Qeyd edək ki, məsələ ilə əlaqədar qurumun da mövqeyini öyrənmək üçün, FHN-nin mətbuat xidmətinin rəhbəri Gülçin xanıma zəng etdik, təəsüf ki xanım dəstəyi qaldırmadı.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
FHN-nin “kiçik” satınalması və illərdir dəyişməyən ünvan: “CBS-PP” MMC köhnə iddiaların fonunda yenidən gündəmdə

Oxşar xəbərlər
-
17.12.2025Baytarlıq xidmətinin sabiq rəisi indi də AXA-ya peyvənd satır: Vaxtılə özü də saxta dərmanlar paylayıb - İLGİNC FAKTLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir? -
27.11.2025İlham Əliyev Bakıda zavod açılışında -
22.11.2025Prezident açılış etdi - FOTOLAR
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...